Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Dünya Iqtisadiyyatı Təhlükə Altındadır -ANALİZ

Yenixeber.org: Yaxın Şərqdə baş verənlər dünyanın diqqətini bu bölgəyə cəlb edib. Vaşinqton İsrail sahillərinə hərbi gəmilərini göndərib. ABŞ-ın narahat olduğu başqa bir bölgə də var. Amerika Birləşmiş Ştatlarının Virçiniya ştatında Tayvanın təhlükəsizliyi ilə bağlı konfrans keçirilib. Konfrans iştirakçıları Çinin Tayvanı ələ keçirməsinin mümkünlüyü mövzusunu müzakirə ediblər. Toplantıda Tayvanı idarə edənlərin böyük qrupu iştirak edib. Amerika Birləşmiş Ştatlarını isə Dövlət Departametinin, Pentaqonun yüksək rütbəli nümayəndələri təmsil ediblər.

ABŞ dövlət katibi Entoni Blinkenin sözlərinə görə, Pekini Tayvanı güc yolu ilə ələ keçirmək təşəbbüsünə qarşı çıxış edən dövlətlərin sayı artıb. Vaşinqton adaya hücumu dünya nizamının pozulması kimi qiymətləndirir. ABŞ buna görə Tayvanı hərbi gücünü artırmağa çalışır. Bundan başqa ABŞ müttəfiqləri ilə birgə Tayvan adası ətrafında hərbi təlimlər keçirir. Entoni Blinken “Atlantic” dərgisinə verdiyi müsahibədə deyib ki, Pekini Tayvanla bağlı planlarından çəkindirmək üçün bütün gücünü səfərbər edib.

Buna baxmayaraq, Çin lideri Tsi Cinpin mövqeyində qətidir. O Çin Xalq Respublikasının yaranmasının 74-cü ilində yenə eyni fikri təkrarlayıb: “Heç bir qüvvər Tayvanın Çinə birləşdirilməsinin qarşısını ala bilməz”. Çin lideri “vahid Çin” prinsipinə sadiqdir. Vaşinqton Pekinin ərazi bütövlüyü əleyhinə çıxmasa da, “vahid Çin” ideyasınını reallaşmasına mane olmağa çalışır. Amerikada Tayvanla bağlı keçirilən konfransda məhz Pekinə mane olmağın yolları müzakirə edilib. Konfransda Tayvanda 2024-cü ilin yanvarında keçiriləcək administrasiya rəhbərliyinə seçkilər də müzakirə edilib.

Çin Tayvanı ələ keçirmək üçün müharibəyə başlayarsa bu dünya iqtisadiyyatına da mənfi təsir edəcək. Dünyada dənizlər vasitəsilə daşınan yüklərin 50 faizi Tayvan boğazından keçir. Bundan başqa dünyada yarımkeçiricilərin 70 faizi Tayvanda istehsal olunur. Müharibə olarsa dünyada qlobal iqtisadi xaos baş verəcək. Amerikalı rəsmilər və ekspertlər Çini bəzi hallarda Rusiyadan daha təhlükəli dövlət kimi qiymətləndirirlər. Entoni Blinken də bununla razıdır. Blinken Çinin iqtisadi, siyasi, diplomatik və hərbi potensialının Rusiyanı üstələdəyi fikrindədir. Çin-Rusiya ittifaqı ABŞ üçün daha böyük təhlükə kəsb edir. Rusiya prezidenti Vladimir Putin oktyabrın 15-də Çinə iki günlük səfərə hazırlaşır. Putin Pekində “bir yol, bir kəmər” forumunda iştirak edəcək.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam