Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Əfqanı dünyanı oyadır, qara bəxti oyanmır –milyonlarla didərgin əfqanın acı həyatı

Dünyada 5 ən bədbəxt xalq varsa, biri və birincisi əfqanlardır. Bir əsrə yaxındır ki, bu ölkədə silahlı münaqişələr davam edir. Arada bir neçə illik qısa sabitlik dönəmi olur, sonra yenə qan su yerinə axır. Yarım əsrdir ki, bu ölkədə heç qısa sabitlik dövrü də olmur.

Yenixeber.org: Uzun illər davam edən partizan müharibəsindən sonra, ABŞ hərbi kontingentinin Əfqanıstanı tərk etməsi nəticəsində “Taliban” təşkilatının asanlıqla hakimiyyətə gələn gəlməsindən sonra olkədə humanitar vəziyyət daha da ağırlaşıb.

Milyonlarla əfqan dözülməz şəraitə görə evlərini tərk etməyə, qonşu ölkələrə qaçmağa və yalnız beynəlxalq yardıma arxalanmağa məcbur olublar. Qaçqınlar çöllərdə açıq havada yerləşən düşərgələrdə yaşayırlar.

owl_wide_1200_e2c13a0b9ba4f237720275989c49d65b.jpg (220 KB)

Əfqanların səhrada necə sağ qalmağa çalışdıqları, Əfqanıstandakı humanitar böhran, BMT və digər beynəlxalq təşkilatların problemi niyə həll edə bilməməsi haqqında dünya mətbuatında tükürpədən materiallar, fotolar dərc olunmaqdadır.

Pakistan-Əfqanıstan sərhədi yaxınlığındakı Torkham düşərgəsindəki əfqan qaçqınlar, Əfqanıstan, 3 noyabr 2023-cü il.

Davam edən münaqişələr səbəbindən Əfqanıstan əhalisinin əhəmiyyətli bir hissəsi evlərindən didərgin düşüb. 6 milyona yaxın əfqan dünyanın 100-dən çox ölkəsinə sığınıb. Daha 3,5 milyon insan öz ölkəsinin başqa bölgələrində yeni sığınacaq axtarmağa məcburdur - onlar məcburi köçkündürlər.

owl_wide_1200_6c0a59366965c7eee8408c7146139a25.jpg (201 KB)

40 milyonluq Əfqanıstan əhalisinin üçdə ikisi - 28 milyonu yalnız beynəlxalq yardım sayəsində yaşayır. Problem son illərdə daha dakəskinləşib: 2021-ci ilin əvvəlində cəmi 18 milyon insanın humanitar yardıma var idi. Hazırda 20 milyondan çox əfqan qida çatışmazlığı ilə üzləşir.

BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi bildirib ki, Əfqanıstanın köçkünlük böhranı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yetmiş illik tarixində ən böyük və ən uzun sürən böhranlardan biridir.

Əfqanıstanın şərqindəki çöl yüz minlərlə insanla doludur. Onlar ən yoxsul sakinlər hesab olunurlar. Bəziləri çadırlarda yaşayır, lakin açıq havada, qumun üstündə oturaraq, döşəklər çarpayılar, yastıqlar, xalçaların üstündə yaşayanlar da çoxdur.

owl_wide_1200_4cdaa14db5d67e4f66a647f3de0bf502.jpg (335 KB)

Onlar kifayət qədər qida ala bilmir və ağır xəstəliklərdən əziyyət çəkirlər. Qışda qaçqınların dağ küləklərinin soyuğunda isinmək üçün odunları çatmır.

Torkham, Əfqanıstan, Pakistan-Əfqanıstan sərhədindəki qaçqın düşərgəsinin ümumi görünüşü, 3 noyabr 2023-cü il

Münaqişənin nəticələri qadınlar və uşaqlar üçün xüsusilə ağırdır. Onların hüquqları təhlükə altındadır, uşaqlar məktəbə gedə bilmir və qida çatışmazlığından əziyyət çəkir, çox vaxt dilənçilik etməyə məcbur olurlar.

owl_wide_1200_6fe880a543f437abc611c7e699f033c7.jpg (222 KB)

Azyaşlı qızları ərə vermək qaçqınlar üçün gəlir əldə etməyin yollarından biridir. Valideynlər yeniyetmə qızlarını ailəyə bir şey ödəməyə hazır olanlara ərə verirlər.

“Səhrada şəhər”in yaranmasının səbəblərindən biri Pakistan hakimiyyətinin Əfqanıstandan olan qaçqınları öz vətənlərinə deportasiya etmək qərarıdır. Pakistanda onların sayı çoxdur. Ötən ilin oktyabr-dekabr ayları arasında yarım milyon əfqan Pakistandan çıxarılıb.

Deportasiya, BMT-nin hesablamalarına görə, 2 milyona qədər qeyri-qanuni immiqrantı əhatə edə bilər.

Yüz minlərlə əfqan hələ rəsmi deportasiya edilməzdən əvvəl həbs olunmaqdan qorxaraq Pakistanı tərk etməyə başlayıb.

owl_wide_1200_45bfa6bed26416f1fb1432f36de68f57.jpg (288 KB)

Köçkünlər deportasiyadan sonra vəziyyətlərində dramatik dəyişiklikləri təsvir edirlər. Məsələn, qaçqınlardan biri 30 ildən artıq Pakistanın Pişəvər şəhərində öz evində yaşayıb və indi o, arvadı və uşaqları gecələrini yerdə, çadırsız, parçaya bükülmüş vəziyyətdə keçirməyə məcburdurlar.

Əfqan qaçqınlar Torkham düşərgəsində qeydiyyatdan keçmək üçün gözləyirlər, Əfqanıstan, 3 noyabr 2023-cü il.

Köçkünlərin bir çoxu İranda iş tapmaq və bu yolla ailəsini dolandırmaq istəyir. Ona görə də 12-20 yaşlı çox gənclər İrana can atırlar. Hər ay minlərlə insan Zaranc şəhəri yaxınlığında Əfqanıstan-İran sərhədini keçməyə çalışır.

“Onlar gecənin qaranlığında qaçaqmalçıların köməyi ilə nərdivanlardan istifadə edərək sərhəd divarını aşır və digər tərəfə tullanırlar”, - “Associated Press” reportyorları bu riskli marşrutu təsvir edir. Amma çox vaxt İran sərhədçiləri onların qarşısını alır, qaçqınları tutaraq düşərgələrə qaytarırlar.

owl_wide_1200_891caa510a8a1d0a1e51d74d807df0ca.jpg (117 KB)

BMT Əfqanıstandakı vəziyyətdən son dərəcə narahatdır. BMT-nin İnsan Hüquqları İdarəsinin sözçüsü Ravina Şamdasani deyib ki, deportasiya ilə üzləşənlərin çoxu Əfqanıstana qaytarıldı təqdirdə, əsassız həbslərə, işgəncəyə, qəddar rəftara məruz qalacaqlar.

BMT Pakistanı deportasiyaları dayandırmağa çağırır və bunun mövcud humanitar böhranı daha da pisləşdirəcəyini bildirir.

owl_wide_1200_ee9141bac1582e6e8c5c8c888290a52e.jpg (207 KB)

BMT-nin çağırışlarını dəstəkləyə Avropa təşkilatları tərəfdaş ölkələrdən qaçqınlar üçün əlavə humanitar yardım göstərməyi xahiş edirlər.

Əfqan qaçqınlarının gələcəyi qeyri-müəyyəndir və hətta beynəlxalq dəstək onların problemlərini həll edə bilməz.(musavat)

Araz Altaylı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam