Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Dollardan Imtina Mümkündürmü? -ANALİZ

Yenixeber.org: Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra ABŞ və Avropa İttifaqının sərt sanksiyaları ilə üzləşib. Kremlin qazanc mənbələri və valyuta ehtiyatları azalıb. Kreml bu səbəbdən bir sıra ölkəylə iqtisadi və ticarət mübadiləsində dollardan deyil, milli pul vahidlərindən istifadəni təklif edib. Kreml bu mövzuyla bağlı Pekin, Ankara və digər paytaxtlarla danışıqlar aparıb. Danışıqlarda şifahi razılaşmalar əldə olunsa da, ticarət mübadiləsində dollardan imtina asan məsələ deyil. Dollarla ticarət uzun onilliklərdir formalaşıb.

Buna baxmayaraq, Braziliya prezidenti Lula da Silva da Kermlə qoşularaq beynəlxalq ticarətdə dolların üstünlüyünə qarşı çıxış edib. O ticarəti milli valyutalarda inkişaf etdirmək və yeni maliyyə alətləri yaratmaq barədə təklif irəli sürüb. Braziliyanın solçu prezidenti çıxışlarının birində belə deyib: “Niyə ticarətdə bütün ölkələr dollara bağlanmalıdır? Niyə biz bunu valyutalarımıza bağlaya bilmirik? Ümumiyyətlə, kim belə qərara gəldi ki, qızıl standartından imtina etdikdən sonra valyuta yuan, real və ya peso deyil, dollar olmalıdır?”. Lula da Silva BRICS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) arasında hesablaşmalarda dollara alternativ üzərində düşünməyi təklif edib. O, bunun çətin və çoxları üçün qeyri-adi olduğunu etiraf edib və bu məsələdə tələsməməyi vurğulayıb.

Braziliya prezidenti dollardan imtina mövzusunu Çinə səfər zamanı da müzakirə edib. Pekin də bu mövzunun müzakirəsində maraqlıdır. Çin Braziliya kimi ticarət mübadiləsində dollardan imtinanın tərəfindədir. Ümumiyyətlə Braziliya prezidenti Çinə səfərindən məmnun qalıb. İki ölkənin enerji şirkətləri arasında əməkdaşlığın vacibliyindən danışan Lula de Silva Pekinlə yanaşı Şanxayda da olaraq böyük şirkətlərin ofislərində görüşlər keçirib. Lula de Silva ilə Çin lideri Tsi Cinpin arasında 13 birgə saziş imzalayıb. İki ölkə arasında kənd təsərrüfatı sahəsində də əməkdaşlıq imkanları araşdırılıb. Çin Braziliyanın kənd təsərrüfatının inkişafında əsas dövlətlərdən biridir. Digər tərəfdən Çin Brazliyanın yenidən sənayeləşməsində əhəmiyyətli rol oynayır. Braziliyanın Çinə ixracı ABŞ və Arvopa İiitfaqına  ixracdan daha çoxdur.

Vaşinqton Braziliya ilə Çinin yaxınlaşmasından, o cümlədən Pekinin dəstəyi ilə bir sıra dövlətin ticarət mübadiləsində dollardan imtina siyasətindən narahatdır. Pekin Rusiya və Braziliya kimi ölkələrlə birgə ABŞ-ın illərdir formalaşdırdığı birqütblü dünyanı zəiflətməyə çalışır. Birqütblü dünyanın zəiflədilməsinin əsas istiqamətlərindən biri ticarətdə dollardan imtinadır.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam