Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

"Vertu"su olan İcra Başçısı Rəcəb Babaşovun brend geyimi, ayaqqabı və saatı -FOTOLAR

Son vaxtlar müxtəlif tədbirlərdə boy göstərən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun geyindiyi brend markalı və bahalı qış geyimləri, qiymətli saatı və ayaqqabısı hər kəsin diqqətini çəkməkdədir.

Yenixeber.org: Bu dəfə zövqlü və kifayət qədər bahalı geyimləri ilə diqqət çəkən icra başçısı Rəcəb Babaşov haqqında araşdırma aparmışıq.

Rəcəb Babaşovun brend geyim, ayaqqabı və saatı- FOTO

Yanvarın 24-də  İcra Başçısının sərhəddə yerləşən Quşçu Ayrım və Fərəhli kəndlərində sakinlərlə görüşərkən geyindiyin "dublyonka" İtaliyanın məşhur "ERMENEGILDO ZEGNA" brendinə məxsusdur. Bu geyimin qiyməti 1010 dollardır. Alış-veriş saytında bildirilən məlumata görə, həmin "dublyonka"nın qiymıti bir neçə gündür endirimə düşdüyü üçün 506 dollar olub. 

Rəcəb Babaşovun brend geyim, ayaqqabı və saatı- FOTO

Rəcəb Babaşovun elə həmin gün ayağında olan ayaqqabı da üst geyimindən geri qalmır.  Belə ki, icra başçısının ayağındakı altı ağ olan qəhvəyi rəngli ayaqqabısı da İtaliyanın məşhur brendlərindən birinə "Loro Piana"ya məxsusdur. "Loro Piana" brendimim bu modelinin qiyməti 1350 dollardır. 

Rəcəb Babaşovun brend geyim, ayaqqabı və saatı- FOTO

İcra Başçısnın saat sevdası da diqqətdən yayınmır. Sayxtımıza daxil olan məlumata görə, icra başçısının kolleksiyasına müxtəlif brendlərdən olan saatlar daxildir. Bunlardan biri də "Bvulgari" markasıdır. 

Bu saat ilk dəfə 2017-ci ildə həm icra başçısının biləyində İsrail səfirinin Qazax rayonuna səfəri (09.11.2017) zamanı görülüb. Sonralar həmin saat R.Babaşovun əlində daim görünüb. 

Rəcəb Babaşovun brend geyim, ayaqqabı və saatı- FOTO

Bundan öncə Rəcəb Babaşovun bahalı 8500 manatlıq (5000 $) "Vertu" telefonu telefonun olması sosial şəbəkədə gündəm olmuşdu.  İddiaya görə, bu foto Qazax icra hakimiyyətinin saytında olub, Sonradan məsələ gündəm olduqda, "Vertu" barədə xəbərlər çıxandan sonra şəkil saytdan çıxarılııb.

Xatırladaq ki, Qazax Rayon İcra başçısı Rəcəb Babaşov  Elşən Babaşzadə 275 min dollar (450 manat) dəyərində olan “Mercedes Benz G-63 AMG” markalı avtomobili, həm də özünün  99 FF 099 dövlət nömrə nişanlı 250 min manatlıq  “Rang Rover”i ilə medianın gündəminə düşmüşdü. 

PS: Qarşı tərfin mövqeyini işıqlandırmağa hazırıq...

Ayxan, (32gün.az)

Rəcəb Babaşovun pandemiya dövründəki eyibləri... - » Gundeminfo.az


Rəcəb Babaşovun oliqarx oğlunun yeni nömrəsi - » Gundeminfo.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam