Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

ABŞ-İRAN-TÜRKİYƏ ÜÇBUCAĞINDA NƏLƏR OLUR? - İstənilən halda fars rejimi uduzan tərəfdir...

Tez-tez deyilr, bir daha təkrarlayaq: Birləşmiş Ştatların İranla bağlı siyasətində iki vazkeçilməz şərt var. Bunlardan birincisi, İranın nüvə silahından məhrum edilməsi, ikincisi isə İranın bütövlüyünün qorunması və fars rejiminin hakimiyyətdə saxlanmasıdır. İki dövlət(ABŞ və İran) arasında uzun illərdir davam edən ˝iki dost, iki düşmən˝ oyunu bu iki önəmli şərt arasında dönüb - dolaşır.

Yenixeber.org: Bu müdhiş geopolitik oyunun üçüncü ayağı da var. Bu, Türkiyə və Türk dünyasıdır. Ağ Ev fars rejimli İrandan türklərə qarşı ən böyük ˝protivoves˝ kimi istifadə edir. Türkiyə-İran münasibətləri tarıma çəkilmiş durumdadır. Digər tərəfdən, ABŞ-Türkiyə münasibətləri də ˝mehriban düşməncilikdən˝ qurtula bilmir. Bu ˝üç gözlü tərəzidə˝ hansı tərəfin daha ağır basmasının kimin xeyirinə, kimin ziyanına olduğunu araşdırmağa çalışaq.

Əsrlər boyu Avropa, son əsrdə isə ABŞ maksimum şəkildə çalşıb ki, Türkiyəni və İranı vuruşdursun. Bunun üçün çox oyunlar qurulub, çox ssenarilər tərtib olunub. Böyük Türk-İran toqquşması həm Avropanın, həm də Birləşmiş Ştatların Avrasiya məkanındakı çox ciddi problemlərinin həlli olardı.

İran da hər zaman çalışıb ki, ABŞ-İsrail cütlüyü ilə Türkiyəni qarşı-qarşıya gətirsin. Buna nail olmaqdan ötrü öz yardımını təklif etməkdən belə çəkinməyib. Fars rejiminin nəzarətində olan rəsmi telekanalların ˝Türkiyəni zəiflətmək üçün ABŞ və İsraillə işbirliyinə getməliyik˝ tipli bəyanatlarını yada salaq. Türkiyə də ən müxtəlif səviyyələrdə İranı İsraillə birgə PKK-ya dəstək verməkdə ittiham edib.

Gələk Türkiyənin maraqlarına. Fars rejimi altındakı İran Türkiyə və bütovlükdə Türk dünyası üçün açıq təhdiddir. Fars rejiminin həm daxili, həm də xarici siyasətinin ana xətti anti-Türk siyasətidir. Fars rejimi sərbəst beynəlxalq güc deyil, Qərbin əlində həm türklərə qarşı, həm də Böyük Orta Doğunu parçalamaq üçün istifadə edilən alətdir. Ortalığı yetərincə qarışdıran bu ˝alətin˝ aradan qalxması Türk maraqları baxımından olduqca önəmlidir. Bu səbəbdən, ABŞ-İsrail cütlüyü ilə İran arasındakı gərginliyin artması Türk dünyası tərəfindən maraqla izlənilir.

İlginc mənzərədir. Hərənin öz oyunu var və tərəflərdən hər biri digər iki tərəfin toqquşmasında maraqlıdır. Amma hamı ehtiyatlıdır. Tərəflərdən heç birinin pozmağa risk etmədiyi pat vəziyyəti yaranıb. İndiki durumda elə görünə bilər ki, bu pat vəziyyətini poza biləcək yeganə faktor İranın nüvə proqramıdır. Lakin bir qədər diqqətlə yanaşıldıqda anlaşılır ki, nüvə silahına sahib olmaq fars rejiminin var olması üçün vazkeçilməz şərt deyil. Əksinə, bu istək molla rejimi üçün ciddi təhlükəyə dönüb.

Böyük ehtimalla, Tehran son anda nüvə silahından imtina edəcək və bu addım yaranmış böyük dəngənin dağılmasını əngəlləyəcək. Üstəlik, həm İsrail, həm də ABŞ fars rejiminə az qala açıq mətnlə deyirlər ki, nüvə silahından imtina et, səni qoruyaq. ABŞ-İran danışıqları da işlərin bu istiqamətdə getdiyini göstərir.

ABŞ və İsrail üçün qırmızı cizgi İranın nüvə silahına sahib olmasıdırsa, rəsmi Tehranın qırmızı cizgisi fars-molla hakimiyyətinin devrilməsidir. Toqquşma da bu iki qırmızı cizgi arasındakı ˝boz zolaqda˝ baş verir. Razılaşma olmayacaqsa, İranın nüvə obyektləri vurulacaq və İran sərt cavab verməyəcək. Çünki sərt cavab İranın neft-qaz sənayesinin, infrastruktur obyektlərinin və hakimiyyət quruluşlarının dağıdılması ilə nəticələnər, fars rejiminin çöküşünü qaçılmaz edərdi. ABŞ isə bu halda regiondakı ən böyük pərdəarxası müttəfiqini itirərdi. Deməli, danışıb razılaşacaqlar. Daha doğrusu, bu razılaşmanı hər iki tərəfin vazkeçilməz maraqları tələb edir.

Məsələnin daha maraqlı tərəfi ˝danışıq-barışıq˝ olayından sonrakı mərhələdir. Böyük ehtimalla razılaşmadan sonra İran üzərindəki sanksiyalar yüngülləşdiriləcək. Bu həm İranın, həm də Birləşmiş Ştatların marağına uyğundur. Belə ki, sanksiya yükü azalacaqsa, İran müəyyən qədər vəsait qazanacaq, nəfəs alacaq. ABŞ-nin marağı isə bir qədər “tüklənib-güclənən” İranın türklərə qarşı daha ciddi dirəniş göstərməsi olacq. Üstəlik, razılaşma Trampın çox arzuladığı neft qiymətlərinin düşməsinə də kömək edərdi.

Bununla belə, sanksiyaların mümkün ləğvindən sonra İrana gələcək pulların ölkə iqtisadiyyatına və sosial problemlərin həllinə yönələcəyini düşünmək sadəlöhvlük olardı. Belə rejimlər mahiyyətcə qurucu ola bilmirlər. Pul gələcəksə, həmin pullar yenə də vəkalət güclərinə yönləndiriləcək. Amma bu dəfə yatırımlar məzhəb və İsrail düşmənçiliyinə deyil, anti-Türk vəkillərinə yönəldiləcək. İsrailin və ABŞ-nin fars rejimi qarşısında qoyduqları yeni geopolitik sifariş də budur. İsrail durmadan ən yüksək pərdədən ˝Türkiyə bizim üçün İrandan daha böyük təhlükədir˝ bəyanatlarını səsləndirir. Türkə qarşı dirənəcəklər və bu dirənişdəki ən böyük təbii müttəfiqləri fars-molla rejimidir.

Hərənin öz oyunu var, Türkün də öz oyunu var. Və Türkün əli daha güclüdür. ABŞ, İsrail və İran bir maraq ətrafında birləşən süni müttəfiqlərdir. Hər üçü, qüdrəti artan deyil, əksinə zəifləyən güclərdir. İsrail geopolitik güc olmadığını özü sübuta yetirdi, ABŞ nəhəng geopolitik problemlərin girdabındadır, İran da həm daxildə həm də beynəlxalq müstəvidə daşınması çox zor olan çıxmazın içindədir. Türkiyə və Türk dünyası isə yüksələn gücdür və bu yüksəliş hansısa süni oyunlara deyil, real tabana söykənir.

Bu böyük oyunun taleyini həll edəcək yekun mənzərə belədir: Türklərin sayı yüz milyonlarladır, yəhudilərin regiondakı sayı 5-6 milyondur, farsların real sayı 30 milyon civarındadır, ABŞ isə taqətsizdir və uzaqdadır. Belə şəraitdə İsrail və ABŞ İranı türklərə qarşı nə qədər sərt basqıya sövq edəcəklərsə, fars rejimi daha sərt cavab alacaq. Və bu sərtləşmələrin sonu böyük ehtimalla İranın parçalanması olacaq.(Azpolitika)

Namiq Bilal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam