Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Ya öz arvadının yanına get, ya da katibənin” –Stalindən nazirə dostyana məsləhət...

İyirmi ildən artıq İosif Stalinin şəxsi köməkçisi vəzifəsini daşıyan Aleksandr Poskrebışev sonralar yazdığı memuarlarında yüksək ranqlı dövlət məmurları haqqında da maraqlı hadisələri qələmə alıb. Onlardan biri də uzun illər ittifaq miqyaslı kənd təsərrüfatı qurumlarında və diplomatik missiyada yüksək vəzifələr tutmuş İvan Benediktovdur.

İVAN.jpg (79 KB)

Poskrebışev Stalinlə kənd təsərrüfatı nazirinin görüşlərinin birini aşağıdakı kimi xatırlayıb:

“Gecədən xeyli keçmişdi. Təxminən 1-2 radələri idi. Stalin məni yanına çağırdı, göstəriş verdi ki, Benediktovu təcili qəbula çağırım. Mən öz otağıma keçib nazirə zəng vurdum:

- İvan Aleksandroviç, siz təcili yoldaş Stalinin yanında olmalısınız. Sürücü çağırmayın, maşın göndərmişik, 5-10 dəqiqədən sonra sizi həyətdə gözləyəcək.

Adətən belə çağırışlarda qarşı tərəf heç bir müzakirə açmırdı. Benediktov da heç nə demədən dəstəyi asdı. Yarım saatdan sonra nazir artıq qəbul otağında idi. O, içəri keçəndə hiss etdim ki, ondan alkoqol iyi gəlir, heç duruşu da mükəmməl deyildi.

Bütün bunlara baxmayaraq, Benediktov Stalinin qəbuluna girməliydi. Mən hansısa bir xoşagəlməz hadisənin baş verəcəyini düşünürdüm. Amma hər şey əksinə oldu. Kabinetin qapısı açıq olduğundan mən onların söhbətini qəbul otağından eşidirdim. Stalin əvvəlcə naziri sorğu-suala tutdu, nazirliyin işləri ilə maraqlandı, öhdəliklərin yerinə yetirilməsi ilə bağlı rəqəmləri soruşdu. Benediktov bütün suallara geniş və ətraflı cavab verdi. Cavablar və göstəricilər Stalini qane etdi. Amma nazirin sərxoş vəziyyətdə olması, tez-tez müvazinətini itirməsi də Stalinin diqqətindən yayınmadı:

- Yoldaş Benediktov, sizin başınız ayaqlarınızdan fərqli olaraq çox yaxşı işləyir. Amma narkomlar içkiyə və əyləncəyə az vaxt sərf etsələr, daha yaxşı olar.

- Yoldaş Stalin, mən alkoqola meylli adam deyiləm, bu gün həyat yoldaşımın ad günü idi, qərara gəldik ki, ailə daxilində qeyd edək.

Sonra Benediktov getmək üçün icazə istədi. Stalin kabinetin küncündəki şkafın siyirtməsindən şokolad qutusunu çıxarıb nazirə uzatdı:

- Həyat yoldaşınızı təbrik edərsiniz...”

BENE.jpg (55 KB)

İvan Benediktov işlədiyi bütün vəzifələrdə həmişə məhsuldarlığı, iş bacarığı ilə fərqlənib. Onun müharibənin ən ağır dövründə, 1941-1942-ci illərdəki fəaliyyətini Stalin yüksək qiymətləndirib. Ordunun və əhalinin kənd təsərrüfatı məhsulları ilə təmin olunmasında, ehtiyat taxıl fondunun yaradılmasında, ölkənin ərzaq proqramının mövcud dövrə uyğun tənzimlənməsində Benediktovun xidmətləri danılmaz fakt kimi ölkə tarixinə yazılıb.

Qeyd edək ki, 1902-ci ildə Kostromada anadan olan İvan Benediktov Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında ali təhsil alıb. 1927-ci ildən 1930-cu ilə qədər Özbəkistanda Torpaq Komissarlığında müxtəlif vəzifələrdə çalışıb. 1937-ci ildə Benediktov Rusiya taxıl və heyvandarlıq təsərrüfatı komissarı, 1938-ci ildə SSRİ torpaq komissarının birinci müavini, həmin ilin noyabrında isə komissar (nazir) təyin edilib. İvan Benediktov Kənd Təsərrüfatı Nazirliyində ən uzunömürlü rəhbər olub. O, ayrı-ayrı iki müddətdə 15 il bu vəzifəni daşıyıb.

Kənd təsərrüfatı sahəsinin mükəmməl bilicisi olan Benediktov Xruşovun hakimiyyəti illərində onun bu sahə ilə bağlı apardığı islahatlara qəti etirazını bildirib. Elə bu etirazlara görə də onu nazir vəzifəsindən uzaqlaşdıraraq Hindistana səfir göndəriblər.

HİNDİ.jpg (89 KB)

Diplomatik missiyada da Benediktov öz fəaliyyəti ilə fərqlənib. Məhz onun səfir olduğu illərdə Xruşovun Hindistana, Nehrunun isə SSRİ-yə rəsmi səfərləri baş tutub. O cümlədən Yuri Qaqarinin Hindistana səfər etməsi də məhz Benediktovun təşkilatçılığı sayəsində həyata keçib.

Müasirlərinin yazdıqlarına görə, Benediktov xidməti fəaliyyətində nöqsansız bir məmur olub. Amma şəxsi həyatında buraxdığı səhvlər hətta Kremldə müzakirə mövzusuna çevrilib. Belə ki, nazir həyat yoldaşı ola-ola arada katibəsinin evində də qalıb. Hətta o, katibəsinə dövlət hesabına kiçik bir bağ evi də tikdirib. Bu məsələ Mərkəzi Komitə yanında fəaliyyət göstərən Partiya Nəzarəti Komitəsində müzakirə edilib. Benediktovun sürücüsü sorğu-suala tutulanda, o, nazirin katibəsinin evinə tez-tez getdiyini təsdiq edib. Araşdırmanın nəticələrini Stalinə məruzə ediblər.

Stalin Mərkəzi Komitənin iclasında məsələyə aşağıdakı kimi reaksiya verib:

“Benediktov iki nazirin yerinə işləyir. Siz hamınız bunu yaxşı bilirsiniz. Bəlkə də hələ üç nazirliyin. Tədarük Nazirliyi, Torpaq Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi. Ona görə də onun iki arvad saxlamağa və iki bağ evi olmağa tam haqqı çatır. Əgər bununla razılaşmırsınızsa, gəlin nazirlikləri ixtisar edərək bir nazirlik yaradaq. Belə bir ixtisar aparsaq, Benediktov yenə də nazir olacaq və onda biz ondan tələb edərik ki, arvadlarından və bağ evlərindən birini ixtisar etsin...”

BENE SON.jpg (51 KB)

Elə həmin iclasdan sonra Stalin Benediktovu yanına çağırıb və onlar təkbətək görüşüblər.

Stalin yarızarafat, yarıgerçək nazirə öz iradını bildirib:

- İvan, mən bunu sənə dostyana deyirəm, ya sən öz arvadının yanına get, ya da katibənin. İki yoldan birini seç...

Benediktovun sonuncu vəzifəsi SSRİ-nin Yuqoslaviyadakı səfiri vəzifəsi olub. O, 1971-ci ildə bu ölkədən geri çağırılaraq təqaüdə göndərilib. Ömrünün son illərinə qədər həm müsahibələrində, həm də memuarlarında sabiq nazir Stalinə öz sədaqətini nümayiş etdirib.

İvan Benediktov 1983-cü ildə, 81 yaşında vəfat edib.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam