Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qırğızıstanda siyasi gərginlik – Vaşinqton təzyiq, Moskva təşviq edir

Bişkek Ağ Evi daxili işlərə müdaxilə etməməyə çağırır: əslində nə baş verir?

Yenixeber.org: Qırğızıstan Prezidenti Sadır Japarov ABŞ və digər ölkələri respublikanın daxili işlərinə qarışmamağa, orada gedən prosesləri obyektiv qiymətləndirməyə çağırıb. “Mən, həmçinin vurğulamaq istəyirəm ki, biz bərabərhüquqlu əməkdaşlığın tərəfdarıyıq və bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ-la birgə işləməyə hazırıq. Mənim yeganə xahişim ölkəmizin daxili işlərinə qarışmamaqdır”, - deyə o, ABŞ dövlət katibi Entoni Blinkenə cavab məktubunda bildirib.

Bundan əvvəl Blinken Qırğızıstan rəhbərinə mesaj göndərərək, ölkənin qeyri-hökumət təşkilatları (QHT) haqqında qanun layihəsinə baxılmasından narahatlığını ifadə edib. Bu qanun layihəsi hazırda Qırğızıstan parlamentində müzakirə olunur.

Japarov, həmçinin ABŞ nümayəndəsinin Qırğızıstanda insan hüquq və azadlıqlarının real vəziyyəti ilə bağlı qərəzli məlumat yaymasından təəssüfləndiyini qeyd edib. O, hesab edir ki, xaricdən maliyyələşən QHT-lərin və onların ayrı-ayrı nümayəndələrindən ibarət kiçik, lakin “çox səs-küylü qrup” öz “çətinlikləri” və “təqibləri” haqqında fərziyyələr irəli sürür, bu da öz növbəsində xarici sponsorluq strukturlarını onların ardınca getməyə, israfçılıqla, ABŞ və Aİ vergi ödəyicilərinin pullarını xərcləmələrlə məşğul olmağa məcbur edir.

“Həmin qeyri-hökumət strukturları tez-tez insanlar arasında yalan, etibarsız məlumatlar yayır ki, bu da zərərçəkmişlərin və ya böhtan atılanların məhkəmə çəkişməsinə gətirib çıxarır. Bununla bağlı mən təklif edirəm ki, ən azı son 10 ildə ABŞ dövlət təşkilatları tərəfindən maliyyələşdirilən qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarının maliyyə resurslarından istifadəsinin auditi aparılsın”, - deyə Japarov vurğulayıb.

Bundan əlavə, o, Blinkeni “Qırğızıstanda insan hüquq və azadlıqlarının Qırğızıstan Respublikasının Konstitusiyası və qanunları ilə etibarlı şəkildə qorunduğunu birbaşa görmək” üçün Bişkekə səfərə dəvət edib.

Maraqlıdır, onlar Qırğızıstanın özündə baş verənlərə necə baxır, yaranmış vəziyyəti necə qiymətləndirirlər? Doğrudanmı belə bir qanuna və bu cür auditə ehtiyac var, yoxsa bu, vətəndaş cəmiyyətinin hakimiyyətin bəyənmədiyi bir hissəsinə bir növ hücumdur?

Mövzunu Bişkekdən olan tanınmış ekspertlər şərh ediblər.

Siyasi-Hüquqi Araşdırmalar Mərkəzinin direktoru Tamerlan İbrahimov:

“Hazırda Qırğızıstan Respublikasının Joqorku Keneşində (parlamentində) baxılan qeyri-hökumət təşkilatlarının (QHT-lərin) işinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi onların təşəbbüskarlarına görə, QHT-lərin işini sadələşdirməyə, eləcə də onların işində şəffaflığın artırılmasına yönəlib. Əslində Qırğızıstandakı QHT-lər həmişə qeydiyyat orqanlarına (Ədliyyə Nazirliyi) və vergi orqanlarına təşkilatın nə işlə məşğul olduğunu və vəsaitlərin hara xərcləndiyini göstərən bütün lazımi məlumatları təqdim ediblər.

Bu qanun layihəsi bir çox cəhətdən Rusiya Federasiyasında baş verənlərə bənzəyir. Qırğızıstan Respublikasının vətəndaş cəmiyyəti hesab edir ki, təklif olunan dəyişikliklər qeyri-müəyyən və anlaşılmazdır və bu, gələcəkdə bürokratik özbaşınalıqlara və Qırğızıstanda qeyri-kommersiya təşkilatlarında işləmək üçün risklərə səbəb ola bilər.

Ona görə də vətəndaş cəmiyyəti təşkilatları arasında belə hesab olunur ki, başqalarının təcrübəsini yerli torpağa köçürməyə ehtiyac yoxdur. Qırğızıstanda vətəndaş cəmiyyətinin həmişə öz xüsusiyyətləri olub və başqasının təcrübəsinin tətbiqi ölkədə ictimai təşəbbüslərin inkişafı üçün mənfi nəticələrə səbəb ola bilər”.

Politoloq, ATƏT Akademiyasının dosenti Emil Curayev:

“Belə bir qanuna ehtiyac yoxdur, qeyri-kommersiya təşkilatlarının hesabatlılığı və şəffaflığı ilə bağlı Prezidentin məktubunda qeyd olunan bütün tapşırıqlar artıq mövcud qurumlar tərəfindən həyata keçirilir. Bu qanun, təəssüf ki, hüquqi tənzimləmə məsələsindən daha çox siyasi xarakter daşıyır.

Qanun layihəsinin niyə irəli sürüldüyünü dəqiq söyləmək çətindir, lakin mən inanıram ki, bu qanun layihəsinə maraqlarını gizlətməyən Kremldən olan tərəfdaşların “töhfəsi” var. Həm də təbii ki, daxili maraq var - siyasi sahəni daha sərt nəzarət altına almaq.

Amma mən deyərdim ki, qanun qəbul olunarsa, Qırğızıstana heç bir faydası yoxdur və cəmiyyət, vətəndaş təşkilatları və hətta ölkə iqtisadiyyatı üçün müəyyən mənfi nəticələr olduqca mümkündür”.(AYNA)

Rauf Orucov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam