Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Cümhuriyyətçilərin hakimiyyətə gəlmək şansı artdı:“Növbəti iqtidar CHP olacaq”

Aqil Səmədbəyli: “Bələdiyyə seçkilərində qalibiyyətlə həm İmamoğlunun prezidentliyə, həm təmsil olunduğu CHP-nin iqtidara yolu açılmış oldu”

Yenixeber.org: Martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkiləri dinc şəraitdə başa çatdı. Seçkilərin nəticələrinə əsasən ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) müxalif Cümhuriyyət Xalq Partiyasına (CHP) məğlub oldu. Belə ki, müxalif 37.76 faiz səslə birinci, AKP isə 35.48 faiz səslə ikinci sırada qərarlaşıb. Üçüncü yerdə isə 6.19 faiz səslə Yenidən Refah Partiyası dayanıb.

Yerli özünüidarəetmə orqanlarıma keçirilən seçkilərdə də seçici aktivliyi əvvəlki seçkilərdə olduğu kimi aktiv keçib. Səsvermə hüququ olan vətəndaşların 74,88 faiz seçki məntəqələrinə gəlib.

Əvvəldən də proqnozlaşdırıldığı kimi, əksər böyükşəhər bələdiyyələrində CHP-nin namizədləri qalib gəlib. İstanbulun bələdiyiyyə sədrliyi postunda Əkrəm İmamoğlu, Ankaranın bələdiyyə sədrliyi postunda isə Mansur Yavaş qalıb.

Hakim AKP-nin sədri, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdən sonrakı çıxışında rəhbəri olduğu təşkilatın yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə istədiyi nəticənin əldə olunmadığını bildirib və bir növ məğlub olduqlarını etiraf edib. Bununla yanaşı, Türkiyə lideri buraxdıqları səhvlərdən nəticə çıxarılacağını söyləyib. Ərdoğan Türkiyə demokratiyasının qalib gəldiyini söyləyərək hər bir prosesin xeyirli olduğunu, yeni fürsətlər yaratdığını söyləyib.

Müxalif CHP-nin sədri Özgür Özəl isə seçkilərlə bağlı çıxışında rəhbəri olduğu partiyanı dəstəklədiyi üçün xalqa təşəkkür edib, daha çox çalışacaqlarına, xalqa xidmət edəcəklərinə söz verib.

Bələdiyyə seçkilərində CHP-nin uğur qazanması ilə gələcək iqtidara sahib ola biləcəyi ehtimalının artdığını qeyd edən analitiklər hesab edirlər ki, 4 ildən sonra Türkiyə siyasətində bir nömrəli partiya CHP olacaq.

Seçki prosesi və qarşıdan gələn müddətdə Türkiyə siyasətində nələrin proqnozlaşdırıldığını qardaş ölkədə yaşayan azərbaycanlı ictimai-siyasi xadim Aqil Səmədbəyli bizimlə müsahibəsində bölüşüb. Onun sözlərinə görə, bu seçkilər də nümunəvi şəkildə demokratik şəraitdə keçib:

- Heç kəs bir-birinə mane olmadı, hər kəs təbliğatını normal şəkildə apardı, platformasını elan etdi. Seçki prosesi zamanı da, səsvermə günü də heç bir qanun pozuntusu qeydə alınmadı, insident baş vermədi. Hər bir dövlətin nümunə götürəcəyi demokratik seçim prosesini qeyd etmək olar. Bu seçki yarışı Türkiyədə seçki institutunun necə mükəmməl formada oturuşduğunun bir nümunəsi idi.

Bu anda böyük lider, Qazi Mustafa Kamal Atatrürkü anmamaq mümkün deyil. Atatürkün ruhu şad olsun  ki, belə bir dövlət qurub və bu dövlət inkişaf etməyə, yüksəlməyə davam edir, dünyaya nümunə göstərir, siyasi mədəniyyət nümayiş etdirir.

Bu seçkilərin də Türkiyə üçün uğurlu və xeyirli olduğuna inanıram. Ona da inanıram ki, Türkiyə bundan sonra da demokratik ənənəsini davam etdirəcək. Türkiyə həm qardaş ölkələrə, həm İslam dövlətlərinə, həm də dünyanın bir çox ölkələrinə demokratik seçkilərin necə keçirilməsi lazım olduğu nümunəsini göstərməyə davam edəcək. Bu da bizi, azərbaycanlıları sevindirir, qürurlandırır. Türkiyə həm də Azərbaycanla bərabər bizim doğma dövlətimizdir. Bu dövlətin siyasi sisteminin belə gözəl demokratik ənənəyə söykənən varlığı bizə qürur yaşadır. Ümid edirik ki, bir gün bütün türk dövlətlərində belə seçkilər keçiriləcək, xalqın gerçək iradəsi seçki qutularında əksini tapacaq.

- Atatürkün qurucusu olduğu partiya CHP uzun illərdən sonra bələdiyyə seçkilərində qalib gəldi. Bu qalibiyyət CHP-nin növbəti seçkilərdə - parlament və prezident seçkilərində qalib gəlməsinə, iqtidar olmasına zəmin yaradacaqmı?

- Türkiyədə belədir ki, yerəl seçim dedikləri bələdiyyə seçkiləri bir sonrakı seçkilər haqqında proqnozlar verməyə imkan yaradır. Bu mənada, müxalif CHP-nin bələdiyyə seçkilərində qalib gəlməsi cəmiyyətdə bundan sonrakı Türkiyə hakimiyyətinin CHP tərəfindən formalaşdırılacağı təsəvvürü yaradır. Ona görə ki, Türkiyədə qanunlarla idarə olunan, seçkiyə əsaslanan dövlət idarəçiliyi sistemi var. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın özü də prezident seçkiləri zamanı bildirmişdi ki, bu onun üçün son seçkidir. Türkiyə qanunlarına əsasən, bir nəfər iki dəfədən artıq prezident ola bilməz.

İstanbul böyükşəhər bələdiyyəsinin başqanlığını ikinci dəfə qazanmış Əkrəm İmamoğlu gələcək prezidentliyə ən güclü namizəd kimi indidən görülür. Yəni Türkiyə cəmiyyətində hazırkı əhval-ruhiyyə bundan ibarətdir. Doğrudur, hələ prezident seçkilərinə dörd ildən çox zaman var. Təbii ki, qarşıdakı dörd il böyük zaman kəsiyidir. Bu müddətdə siyasi aləmdə nələrin baş verəcəyini dəqiq demək çətindir. Sadəcə bugünkü analizlər göstərir ki, bəli, proseslər normal şəraitdə davam edərsə, qeyri-adi hadisə olmasa, növbəti dəfə hakimiyyətdə CHP olacaq. Və İmamoğlu da CHP-nin namizədi olaraq prezident seçkilərinə qatılacaq. Baxmayaraq ki, CHP-nin başqanı Özgür Özəldir, amma hər kəs anlayır ki, prezidentliyə ən güclü və şanslı namizəd İmamoğlu görünür. Bələdiyyə seçkilərində qalibiyyətlə həm İmamoğlunun prezidentliyə, həm təmsil olunduğu CHP-nin iqtidara yolu açılmış oldu.

- Ərdoğan seçkidən sonrakı çıxışında sədri olduğu AKP-nin məğlubiyyətini qəbul etdi və səhvlərin olduğunu, səhvlərdən nəticə çıxarılacağını bildirdi. Sizcə, AKP səhvlərdən nəticə çıxararaq, növbəti seçkilərdə itirmiş olduğu səs faizini bərpa edə bilərmi?

- Bu müsbət haldır ki, ölkənin hakim partiyasının sədri, Prezident etiraf edir ki, səhvlər ediblər. Demək ki, Prezident xalqın rəyi ilə hesablaşır, demokratiyaya önəm verir. Baxmayaraq ki, Azərbaycanda da bəlli bir kəsim Ərdoğanı “diktator” adlandırır. Amma seçkilər və Ərdoğanın səhvləri etiraf etməsi onu göstərir ki, Türkiyədə istəsən də diktator olmaq mümkün deyil. Çünki bu ölkədə oturuşmuş seçki sistemi, oturuşmuş demokratiya və xalqın oturuşmuş demokratik ənənəsi diktaturaya imkan vermir.

Təbii ki, Ərdoğanın əlində hakimiyyət var, hakimiyyət resursları mövcuddur. Qarşıdakı dörd il müddətində AKP-nin səhvlərdən nəticə çıxara biləcəyi ehtimalı böyükdür. Nəzərə almaq lazımdır ki, Ərdoğan güclü siyasi xadimdir, fiqurdur, oyunçudur, liderdir. Onun növbəti seçkilərədək nələr edə biləcəyini özü hər kəsdən daha yaxşı bilir. Qarşıdakı müddətdə cəmiyyət də görəcək ki, səhvlər hansılar idi, bu səhvlərdən nəticə çıxarıldımı, çıxarılmadımı, problemlər yoluna qoyuldumu. Buna uyğun da seçici növbəti seçkilərdə səsini kimə verəcəyini müəyyənləşdirəcək.

- Millətçi kəsimin siyasi təşkilatı sayılan MHP bu seçkilərdə də uğur qazana bilmədi. Əvvəlki parlament seçkilərində də bu təşkilat uğursuz oldu. Sizcə, niyə son dönəmlərdə millətçilərin partiyasının dəstəyi bu qədər azalıb?

- Türkiyə cəmiyyətində, siyasi aləmində millətçilər bölünüb. Düzdür, ən çox millətçilər MHP-də təmsil olunurlar, çünki millətçilərin köklü partiyası MHP-dir. Amma məsələn, bir qrup millətçi kəsim AKP içərisindədir. Zəfər Partiyası da millətçi təşkilatdır. Məmləkət Partiyası da millətçi kəsimlə formalaşıb. İYİ Partiya demək olar ki, millətçilərdən ibarətdir. Hətta Yenidən Refah Partiyasının içərisində mühafizəkar millətçilər təmsil olunur.  “Cumhur İttifaqı” formalaşandan bu yana MHP AKP ilə müttəfiq olduğuna görə MHP az səs toplayır. Bunun da səbəbindən biri MHP-nin AKP-yə dəstək verməsi ilə bağlıdır. Son seçkilərdə seçicilər AKP-yə səs verməməklə həm də MHP-yə səs verməmiş oldu. Türkiyə seçicisinin təxminən 50 faizi millətçidir. Amma həmin 50 faiz seçici bir neçə partiya arasında bölünür. Bu səbəbdən də  millətçilər seçkilərdə çoxluq qazana bilmirlər.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam