Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

”Təhlükəsizliyimizə təhlükə” gəlir - MTN-lə bağlı yeni kitab hazırlanır

 

 

MTN-dəki hadisələri əhatə edən kitabın yazılması tanınmış politoloq, nazirliyin sabiq əməkdaşı Rövşən Novruzoğluna həvalə olundu

 

Xeberinfo.com:  Bildiyimizə görə bu əsər ölkənin milli təhlükəsizliyi tarixində ən ciddi və həmişə aktual olacaq . Müzkirələrdə əsərin ilkin variantı bəyənilib və o istiqamətdə də tamamlanacaq. Tarixi sənədlərlə zəngin olan bu əsər şübhə etmirik ki, uzun müddət yaddaşlardan silinməyəcək. Bu haqda xeberinfo.com-a verilən məlumatda deyilir: MTN generallarının hər biri haqqında əsərdə kifayət qədər material var. Həbs olunan, təyinat alıb gedən, sərəncamda gözləyən, hələ də MTN-də ilişib qalan, yəni işləyən generallarla bağlı romandakı açıqlamalar güman edirik hamını düşündürəcək. Əsər bütün hüquq-mühafizə orqanlarını əhatə edir.

Romanda generallardan və digər yüksək rütbəli zabitlərdən Əlimusa Əliyevin, Nizaməddin Həmidovun, Fərhad Vahabovun, Sübahir Qurbanovun, Füzuli Əliyevin, Teymur Quliyevin, Pərviz Vəliyevin və başqalarının maraqlı və çox düşündürücü obrazları var. Əsərin adı “Təhlükəsizliyimizə təhlükə”dir. Bu adamlar işə götürülərkən sabilq nazir Eldar Mahmudova and içmişdilər. Amma nəyin andını? Hansı andı? Milləti sarsıtmaq, dövləti parçalamaq, insanlara zülm və əzab vermək andını, yoxsa... Sənədlərdən aydın olur ki, bunlar həqiqətən işə girərkən and içiblər... “Sədaqətlə xidmət” andını. Amma kimə, nəyə... Romanda bütün bunlara aydınlıq gətirilir.

Qeyd edək ki, romandakı hadisələr Rabitə və Nəqliyyat Nazirliyində, Əmlak Komitəsində və digər yerlərdə də cərəyan edir. Bu romanla bağlı yeni bir filmin çəkilişi də olacaq. Artıq ona da icazə verilib.

Sabiq nazir Eldar Mahmudovun ətrafında cərəyan edən bütün bu hadisələrdə tez-tez dəyişən simaları, üzləri görəcəksiz. Bu adamlar nə vətənə, nə millətə, nə öz ailələrinə, nə öz nəsillərinə, nə keçmişlərinə, nə də gələcəklərinə... heç nəyə xidmət etməyiblər.

Yaxın günlərdə çap olunacanq bu əsər maraqla qarşılanaşcaq.  

 

 

 

Xalid 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam