Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Suriyada kürd-ərəb qarşıdurması: ABŞ gərginliyin qarşısını ala bilərmi?

                 Suriyada vəziyyət yenidən qarışıb.

Yenixeber.org: Məlumata görə, artıq 1 həftədir ki, Suriyanın cənub-qərbində kürd separatçıları ilə ərəblər arasında qarşıdurmalar yaşanır.

Bildirilir ki, ötən bazar günü axşam saatlarında Suriya Demokratik Qüvvələri (SDQ) Həsəkədə əməliyyat həyata keçirmiş və Deyr əz-Zor Hərbi Şura komandiri Əhməd Ebu Hevlanı (Əhməd Əl Xebil) həbs etmişdilər. Bu da ərəb əşirətləri ilə Suriya Demokratik Qüvvələri qarşı-qarşıya gətirmiş, ağır döyüşlər nəticəsində çox sayda hərbçi həyatını itirmişdi.

Qeyd olunur ki, Əhməd Əbu Hevla da əslində ABŞ tərəfindən İŞİD-ə qarşı dəstəklənən, komandanlığı əsasən YPG-PKK-çılardan (Bundan sonra sadəcə PKK) təşəkkül tapan SDQ komandirlərindəndir və silahlı qruplaşmadakı ərəb döyüşçülərinə rəhbərlik edirdi. Onu Həsəkə şəhərinə görüşə dəvət edən PKK-çılar  qaçaqmalçılıq, xalqa qarşı cinayət və narkotik ticarəti ilə günahlandırıb göz altına almışdılar. Bu da ərəb əşirətlərində ciddi etirazlara səbəb olmuş, onlar öz milli döyüş ənənələrindən çıxış edərək Deyr əz-Zorda hərb çadırları qurmuşdular. Beləcə, kürd separatçılarına qarşı müharibə elanı anlamına gələn bu hadisədən sonra SDQ-nin dərhal ərəb bölgələrini tərk etmələrini və öz hərbi liderlərini azadlığa buraxmaları tələbini irəli sürmüşdülər.

 

Məlumatlara inansaq, son 1 həftə ərzində SDQ üzvləri ilə ərəb əşirətləri arasında çıxan döyüşlərdə aralarında mülki vətəndaşların da olduğu ən azı 50 nəfər öldürülmüşdü

Bildirilir ki, dəstəklədiyi SDQ arasında çıxan bu qarşıdurma ABŞ-ı ciddi narat etməyə başlayıb. ABŞ-ın Suriyadakı səfirliyinin X hesabında bu gün paylaşılan açıqlamada vurğulanır ki, SDQ içərisində günlərlə davam edən qanlı çarpışmalarının qarşısını almaq istəyən koalisiya qüvvələrinin komandirləri tərəflərlə görüşüb və onları sükunətə çağırıb. 

“ABŞ ilə SDQ arasında əməkdaşlığın davam etdiyi” vurğulanan açıqlamada deyilir:

 

ABŞ dövlət katibinin Yaxın Şərqlə əlaqələr üzrə köməkçisi Ethan Qoldriç və İŞİD-ə qarşı Beynəlxalq Koalisiya Qüvvələrinin baş komandanı Coel B.Vuell Suriya Demokratik Qüvvələri (DSG), Suriya Demokratik Şurası (MSD) və qəbilə liderləri ilə Deyr əz-Zorda görüşüblər.

Tərəflər Deyr əz-Zor sakinlərinin şikayətlərinin qiymətləndirilməsi, xarici qüvvələrin Deyr əz-Zora müdaxiləsi təhlükəsi, mülki əhalinin ölüm və tələfatının qarşısının alınmasının vacibliyi və mövcud zorakılıqların ən qısa zamanda azaldılması ilə bağlı razılığa gəliblər.

Qoldriç və Vovel İŞİD-ə qarşı mübarizədə ABŞ-ın SDQ ilə güclü tərəfdaşlığının vacibliyini bir daha vurğulayıblar”.

Müşahidəçilər isə ABŞ  rəsmilərinin kürd separatçıları ilə ərəb əşirətlərinin arasında çıxan bu toqquşmanı dayandıra biləcəklərinə şübhə ilə yanaşırlar. Onların fikrincə, insidentin zahiri səbəbi Əhməd Əbu Hevlanın həbsidir. Əslində isə Suriya əhalisinin 3-4 faizini təşkil edən PKK ünsürlərinin ABŞ tərəfindən silahlandırılması və ölkənin 3-də birinin onların nəzarətinə keçməsinə şərait yaradılması ərəb əşirətləri arasında ciddi narazılığa yol açır. Dolayısıyla ABŞ bu siyasətini dəyişmədikcə, Deyr əz-Zorda da sular durulmayacaq. 

 

Üstəlik, kürd separatçılarının məskunlaşdırıldığı və ABŞ-ın yardımı ilə idarəçiliyi tamamən ələ keçirdikləri torpaqlar Suriyanın ən münbit və təbii sərvətlərlə zəngin əraziləri sayılır. Suriyanın əsas şirin su qaynağı sayılan (80%) Fərat çayı bu ərazidən keçir. Deyr əz-Zor həm də neft və qazla zəngin olan ərazidir. Ölkənin bütün qazanc gətirən sahələrinin kürd separatçılarına verilməsi istər-istər ərəb qəbilələrini qəzəbləndirir, hər an partlayacaq barıt çəlləyi halına gətirir.

Son zamanlar Suriyanın əksər bölgələrində xalqın çörək və qida tələbləri ilə meydana axışması ölkədə ədalətsiz mal bölgüsünün ciddi fəsadlar yaratdığını, ABŞ-ın ümummilli sərvətin 80%-ni əhalinin 3%-nə verməsinin, digər 97 faizə isə cəmi 20% qazanc imkanının düşməsinin rahatlıqla həzm edilə bilməyəcəyini göstərir.

 

Anadolu Agentliyinin yaydığı son məlumata görə, ABŞ rəsmilərinin vasitəçilik çalışmalarına baxmayaraq, kürd separatçıları bu gün Deyr əz-Zora hücum ediblər və 2 sivili öldürüb, 13-nü yaralayıblar. Belə görünür ki, hərbi cəhətdən özünü xeyli güclü hiss edən PKK-çıları da ipə-sapa yatırmaq mümkün deyil.

Bundan əlavə ABŞ-ın Suriya ilə bağlı siyasəti region dövlətlərini də narahat edir. Xüsusilə qonşu ərəb ölkələri və İran Suriyada həyata keçirilən demoqrafik dəyişikliklərlə razılaşa bilmirlər. Ərəblərin narahatlığının əsas səbəbi öz soydaşlarının başına gətirilən müsibətlərdirsə, İran isə İraq-Suriya sərhədində yaşananları Aralıq dənizinə çıxış marşrutu üzərində qəsdən maneə yaradıldığının fərqindədir. Bu səbəbdən də region dövlətləri də ABŞ-ın sözügedən siyasətinin qarşısını almaq üçün ərəb-kürd ziddiyyətini qızışdırmağa çalışacaqlar. 

 

Xəritədən də anlaşılır ki, İrandan Aralıq dənizinə uzanan keçid dəhlizi Deyr əz-Zordan keçir

Əlində Türkiyə də öz yaxınında yürüdülən bu demoqrafik dəyişikliklərə laqeyd qala bilməz. Ankara haqlı olaraq həm kürd separatizm dalğasının onun sərhədindən içəriyə sıza biləcəyindən, həm də bu siyasətin əlavə köçlərə səbəb ola biləcəyindən ehtiyatlanır.

Bütün bunlar onu göstərir ki, Suriyanın şimal-qərbində baş verənlər xarici faktorların da təsiri ilə daha da mürəkkəb hal ala bilər.(Ovqat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam