Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Dünyanın kansleri”nin sülh planı və ya “Ukrayna kartı”ndan istifadə -ANALİZ

“Ukrayna Qərbə arxalana bilər”, amma... – “Məsuliyyətli siyasətçiyəm, bunu tək etməyəcəyəm”

Yenixeber.org: Almaniya kansleri Olaf Şolts Kiyev və digər tərəflərin iştirakı ilə Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna məsələsi üzrə danışıqlar aparmağa hazırdır. Bu barədə kansler Almaniyanın ARD telekanalındakı proqramda deyib.

“Bəli, yeri gələndə Rusiya Prezidenti ilə danışacağam. Ancaq mən məsuliyyətli bir siyasətçiyəm, bunu tək etməyəcəyəm”, deyən Şolts danışıqları “tezliklə” bərpa etmək niyyətində olduğunu bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti ilə dialoqa başlamazdan əvvəl bir sıra təmaslar qurulacaq və digər tərəflərlə, o cümlədən Ukrayna ilə danışıqlar aparılacaq: “Ukrayna bizə - Qərbə arxalana bilər və tək qalacağından qorxmamalıdır. Eyni zamanda, bu müharibənin genişlənməsinin qarşısını almaq üçün hər şey ediləcək. Təbii ki, biz bu müharibənin qeyri-müəyyən müddətə davam edib-etmədiyini və ya onu bitirmək üçün yolların tapıla biləcəyini öyrənmək üçün bir yol olub-olmadığını görməliyik”.

Qeyd edək ki, Şoltsla Putin arasında sonuncu danışıq 2022-ci ilin dekabrında baş tutub. Kansler Rusiya liderini qoşunları Ukrayna ərazisindən çıxarmağa və münaqişənin diplomatik yolla həllinə davam etməyə çağırıb.

Oktyabrın ortalarında Almaniya kansleri artıq Rusiya hakimiyyəti ilə Ukraynadakı hərbi münaqişənin həlli yollarını müzakirə etməyə hazır olduğunu bəyan edib. O qeyd edib ki, Rusiya tərəfi ilə danışıqlar Almaniyanın ən yaxın müttəfiqləri ilə koordinasiya əsasında aparılmalıdır və qərarlar “Ukraynanın arxasından” qəbul edilə bilməz.

Oktyabrın əvvəlində “Die Zeit” nəşrinin Almaniya hökumətindəki mənbələri Şoltsun ​​Ukraynanı müzakirə etmək üçün yaxın həftələrdə Putinə zəng etməyi planlaşdırdığını bildirib. Almaniyanın xarici işlər naziri Annalena Berbok daha sonra Rusiya Prezidentinin Almaniya kansleri ilə “danışmağa hazır olmadığını” söyləyib.

Bundan əvvəl Şolts Ukraynadakı müharibəni daha tez bitirməyə və Rusiya ilə sülh sazişini müzakirə etməyə çağırmışdı. “La Repubblica” yazırdı ki, o, Ukraynada müharibəyə son qoymaq üçün kansler plan hazırlayıb ki, bu da Ukraynanın işğal olunmuş ərazilərinin bir hissəsinin Rusiyaya verilməsini istisna etmir. Nəşr qeyd edirdi ki, Şolts Almaniyanın daxili siyasətində öz mövqelərini möhkəmləndirmək üçün “Dünyanın kansleri” kimi tarixə düşmək və “Ukrayna kartını oynamaq” istəyir.

Öz növbəsində, Qərb və Ukrayna rəsmiləri arasında olan “Financial Times” mənbələri bildiriblər ki, maliyyə, silah-sursat və Ukrayna ordusunun təchizatı ilə bağlı problemlər səbəbindən Qərb və Kiyev münaqişənin Almaniya ssenarisi üzrə həlli imkanlarını getdikcə daha çox nəzərdən keçirir. Söhbət Ukraynanın itirdiyi əraziləri qaytarmadan münaqişənin başa çatacağı, Kiyevin nəzarətində olan hissənin isə NATO-ya qoşulacağı və Alyansın təhlükəsizlik zəmanətlərinə tabe olacağı ilə bağlı razılaşmalardan gedir.(AYNA)

Turan Abdulla

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam