Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Amerika kəşfiyyatına 40 min səhifəlik məxfi informasiya ötürən agent –“Qırmızıların qənimi”  

O, 1972-ci ildə ABŞ-ın Bonndakı səfirliyinə gizli məktub göndərib, Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etmək arzusunda olduğunu bildirib. Səfirlik əməkdaşları Polşa Silahlı Qüvvələrinin Baş Qərargahının yüksək vəzifəli əməkdaşı Riçard Kuklinskinin məktubuna dərhal reaksiya veriblər. Bir neçə günlük araşdırmadan sonra Polşa ərazisində Kuklinski ilə ABŞ səfirliyinin iki əməkdaşının gizli görüşü keçirilib.

Yenixeber.org: Kuklinski müvafiq təlimatlar aldıqdan sonra Mərkəzi Kəşfiyyat İdarəsinin agenti kimi fəaliyyətə başlayıb. Bu fəaliyyətin müqabilində ona yüksək “qonorar” vəd edilib.

Qeyd edək ki, 1930-cu ildə Varşavada anadan olan Kuklinski əvvəlcə Polşada ali hərbi təhsil alıb, daha sonra təhsilini SSRİ-də Voroşilov adına Hərbi Akademiyada davam etdirib.

Qısa müddət ərzində Kuklinski hərbi karyerasında böyük uğurlar əldə edib və o, sosialist blokuna daxil olan Polşanın Silahlı Qüvvələrinin Baş Qərargahında yüksək vəzifəyə təyinat alıb.

uuu (1).jpg (142 KB)

Məhz bu vəzifədə xidmət edərkən Kuklinski  1968-ci ildə Sovet İttifaqı və Varşava Müqaviləsi Təşkilatının qoşunlarının Çexoslovakiyaya yeridilməsində iştirak edib. “Dunay” əməliyyatı və “Praqa baharı” kimi tarixə düşən bu hadisələr Kuklinskinin siyasi baxışlarını dəyişib. 1994-cü ildə qələmə aldığı xatirələrdə Kuklinski “Dünay” əməliyyatı haqqında təəssüratlarını aşağıdakı kimi bölüşüb:

“Bu əməliyyatda iştirak edən qoşunların əsas hissəsi SSRİ-dən idi. Hadisələrin canlı şahidi kimi onu deyə bilərəm ki, sovet hərbçilərinin təcavüz ehtirası qədərindən də artıq idi. Mən bu hadisədən sonra belə qənaətə gəlmişdim ki, SSRİ istənilən vaxt, sosialist blokuna daxil olan istənilən ölkədə öz siyasi maraqlarını təmin etmək üçün Praqa hadisələrini düşünmədən təkrar edə bilər. Bu, məni hədsiz dərəcədə narahat edirdi...”

Kuklinskini narahat edən digər bir məsələ Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Boleslav Xaxo ilə qeyri-rəsmi söhbətləri olub. General bu söhbətlərdə Kuklinskiyə SSRİ-nin qərb məsələlərinə görə istənilən vaxt Polşa ilə hərbi konfliktdə girəcəyinə şübhə etmədiyini bildirib.

uuu (2).jpg (97 KB)

Bu narahatlıqlar 1972-ci ildə Kuklinskini gələcək planları ilə bağlı yeni qərarlar verməyə məcbur edib və yuxarıda qeyd etdiyimiz kimi o, ABŞ-ın Bonndakı səfirliyi vasitəsi ilə Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa başlayıb. 1981-ci ilə qədər Amerika kəşfiyyatına işləyən Kuklinski Mərkəzi Kəşfiyyat İdarəsinə 40 min səhifədən artıq məxfi məlumatlar ötürüb. Bu, Kuklinskinin agent kimi məhsuldarlığının əsas göstəricisi olub. ABŞ rəsmiləri Kuklinskini qəhrəman kimi qəbul ediblər, onu Mərkəzi Kəşfiyyat İdarəsinin ən uğurlu və ən məhsuldar agenti kimi dəyərləndiriblər. 1982-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Keysi ABŞ prezidenti Ronald Reyqana ünvanladığı məktubda Rıçard Kuklinski haqqında yazıb: “Son 40 ildə Rışard Kuklinski kimi kommunizmə zərbə vuran ikinci bir şəxs olmayıb. O qırmızıların qənimidir...”

Bu “zərbə”lərə görə Kuklinski Reyqan tərəfindən ABŞ-ın ən yüksək dövlət mükafatlarından biri sayılan “Distinguished Intelligence” medalı ilə təltif edilib.

Kuklinski agent kimi fəaliyyət göstərərkən onu hansı təhlükələr gözlədiyini də yaxşı anlayıb. Bu ərəfədə onun haqqında müəyyən, ancaq sübuta yetirilməyi mümkün olmayan şübhələr də yaranıb. Nəhayət, 1981-ci ildə Kuklinski özünün və ailəsinin təhlükəsizliyini təmin etmək üçün Amerikaya qaçıb.

1984-cü ildə Polşa Hərbi Tribunalı polkovnik Rıçard Kuklinskiyə qiyabi ölüm cəzası hökmü çıxarıb. Bununla da onun Polşaya qayıtması mümkünsüz olub.

Kommunist rejiminin süquta uğraması Kuklinskinin Polşaya yollarını açıb. 1999-cu ildə Polşa NATO-ya üzv olduqdan sonra hərbi tribunalın 1984-cü ildə çıxardığı hökm ləğv edilib, o, tam bəraət alaraq Polşaya qayıdıb.

uuu (1).png (153 KB)

Hələ Amerikaya qaçmazdan əvvəl Kuklinski ilə bağlı diqqət çəkən məqamlardan biri də onun son dərəcə zəngin həyat sürməsi olub. O, sonralar bununla bağlı açıqlamalar da verib:

“Mən Varşavada böyük ev tikdirmişdim, bir neçə şəxsi avtomobilim var idi.  Sözsüz ki, bu diqqətdən yayına bilməzdi və bunlar maaş hesabına da ola bilməzdi. Mərkəzi Kəşfiyyat İdarəsi mənim işimi yüksək qiymətləndirirdi və işimin qarşılığında mənə kifayət qədər yüksək məbləğlər verilirdi. Əslində burada qeyri-adi bir şey görmürəm. Ən əsası odur ki, mən Amerikaya göndərdiyim məxfi hərbi informasiyalarla öz vətənimi, Polşanı qırmızıların təcavüzündən qoruyurdum...”

Vaxtilə Polşada “vətən xaini” kimi ittiham olunan Kuklinskiyə sonralar elə Polşada da yüksək qiymət verilib. 2016-cı ildə Polşa prezidenti Andjey Duda polkovnik Rıçard Kuklinskini ölümündən sonra briqada generalı rütbəsi ilə təltif edib.

Qeyd edək ki, Kuklinski 2004-cü ildə, 73 yaşında Varşavada vəfat edib.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam