Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Siyasi mühacir” alverindən YENİ XƏBƏR:İlkin və Toğrul Qəmbərlərin adı hallanır

İsa Qəmbər və ailəsinin “siyasi mühacir” alverində iştirakini təsdiqləyən ilkinc faktlar...
Və yaxudkeçmiş NİDA- çi, hazirda “YES” travelin rəhbəri olan Üzeyir Bağirli bibisi Aidə Qəmbərin ailəsinini necə maliyyələşdirir?
Yenixeber.org: Redaksiyamızın elektron poçtuna Azərbaycanda "siyasi mühacir" alveri ilə bağlı maraqlı məlumat daxil olub. Məlumatda Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin oğlanlarının da adı yer alır...
Aktuallığını nəzərə alıb, yazını olduğu kimi dərc edirik: 
 Musavat Partiyasinin sabiq başqani, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin qanunsuz miqrasiyada və “siyasi mühacir alverində” iştirakina dair ilginc faktlar ortaya çixib.
Bir müddət öncəHüquq-mühafizə orqanlarının apardığı əməliyyat nəticəsində “Yes Travel” MMC-nin rəhbərliyində təmsil olunan Üzeyir Bağırlıvə onunla birlikdə bir neçə şəxs Azərbaycan Respublikasının ərazisini tərk edən vətəndaşların xarici ölkələrdə qanunsuz "siyasi sığınacaq" almalarının təşkil edilməsi faktları ilə əlaqədar saxlanılmış, bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmışdır.
 
Külli miqdarda qazanc əldə etmək məqsədiilə Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindənarayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil etdikləri üçün Üzeyir Bğirli barəsində
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilmişdir.
Məhkəməninhökmü ilə Üzeyir Bağırlı barəsində azadliqdan şərti məhrumetmə cəzası təyin edilmişdir. Üzeyir Bağırlı NİDA gənclər hərəkatının üzvü olub, bibisi oğlu Turqut Qəmbərlə birlikdə NİDA gənclər hərəkatında təmsil olunublar.ÜzeyirBağırlıİsaQəmbərinhəyatyoldaşıAidaBağırovanın (Qəmbər) qardaşı oğludur.
İsaQəmbərin oğlanlari Turqut və İlkin Qəmbərlər “Yes Travel” MMC-nin qeyri-rəsmi sahibidir. Üzeyir Bağırlı “Yes Travel” MMC-nin rəhbərliyində de-yure təmsil olunsa da, əslində qanunsuz miqrasiya və “siyasi mühacir” alveri ilə məşğul olan bu MMC-nin real sahibləriİlkin və ToğrulQəmbərlərdir və bu şirkət İsa Qəmbər və ailəsinin maliyyələşməsini həyata keçirir.
Yenixeber.org olaraq yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam