Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İki ölkənin bir kölgəsi –Azərbaycan və Türkiyənin dillərdə dastan büsatı

Bu, yazılmamış, amma az qala bütün ölkələrdə tətbiq olunan beynəlxalq qaydadır: bir ölkədə prezident və ya parlament seçkilərindən qalib çıxan siyasətçi ilk səfərini mütləq dost-müttəfiq ölkəyə edir. Bəzən, dostu, müttəfiqi çox olan ölkələr onları sıralayır, birinci birinə, sonra digərinə, daha sonra o birinə səfər edir.

Yenixeber.org: Bu, daha çox simvolik məna daşıyır, ancaq hər ölkə özünün səfini də belə göstərir, düşmənlərinə və ya rəqiblərinə mesaj verir.

Artıq neçə vaxtdır ki, Türkiyədə seçkilərdə qalib gələn siyasi qüvvənin – AKP-nin lideri Rəcəb Tayyib Ərdoğan ilk səfərini Azərbaycana edir. Elə Azərbaycanın dövlət başçısı İlham Əliyev də artıq neçənci dəfədir ki, seçkidə qalib gələndən sonra Türkiyəyə səfər edir, görüşlər keçirir.

Bu dəfə də istisna olmadı. 7 fevral seçkisində növbəti dəfə qalib gələrək prezident seçilən İlham Əliyev andiçmə mərasimindən bir neçə gün sonra qardaş ölkəyə səfər etdi və göstərdi ki, bu iki ölkənin dostluğu, qardaşlığı əzizdir və bu birgəliyə sədaqət olduğu kimi də davam edir.

Türkiyə və Azərbaycanın münasibətindən, əlaqələrindən bəhs edərkən hər iki ölkədə və onlardan kənarda adətən “qardaş ölkələr” istilahı işlədirlər və bu, havayı söz deyil, altında möhkəm özül var.
Bu gün dünyada “dost-qardaş” ölkələr çoxdur, amma onların bir xeylisinin “qardaşlığı” mənafelərinin ilk toqquşmasına qədərdir, ondan sonra araya soyuqluq düşməsi halları da tez-tez olur. Məsələn, 4-5 il öncə hamıdan daha “yaxın olan qardaşlar” Rusiya və Belarus idi, aralarından su keçmirdi, hətta bu iki ölkə vahid ittifaqda birləşib, ancaq bir gün Rusiya ayağını dirəyib Belarusdan qaz pulunu dərhal ödəməyi tələb etdi. Prezident Lukaşenko gecəylə Azərbaycana müraciət edərək pul istədi ki, “qardaş”ının borcunu ödəsin.

Başqa dost-müttəfiq ölkələrin arasında da belə hallara rast gəlinir. Şükür ki, Azərbaycan və Türkiyə dostluğa, qardaşlığa daha böyük önəm verir, ona xələl gəlməsini istəmirlər.

Hər iki ölkə yekcins tərkibə malik olmadığından bəzən gah Anadoluda, gah da bizim ölkədə çatlaq səslər eşidilir, aranı ya nadanlıqdan, ya da bilərəkdən vurmağa çalışanlar, xoşagəlməz söz-söhbətlər yaradanlar olur. Ancaq hər iki ölkədə onların ağzından anındaca vurulur. Məşhur mahnıda deyildiyi kimi, “Egeydən Xəzərə qədər, beşikdən məzara qədər Azərbaycan-Türkiyə”.

Türkiyə nəinki bizim üçün, eləcə də bütövlükdə türk dünyası üçün dəyərli ölkədir. Bu gün Türk Dövlətləri Təşkilatına üzv olan müstəqil dövlətlərin təhlükəsizliyinin və suverenliyinin qarantoru məhz Türkiyədir. Bu dövlət dünya miqyasında söz sahibidir. Son 10 ildə bu faktor daha qabarıq şəkildədir və təkcə bölgəmizdə deyil, dünya miqyasında bir çox məsələlərin həlli Türkiyənin mövqeyindən asılıdır.
Azərbaycan dövlət və millət olaraq Türkiyənin uğurlarına öz uğurları kimi sevinir, onun üzləşdiyi çətinlikləri öz problemi sayır, itkilərini öz itkisi hesab edir, ekstremal durumlarda yardım etməyə çalışır. Məsələn, son bir neçə ildə Türkiyədə şiddətli meşə yanğınları tüğyan edəndə köməyə ilk yetişən Azərbaycan yanğınsöndürənləri olur. Ötən ilin fevralında Türkiyənin cənub-şərq əyalətlərində baş verən güclü zəlzələdən sonra da ölkəmizin xilasediciləri fəlakət zonasına birinci yetişmiş, sonuncu tərk etmişdilər.

Azərbaycan inşaatçılarnın zəlzələ zonasında fədakar və effektiv əməyi sayəsində zəlzələdən zərər çəkənlərin mənzillə təmin edilməsi işi intensiv şəkildə davam edir. Öz növbəsində Türkiyənin şirkətləri də Azərbaycanın işğaldan azad edilmiş rayonlarında infrastrukturun bərpasına ciddi töhfə verirlər.
Ayrıca, Azərbaycan-Türkiyə qardaşlığından danışarkən 2020-ci ilin oktyabr-noyabr aylarında Türkiyənin Azərbaycana verdiyi dəstək barədə çox danışmaq olar. Bu barədə dəfələrlə və təfərrüatlı şəkildə yazılıb, bütün Azərbaycan xalqı bu həqiqətləri bilir və onları unudası, gözardı edəsi deyil. Həmin vaxt Türkiyə Azərbaycanın növbəti dəfə təklənməsinə, silah-sursat sarıdan korluq çəkməsinə imkan vermədi, arxamızda dağ kimi durdu və bu dəstəyin nəticəsi 44 günün içində özünü göstərdi. Bu iki çulğaşmış ölkənin vahid kölgəsi, nəhayət, Qafqaza “sərinlik” - sülh və əmin-amanlıq gətirəcək.

Azərbaycanla Türkiyənin arasında müttəfiqlik sazişi var, hər iki dövlət, necə deyərlər, yaman gündə bir-birinə arxa-dayaq olmağı öhdəyə götürüb. Eyni zamanda bu müttəfiqlik büsatı bu və ya digər şəkildə Türk Dövlətləri Təşkilatına da inikas edir. Bunu gizlətməyə heç bir ehtiyac yoxdur, Türkiyə öz iqtisadi, siyasi, hərbi qüdrətinə görə TDT-nin lideridir, ancaq qardaş ölkənin liderliyi bəzi “köhnə qardaş”ların liderliyindən ona görə fərqlənir ki, rəsmi Ankara öz tərəfdaşlarına xroniki təzyiqlər etmək, hər məsələdə dominant mövqe tutmaq niyyətindən uzaqdır. Əks təqdirdə bu dostluqlar uzunömürlü və effektiv olmaz.
Məlum olduğu kimi, bu ilin iyul ayında Türk Dövlətləri Təşkilatının Şuşada qeyri-rəsmi Zirvə görüşü keçiriləcək və həmin sammitdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də müşahidəçi statusunda iştirak edəcək. Əslində bəlkə də TDT-nin Avropanın ŞKTC qarşı 50 ildir yeritdiyi ayrı-seçkilik siyasətini durdurmaq, bu dövlətə münasibətini dəyişdirmək üçün daha effektiv qərarlar verməyinin vaxtıdır. Çünki yunanlar Kıprıs türkləri ilə birlikdə yaşamaq istəmir, türklər də adadan köçüb getmək, deportasiya olunmaq niyyətində deyillər. Demək, TDT bir neçə yüz ildən bəri bu adada yaşayan insanların təhlükəsizliyinə birdəfəlik təmin etməli, ŞKTC-nın tanınması yolundakı buzu sındırmalıdır.

İki ölkənin yaxın dostluq-qardaşlıq münasibətlərinin əsas göstəricilərindən biri də ortaq layihələrdə əməkdaşlıq və ticarət tərəfdaşlığıdır. Bu gün Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi rekord həddədir, 7,5 milyard dollara çatıb və bu son hədd deyil. İrəlidə bu dövriyyənin daha da artması üçün hərtərəfli ciddi potensial var.

Türkiyə Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında əsas tranzit və paylayıcı ölkədir. Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilib. Bu ilin ortalarında tam istismara verilməlii olan Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmağa imkan verəcək.

Bir sözlə, Azərbaycan-Türkiyə birliyi dönməz, sarsılmaz, əbədi olmalıdır, hər iki ölkənin xalqının rifahı, təhlükəsizliyi, gələcək inkiafı üçün önəmli rol oynaçalıdır. Bunun belə olması üçün ortada əzm və iradə var.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam