Redaktor seçimi
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Günün xəbəri

Türkiyədə fövqəladə həbslər:nə baş verir?

İmamoğlu və 100-dən artıq şəxs saxlanıldı, küçəyə çıxmaq qadağan edildi, sosial şəbəkələr bağlandı

Yenixeber.org: Bu gün İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı başladılan istintaq çərçivəsində bələdiyyə sədri Əkrəm İmamoğlu və mətbuat müşaviri Murat Ongun da daxil olmaqla, 108 nəfər haqqında həbs qərarı çıxarılıb. 

Onların sırasında Şişli Bələdiyyə başçısı Rəsul Emrah Şahan, Beylikdüzü Bələdiyyə sədri Murat Çalık, iş adamları, jurnalistlər də var. Vəkillər bildirib ki, axtarışlar zamanı onların iştirakına icazə verilməyib.

Xatırladaq ki, dünən İstanbul Universiteti İmamoğlunun 1990-cı ildə Şimali Kiprdəki özəl universitetdən kredit transferindəki qeyri-müəyyənlikləri əsas gətirərək, onun diplomunu ləğv edib. Bu qərar, Türkiyə Konstitusiyasına görə prezidentliyə namizəd olmaq üçün universitet diplomu tələb olunduğundan, onun gələcək seçkilərdə iştirakını əngəlləyir.

İstanbul Respublika Baş Prokurorluğu onlar barəsində aparılan istintaqla bağlı açıqlama verib. Açıqlamada İmamoğlu “cinayət təşkilatının lideri” olmaqda ittiham edilib. Prokurorluq istintaqın “Mütəşəkkil Cinayətkarlığa Qarşı İstintaq Bürosu” tərəfindən aparıldığını bildirib. İttihamda İmamoğlunun rəhbərlik etdiyi sözügedən təşkilatın “iş adamlarını pul verməyə məcbur etdiyi, bəzi iş adamları ilə birgə hərəkət edərək haqsız qazanc əldə etdiyi, lombard vasitəsilə alqı-satqı edərək cinayət yolu ilə əldə etdikləri pulları yuduğu, “gizli seyf” adlandırılan mülki şəxslərdən pul köçürmə və yığım işlərində istifadə etdiyi” iddia edilir.

Əkrəm İmamoğlu sosial media hesabında paylaşdığı videoda bunları qeyd edib:

"Bunu üzüntü ilə deyirəm. Millətimizin iradəsini qəsb etməyə çalışan bir ovuc ağıl mənim sevimli polislərimi pisliyə alət edib, yüzlərlə polisi 16 milyon istanbullunun qapısına yığıb. Böyük zülmlə qarşı-qarşıyayıq, amma təslim olmayacağıq. Mən özümü millətimə əmanət edirəm. Onun iradəsinə qarşı çıxanlarla mübarizə aparacağımı hamı bilsin!” 

CHP sədri Özgür Özəl həbslərlə bağlı verdiyi açıqlamada "Məzarımızda olsaq da, 23 martda hamı seçki qutusuna gəlsin. Bu çevrilişi dəf etməsək, bir daha seçki olmaycaq" - deyib.

Özəl daha sonra bildirib: "Xalqın yerinə qərar vermək, xalqın iradəsini dəyişdirmək və ya bunun qarşısını almaq üçün güc tətbiq etmək çevrilişdir. Hal-hazırda xalqın növbəti prezidenti seçməsinə mane olacaq bir qüvvə var. Biz növbəti prezidentimizə çevriliş cəhdi ilə qarşı-qarşıyayıq. Xalqımız öz dövlətini sevir, amma kimlərsə xalqın qarşısına çıxsa, xalq buna imkan verməz. Əsl iqtidar yenə də xalqın seçimi olacaq. Sonda xalqın iradəsi yenidən hakim olacaq və Türkiyə qalib gələcək”.

Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mənsur Yavaş Əkrəm İmamoğlunun saxlanmasına reaksiya verərək, "Diplom ləğv edilən günün səhəri bu əməliyyat kçeirilirsə, hamı bunun siyasi bir əməliyyat olduğunu düşünəcək. Bələdiyyə sədri Əkrəmlə əvvəllər də istintaq başladılmışdı və o, ifadə verməyə çağırılmışdı. Hörmətli Əkrəmi bu şəkildə həbs etmək düzgün olmazdı" - deyib.

“Növbə sizə də çatacaqmı” sualını Yavaş belə cavablandırıb: "Normal siyasi mübarizə əvəzinə opponentlərini ayağından çəkib yıxırlar. Ölkəmizdə hər şey ola bilər, hər şey mümkündür. Ankara Respublika Baş Prokurorluğuna çoxsaylı vəsatətlər verilib. Onlar da mənə qarşı cəhdlər ediblər... Qanunsuz edilən hər şeyə müqavimət göstərəcəyik. Baş əyməyəcəyik".

İYİ Partiyasının lideri Musavat Dərvişoğlu həbslərə çox sərt reaksiya verib. Partiyasının qrup toplantsında danışan Dərvişoğlu deyib: “İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanması ağıl və ya qanunla izah oluna biləcək bir şey deyil. Bu gündən etibarən Türkiyədə seçki qutusu qanunu və demokratiya dayandırılıb. Tarix bu gün buna imza atanları da yazacaq, eyni şeyi edən çevrilişçiləri də qeydə alacaq. Bilinməlidir ki, bu qəzəbli hökumət və vəzifə hərisliyinə boyun əymiş Rəcəb Tayyib Ərdoğanın himni “Qorxma” ilə başlayan milləti susdurmağa heç vaxt gücü çatmayacaq. Bu, Rəcəb Tayyib Ərdoğanın konstitusiya cinayətidir. Ərdoğanın göstərişi ilə alınan bu qərarın dərhal ləğv edilməsinə çağırıram''.

İstanbul valiliyi İstanbul Əkrəm İmamoğlu və digər şəxslərin saxlanılmasından sonra şəhərdə nümayişlərin qadağan edilməsinə qərar verib. "Vilayət daxilində ictimai asayişin qorunması və baş verə biləcək hər hansı təxribat xarakterli hərəkətlərin qarşısının alınması üçün 19-23 mart tarixləri arasında hər cür yığıncaq, nümayiş və mətbuata açıqlamalar qadağandır", - açıqlamada bildirilir.

Qeyd edək ki, bu gün səhərdən etibarən Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırılıb, bir sıra küçə və prospektlərdə, metro stansiyalarında hərəkət dayandırılıb. Habelə İstanbulun əsas meydanları təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb.

İstanbulda keçirilən həbslərdən sonra maliyyə bazarları alt-üst olub. Günə 36,69 lirə səviyyəsində başlayan dollar 42 lirəni keçib. Günə 40,16-dan başlayan avro 44,60-dan ticarət edilir. Qızılın qiyməti tarixi zirvəyə qalxıb...(pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam