Redaktor seçimi
Kərəm Həsənovun özəlləşdirmə və ASC maxinasiyaları -
Abel  Məhərrəmovdan Akademik oğruluq-
“Qurtuluş-93”də kəsilən ağacların yerində qanunsuz tikintilər aparılır -
Vətəndaşın 3 qəpiyinə göz dikən Aydın Talibovun deputatlıq arzuları… -
Əmlak Komitəsində Eldəniz Qafarov kabusu:
Naxçıvanın mühafizəçiləri belə oliqarx olan Baş naziri: Ceyhun Cəlilov kimin kadrıdır? –
Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?-
“Azərdövlətlayihə” DBL İnstitutunun direktoru öz şirkətini “tender çempionu” etdirir? -
Günün xəbəri

TRAMPIN UKRAYNADA SÜLH PLANI AÇIQLANDI - “Rusiya sülhə razı olmasa”

Məlum olduğu kimi, ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar partiyasının hazırkı prezidentliyə namizədi Donald Tramp dəfələrlə iddia edib ki, yenidən Ağ Evə gələcəyi təqdirdə Ukraynada davam edən müharibəni 24 saat ərzində dayandıra biləcək. Həm münaqişə tərəfləri, həm də mütəxəssislər Trampın bu iddiasına skeptik yanaşsalar da, sabiq prezident öz fikrində qalır.

Yenixeber.org: Xarici KİV-lər xəbər verir ki, Trampın iki müşaviri - Keyt Kelloq və Fred Fleyts ona Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaqla bağlı plan təqdim ediblər. “Reuters”-in məlumatında deyilir ki, Tramp həmin planı müsbət qarşılayıb.

Xəbərdə bildirilir ki, planı hazırlayan K.Kelloq Trampın 2017-2021-ci illərdəki prezidentliyi dövründə Milli Təhlükəsizlik Şurasının aparat rəhbəri vəzifəsində çalışıb.

Plana gəlincə, orada qeyd edilir ki, Tramp ABŞ prezidenti seçilərsə, dərhal Ukraynaya Rusiya ilə danışıqlara razılıq verməsini təklif edəcək. Rəsmi Kiyev danışıqlardan imtina edəcəyi təqdirdə isə Ukraynaya silah yardımını dayandıracağını bəyan edəcək.

Eyni zamanda Rusiyaya qarşı da eyni tələb irəli sürüləcək. Ona da təklif olunacaq ki, dərhal Ukrayna ilə danışıqlara başlasın. Kremlə xəbərdarlıq ediləcək ki, bundan imtina edəcəyi təqdirdə Ukrayna indikindən daha böyük həcmdə və daha ciddi şəkildə hərbi dəstək alacaq.

O da bildirilir ki, sülh danışıqları zamanı mövcud təmas xətti əsasında atəşkəselan olunacaq.

Kelloq bildirib ki, Tramp seçkidə qalib gələrsə, Rusiya və Ukraynanı danışıqlar masasına tez bir zamanda gətirmək son dərəcə vacib olacaq: “Biz ukraynalılara deyirik ki, siz masaya gəlməlisiniz. Əgər masaya gəlməsəniz, ABŞ-dən dəstək bitəcək. Putinə isə deyilir ki, danışıqlar masasına oturmalıdır: “Əgər siz masaya oturmasanız, biz ukraynalılara sizi döyüş meydanında öldürmək üçün lazım olan hər şeyi verəcəyik".

Planı hazırlayanlar hesab edirlər ki, Moskva Ukraynanın NATO üzvlüyünün uzun müddət təxirə salınması əsnasında danışıqlar masasına əyləşə bilər. Fleyts bildirib ki, Ukraynanın onların planına uyğun olaraq Rusiyaya rəsmən ərazi verməsinə ehtiyac yoxdur. Yəni, işğal olunan ərazilərin Rusiyanın nəzarətində qalması Kiyev tərəfindən rəsmiləşdirilməyəcək. Bununla yanaşı, onun fikrincə, Ukrayna çətin ki, yaxın gələcəkdə bütün ərazisinə nəzarəti bərpa edə bilsin.

Kelloq və Fleytsin fikrincə, Ukraynada davamlı sülhə nail olmaq üçün Ukrayna üçün əlavə təhlükəsizlik təminatlarına ehtiyac var. Fleyts əlavə edib ki, "Ukraynanı dişinə qədər silahlandırmaq" çox güman ki, bunun əsas elementi olacaq.

Artıq Putinin mətbuat katibi Dmitri Peskov Trampın planına Kremlin münasibətini açıqlayıb. O, “Reuters” agentliyinə bildirib ki, Trampın müşavirləri tərəfindən təklif olunan Ukrayna planında “yerdəki vəziyyət” nəzərə alınmalıdır: "Hər hansı bir planın dəyəri təfərrüatlarda və döyüş meydanındakı vəziyyəti nəzərə alıb-almamasındadır”.

Göründüyü kimi, Kremlin açıqlanan bu plana münasibəti birmənalı deyil. Ümumiyyətlə, Putinin bir müddət əvvəl ortaya atdığı “sülh təklifi” Trampın sülh planının reallaşdırılması ehtimalını böyük sual altına alır. Çünki Putin həmin “təklifində” Ukrayna ordusunun bir hissəsi işğal edilmiş Zaporojye, Xerson, Luqansk və Donetsk vilayətlərinin bütün ərazilərindən çıxarılmasını istəyib. Yəni, Ukrayna bu vilayətlərin öz nəzarətində olan böyük ərazilərini və milyonluq əhalisi olan mərkəzi şəhərlərini tərk edib, Rusiyaya verməlidir. Üstəgəl, NATO-ya getməyəcəyi barədə rəsmi təminat verməlidir. Eləcə də Rusiyanın üzərindən bütün beynəlxalq sanksiyalar götürülməlidir. Belə bir qeyri-adekvat, qeyri-real və açıq işğalçılıq ultimatumu xarakterli “sülh təklifi”nin fonunda Trampın sülh planının qəbulu şansı olduqca qaranlıq görünür…

Qeyd edək ki, Putinin həmin təklifinə Ruisyadakı şovinizmin müasir ideoloqlarından və Kremlin “filosof”larından biri sayılan Aleksandr Duqinin reaksiyası da onun qeyri-real olduğunu təsdiqləyir. Duqin deyib ki, bu təklif “çox əla təklifdir, çünki qəbul olunmayacaq”…(Azpolitika)

C.Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam