Redaktor seçimi
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Günün xəbəri

Çox mübahisəli COP29:iqlim danışıqları “artıq effektiv deyil”

COP29

          ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Bakıda keçirilən BMT-nin iqlim danışıqları - COP29 konfransının ilk həftəsi uğurları ilə yanaşı xeyli mübahisəli məqamlarla davam edir.

Yenixeber.org: Bu gün yayılan və dünyanın mühüm iqlim ekspertlərinin, o cümlədən keçmiş BMT Baş katibinin və BMT-nin keçmiş iqlim rəhbərinin imzaladığı məktubda Tərəflərin 29-cu illik Konfransı (COP) həlledici nəticələr verə bilmədiyi üçün tənqid edilib.

Onların fikrincə, Birləşmiş Millətlər Təşkilatının COP iqlim danışıqları “artıq məqsədinə uyğun deyil” və təcili islahatlara ehtiyac var.

Məktubda deyilir ki, qazıntı yanacaqlarını - neft, qaz - mərhələli şəkildə dayandırmağı dəstəkləməyən ölkələrin COP tədbirlərinə ev sahibliyi etməsi qadağan edilməlidir.

                                  “Allahın hədiyyəsi”

COP29

        ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

COP29 dünya liderləri sammitində çıxış edən Prezident İlham Əliyev neft “Allahın hədiyyəsi”dir dedi və bu, birmənalı qarşılanmadı - onun tənqidçiləri iqlim danışıqlarına ev sahibliyi edən ölkənin bu fikirdə olmasını yanlış hesab edir, onların fikrincə, neft və qaz ehtiyatlarına malik ölkələr, əsasən onlardan asılılıqdan qurtulmağı hədəf qoymalıdırlar.

“İstər neft, qaz, külək, günəş, qızıl, gümüş, mis olsun, bunların hamısı təbii sərvətlərdir”, o deyib.

"Və ölkələri onlara malik olmaqda və bu resursları bazara çıxarmaqda günahlandırmaq olmaz, çünki bazarın onlara ehtiyacı var, insanların onlara ehtiyacı var”, cənab Əliyev bildirib.

İqlim fəalları hesab edir ki, Azərbaycan neft və qazdan asılılığını azaltmalıdır - hazırda dövlət büdcəsinin 60 faizə qədəri bu sahənin gəlirlərilə maliyyələşir.

Ancaq Azərbaycan Avropaya da qaz satır - həmin Avropaya ki, iqlim dəyişikliyi danışıqlarında mühüm rol oynayır və hələ ki, qaz asılılığından xilas olmaq üçün özünün atdığı addımları çox kiçikdir.

İki il əvvəl Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyen Bakıya gələrək Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair qaz razılaşması imzalayıb.

Ancaq özü COP29 tədbirinə gəlməməyi seçib. Mən dünən Avropa İttifaqının iqlim siyasəti üzrə baş məsləhətçisi Jacob Werksmandan soruşdum ki, Bakıdakı tənqidçiləri deyir ki, xanım Von der Leyen qaz üçün Bakıya gəlsə də, iqlim danışıqlarına gəlmədi, qaz onun üçün iqlim böhranı müzakirələrindən dahamı önəmlidir. Cənab Werksman sadəcə dedi ki, Von der Leyenin adından danışa bilməyəcək.

COP29

 ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,Bir çox Avropa liderləri tədbirə gəlməsə də, Britaniya Baş Naziri Keir Starmer, Türkitə lideri Recep Tayyip Erdoğan və digər dünya liderləri iştirak edib.

                            Məktub

BBC-nin İqlim məsələləri üzrə müxbiri Mat McGrath deyir ki, bu gün yayılan məktub iqlim böhranı ilə mübarizədə əhəmiyyətli irəliləyişin olmaması ilə bağlı artan məyusluğu əks etdirir. Məktubu imzalayanlar hesab edir ki, iqlim böhranı sürətlə, COP prosesi isə çox yavaş gedir.

Məktubu imzalayanlardan biri, iqlim üzrə alim Johan Rockstrom deyir ki, məqsədləri COP prosesini şübhə altına almaq deyil. “buna hər zamankından daha çox ehtiyacımız var, amma [danışıqdan] hərəkətə keçməliyik, professor Rochstrom BBC-nin Today proqramına deyir.

Azərbaycan tərəfdən COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev məktubla bağlı jurnalistlərə deyib ki, COP prosesi artıq nailiyyətlər əldə edib, tərəflər bu konfransda bəşəriyyət naminə toplaşıblar və ən önəmlisi ambisiyaların mövcud vasitələrlə uzlaşmasını təmin etməkdir.

Məktubun müəllifləri həmçinin COP-lara ev sahiblərinin seçilməsi prosesindən narazıdırlar. Ötən il də əsas neft istehsalçısı olan Birləşmiş Ərəb Əmirlikləri Cop28-ə ev sahibliyi edib - tədbir Dubayda keçirilib.

Prezident Ilham Əliyev bu həftə etdiyi çıxışı zamanı, diqqəti əldə edilmiş uğura çəkib: O deyib ki, konkret olaraq 10 ildən artıqdır müzakirə olunan Paris sazişinin 6-cı maddəsi üzrə ilk nəticələr əldə olunub. O COP29-da yeni maliyyə hədəfinin razılaşdırılacağına ümid etdiyini bildirib.

COP29-da iştirak edən kasıb və inkişaf etməmiş ölkələr, zəngin ölkələrdən maliyyə yardımı istəyir ki, öz ölkələrində karbon və digər zərəli qazların atmosferə buraxılmasını azalda bilsin - onların günəş, külək enerjisi vasitələrinə sərmayə yatırmaq üçün vəsaitləri yoxdur.

Məktubu imzalayanlar hesab edir ki, COP tədbirlərinin daha kiçik keçirilməsi lazımdır. Bu il COP29 tədbirində iştirak etmək üçün 72 min adam qeydiyyatdan keçib.

Məktub yalnız COP29 haqqında deyil, ümumiyyətlə COP-ların "səmərəsiz" olması barədədir.

"Onun hazırkı strukturu sadəcə olaraq dəyişikliyi artan sürət və miqyasda təmin edə bilməz, bu, bəşəriyyət üçün təhlükəsiz iqlimi təmin etmək üçün vacibdir", məktubu imzalayanlar.

                               Daha bir mübahisə

COP29

 ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

COP29 danışıqlarının üçüncü günü Fransanın ekologiya naziri Agnes Pannier-Runacher danışıqlardan geri çəkildi.

O, Azərbaycan Prezidentinin rəsmi Parisi Yeni Kaledoniyada “müstəmləkə cinayətlərində” ittiham etməsindən sonra belə qərar verib.

“Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir”, İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində deyib.

COP29 dəhlizlərində danışdığım jurnalistlər deyir ki, Prezident Əliyev Yeni Kaledoniyada insan haqları ilə bağlı vəziyyətə dair haqlı olmuş ola bilər, amma bu fikirləri səsləndirmək üçün COP29-un ən uğurlu tədbir olub-olmasından əmin deyillər.

COP tədbirlərinin məqsədi artan qlobal isinmə ilə necə mübarizə aparmaq barədə konsensus yaratmaqdır və COP danışıqlarının lideri olan ölkənin başçısından belə fikirlər nadir haldır, BBC müxbiri MatMgrath deyir.

Azərbaycanda insan haqlarının vəziyyətini tənqid edənlər ölkə rəhbərliyilə bağlı “rejim” ifadəsini tez-tez işlədir və İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makronla bağlı bu ifadəni seçməsinə səbəb olmuş ola bilər.

                     İnsan haqları

Tədbirin Azərbaycanda keçirilməsini tənqid edənlər deyir ki, ölkənin insan haqları sahəsində reytinqi aşağıdır, 300-dən çox siyasi məhbus hesab olunan şəxs və 15 jurnalist həbsdədir.

COP29 başlamazdan əvvəl BBC-yə müsahibəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov deyib: “Mən bu tip iddiaları qəbul etmirəm, çünki onlar fakta əsaslanmır”.

Təxminən 2000 iqlim qrupundan ibarət İqlim Fəaliyyət Şəbəkəsi BBC-ə deyib ki, ölkələr iqlim dəyişikliyi ilə bağlı irəliləyiş görmək istəyirlərsə, vətəndaş cəmiyyətinin qorunması çox vacibdir.

Könül Xəlilova, (BBC News Azərbaycanca)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam