Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Lavrov Qazaxıstanı nə üçün indi təhdid edir? -Moskvanın Qazaxıstan qorxusunun səbəbləri

Ukrayna Rusiyanın hərbi gücünü məhv etdiyi kimi, Qazaxıstan da qlobal enerji bazarında Rusiyanın mövqelərini sarsıdır.

Yenixeber.org: Bu iddia ilə politoloq Xaqani Cəfərli FB səhifəsində çıxış edib:
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev 2022-ci ilin iyununda Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda dövlətlərin sarsılmaz ərazi bütövlüyü prinsipini əsas götürdüklərini, buna görə qondarma Donetsk və Luqansk “xalq respublikaları”nı tanımadıqlarını bəyan etmişdi. Qazaxıstan prezidentinin təxminən üç il öncə səsləndirdi fikirə Rusiyanın “kədərli at” ayamalı xarici işlər naziri Sergey Lavrovun indi cavab verməsi və təhdid sayıla biləcək fikirlər səsləndirməsi təsadüfi deyil.
“Kommersant” qəzetinə müsahibəsində Lavrov prezident Kasım-Jomart Tokayevin dövlətlərin ərazi bütövlüyü prinsipini vurğuladığını yada salaraq BMT-nin üzvü kimi Qazaxıstanın millətlərin öz müqəddəratını təyin etmə hüququna hörmət etməsinin gərəkliyini bildirib. Rusiyanın Ukraynaya qarşı oynadığı “rus dilli xalqların öz müqəddəratını təyin etməsi” senarisinin Qazaxıstan variantının olduğu çoxdan məlumdur. Rusiyanın Ukraynaya qarşı 24 fevral 2022-ci ildə başlayan işğalçılıq müharibəsindən sonra buna cəhdlər də edilmişdi. Lakin Ukraynada “ildırımsürətli müharibə” planı iflas olan Rusiya iki cəbhədə döyüşə bilməyəcəyini anladığı üçün Qazaxıstana qarşı oyunu dayandırmaq məcburiyyətində qalmışdı.
Lavrovun Qazaxıstanı indi təhdid etməsinin isə iki əsas səbəbi var. Ukrayna Rusiyanın hərbi gücünü məhv etdiyi kimi, Qazaxıstan da qlobal enerji bazarında Rusiyanın mövqelərini sarsıdır. Səmərqənddə keçirilən “Mərkəzi Asiya-Avropa İttifaqı” sammitindən sonra Çexiya Rusiyanı Qazaxıstanla əvəz etmək qərarına gəlib. Çexiya özünün Atom Elektrik Stansiyaları üçün uranı bundan sonra Rusiyadan deyil, Qazaxıstandan alacaq. Ötən il Qazaxıstan uran istehsalını 10 faiz artıraraq 23 270 tona çatdırıb. Dünyadakı uran ehtiyyatının 15 fazinə malik olan Qazaxıstan bu sahədə Rusiyanın əsas rəqibidir. Avropa ölkələrinin üzünü Qazaxıstana çevirməsi Rusiyanın strteji məğlubiyyətini sürətləndirən əsas amillərdən olduğu üçün Lavrov Astananı təhdid etməsinin birinci səbəbidir.
Lavrovun Qazaxıstanı təhdid etməsinin ikinci səbəbi Rusiya əsarətində olan Türk xalqlarının milli oyanış prosesinin son zamanlar vüsət alması ilə bağlıdır. Başqırdıstanın “Ay Yola” qrupunun “Humay” (Homay) mahnısının Rusiyadakı türk xalqları arasında gözlənilməz populyarlıq qazanmasının rus millətçilərini qorxuya salıb və Rusiyada türkçülüyün qadağan olunması tələb edilir.
Ruslara görə, Rusiyadakı Türk xalqlarının milli oyanış prosesinin son zamanlar vüsət almasında Qazaxıstanın ciddi təsiri təsiri var. Qeyd edək ki, rusların bu qənaəti tamamilə əsassız deyil. Rusiyadakı Türk xalqlarına Qazaxıstanın təsiri bütün Türk dövlətlərindən daha çoxdur. Çünki, Rusiya Federasiyasındakı Türk xalqlarının böyük əksəriyyəti qazaxlara daha yaxın xalqlardır. Başqırdlar isə ümumiyyətlə qazaxlarla bir xalq kimidir. Qazaxıstanın milli dövlət quruculuğunun uğurla davam etməsi Rusiya müstəmləkəsində olan Türk xalqlarında, xüsusilə də tatar və başqırdlarda milli dövlətə sahib olmaq arzusunu gücləndirir. Rusiyadan ayrılmaq potensialı olan üç əsas toplumun ikisinin tatar və başqırdlar olduğunu nəzərə alanda, Moskvanın Qazaxıstan qorxusunun səbəbi məlum olar. Bütün bunlara görə “kədərli at” ayamalı Lavrov Qazaxıstanı təhdid etməyə başlayıb.
Qeyd edim ki, Ukraynada məruz qaldığı qorxunc itgilərdən sonra Rusiya Qazaxıstana hərbi müdaxilə etmək gücündə deyil. Qazaxıstanın Özbəkistanla qarşılıqlı hərbi yardım haqqında müqaviləsi var. Ukraynada “dişləri tökülmüş” rus hərb maşını Qazaxıstan-Özbəksitan ittifaqına qarşı heç bir uğur qazana bilməz. Üstəlik, Qzaxıstana qarşı hərbi müdaxilə Rusiyanın daxilindəki Türk xalqlarının, ilk növbədə tatar və başqırdların öz müqəddəratını təyin etmə mübarzəsini tətikləyə bilər. Bununla belə, beynəlxalq ictimaiyyət Rusiyanın yeni müstəmləkəçilik siyasətinə qarşı mövqeyini sərtləşdirməlidir. Hesab edirəm ki, ilk addım olaraq beynəlxalq ictimaiyyət Rusiya müstəmləkəsindəki xalqların öz müqəddəratını təyin etmə hüququnu rəsmən tanımalıdır.
Bizim üzərimizə düşən vəzifə isə Rusiya müstəmləkəçiliyinə qarşı mübarizə aparan qardaş xalqlarımızın yalnız olmadıqlarını hər imkanda nümayiş etdirməkdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam