Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Boz kardinal”dan şok açıqlamalar: işğalçıdan və separatçılardan üzr istənilməlidir?

Rusiya indi sakitcə bəyan edə bilər ki, Gürcüstanın 2008-ci ilin avqust müharibəsinə görə ona qarşı heç bir iddiası yoxdur

Yenixeber.org: Ötən həftənin sonu Gürcüstan hakimiyyəti öz tərəfdarlarının çoxunu şoka saldı. Hətta Gürcüstan parlamenti yaxınlığında hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının təsisçisi Bidzina İvanişvilinin 2008-ci il müharibəsi ilə bağlı bəyanatına etiraz olaraq aksiya keçirildi. Onun seçki kampaniyası çərçivəsində Qoridə keçirilən görüşünda adam az olsa da, səs-küylü açıqlama ilə yadda qaldı. Bəli, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Buna görə hər hansı bir yüksək səsli ifadə seçki ritorikası baxımından qəbul edilməlidir.

Görüşdə İvanişvili deyib ki, “kənardan verilən göstərişlər nəticəsində 2008-ci ilin avqustunda Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili avanturist addımlara əl atıb və bunlar müharibə ilə nəticələnib”. Üstəlik, İvanişvilinin sözlərinə görə, “bizlər buna görə üzr istəmək üçün özümüzdə güc tapacağıq”.

Ancaq bu da hamısı deyildi. İvanişvili həmçinin bildirib: “Mən sizə söz verirəm ki, Gürcüstanın Nürnberq məhkəməsi (Milli Hərəkata qarşı) tezliklə baş tutacaq və bu, şübhəsiz ki, bizim barışıq üçün ilkin şərt olacaq”.

Əslində, o, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini və onun rəhbərlik etdiyi partiyanı Nürnberq məhkəmələrində mühakimə olunan Hitler Almaniyasının nümayəndələri ilə müqayisə edib. Eyni zamanda, İvanişvili çıxışında Rusiyanın bu günə qədər davam edən hərbi müdaxilə və işğala görə məsuliyyətini qeyd etməyib. Bu mövqenin şokedici olduğunu söyləmək heç nə deməmək kimi bir şeydir.

Qarşımızda İvanişvilinin və komandasının Gürcüstanı “qanuni oğruların” qüdrətli hesab edildiyi ölkədən heyrətamiz islahatları haqqında bütün dünyada heyranlıqla danışılan ölkəyə çevirən Saakaşvilini gözdən salmaq istiqamətində məqsədyönlü şəkildə necə çalışdığına dair daha bir nümunə var. Eyni zamanda, İvanişvili və komandası, şübhəsiz ki, həbsdə olan Saakaşvilidən belə qorxaraq, Cənubi Osetiya və Abxaziyada separatizmi dəstəkləyən, gürcü torpağına müharibə ilə gələn Rusiyanın reputasiyasını ağartmağa başladılar.

Baxmayaraq ki, bütün dünya rus tanklarının 2008-ci ilin avqustunda Tbilisidən bir neçə on kilometr aralıda dayandığını xatırlayır. O da danılmazdır ki, vətəni müdafiə etmək borcunu yerinə yetirən çoxlu sayda gürcü mülki vətəndaşının və gürcü hərbçisinin həlak olmasında Rusiya günahkardır. Belə çıxır ki, separatçılardan da üzr istəmək olar. Gördüyümüz kimi, keçmiş SSRİ-dəki bütün münaqişələrin arxasında duran Rusiyanı deyil, keçmiş Gürcüstan hökumətini günahlandırmaq olar.

Həfətnin əvvəlində Tbilisidə etiraz aksiyasının keçirilməsi təəccüblü deyil. Toplananlar İvanişvilinin Qoridə verdiyi açıqlamaları tənqid ediblər. Etirazçılar İvanişvilinin həm ölkəyə, həm də 2008-ci ilin avqustunda həlak olan gürcü hərbçilərinə münasibətdə sözlərini “xəyanət” hesab ediblər. Mitinq yerinə polis səfərbər edilib, lakin parlamentin yerləşdiyi Rustaveli prospektində nəqliyyatın hərəkəti pozulmayıb. Aksiya sakit atmosferdə keçib.

Bir gün sonra isə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili söz alıb: “Elementar həqiqət budur ki, ərazi bütövlüyümüzün bərpasından uca məqsəd yoxdur. Bu, birincidir. İkincisi, ərazi bütövlüyünün bərpası yalnız sülh yolu ilə baş verəcək. Üçüncüsü, sülh yolu barışığı nəzərdə tutur. Dördüncüsü, barışıq bir-birimizə hansı yaralar vurduğumuzu, üzərimizdə hansı yaraların qaldığını, bir-birimizə nələr vurduğumuzu düşündüyümüzü dərk etməyi, bütün bunları dərk etməyi, lazım gəldikdə tövbə etməyi, lazım gəldikdə isə qarşılıqlı bağışlanmağı nəzərdə tutur”.

O, jurnalistlərin Gürcüstanın kimdən və hansı formada üzr istəyəcəyi və şəxsən üzr istəməyə hazır olub-olmadığına dair suallarını cavablandırarkən belə deyib.

Mövqe, yumşaq desək, çox mübahisəlidir. Əslində, manipulyasiya və vurğu dəyişdirmək üçün klassik bir cəhd var. Baş verən hər şeydən yeganə faydalanan isə Rusiyadır - o, indi sakitcə bəyan edə bilər ki, Gürcüstanın 2008-ci ilin avqust müharibəsinə görə ona qarşı heç bir iddiası yoxdur. Bu manevr “Gürcü arzusu” partiyasının qarşıdan gələn parlament seçkilərində uğur qazanmasına səbəb olacaqmı? Zaman göstərəcək.

Amma Gürcüstanda baş verənlərə nəzər saldıqda, Azərbaycanın işğalçılardan və separatçılardan üzr istəmədən, öz suverenliyini və ATƏT-in Minsk Qrupunun hər üç həmsədr ölkəsinin planlarına zidd olsa da, ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa edən yeganə dövlət olduğunu daha böyük qürurla qiymətləndiririk.(AYNA)

Əkbər Həsənov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam