Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Brejnevin sadiq kadrı –Bodyulu yüksək vəzifəyə Xruşov təyin edib, Qorbaçov çıxarıb

Yenixeber.org: Onun aqrar sahəyə marağı daha böyük olub, öz gələcəyini məhz bu sahədə görüb. Ancaq Leonid Brejnevlə tanışlığı İvan Bodyulu partiya orqanlarında işləməyə istiqamətləndirib. Hələ Brejnev kompartiyanın Dnepropetrovsk vilayət komitəsinin birinci katibi işlədiyi vaxtlardan Moldoviya Nazirlər Sovetində kiçik bir vəzifədə işləyən Bodyulu tanıyıb və onların arasında xoş münasibət yaranıb. Hər ikisinin xarakterindəki oxşarlıq onları daha da yaxınlaşdırıb. Brejnev 1950-ci ildə Moldoviyaya birinci katib vəzifəsinə gələndə onun təşəbbüsü ilə İvan Bodyul Kişinyov şəhərinin birinci katibi seçilib. Brejnev ömrünün sonuna qədər bu dostluq münasibətlərinə yüksək sədaqət nümayiş etdirib, Bodyulun siyasi karyerasında böyük rol oynayıb.

1377169943520232(Bodiul,_Ivan.jpg).jpg (55 KB)

İvan Bodyul Ukraynanın Nikolayev vilayətinin Voznesensk rayonunun Aleksandrovka kəndində sadə bir kəndli ailəsində anadan olub. Uşaqlıq illərindən valideynlərini kənd təssərüfatı sahələrində görən Bodyulda torpağa bağlılıq həmin vaxtlardan başlayıb. O, orta təhsilini başa vurduqdan sonra Voznesensk Aqrar Texnikumunda təhsil alıb. İlk əmək fəaliyyətinə aqronom kimi başlayan Bodyul sovet-alman müharibəsi illərində orduya çağrılıb, 59-cu motoatıcı diviziyada xidmət edib.

Müharibədən sonra Bodyul partiya təyinatı ilə Moldoviya Nazirlər Sovetinə göndərilib. Əvvəlcə nazirlər sovetində kənd təssərrüfatı qrupu rəisinin baş köməkçisi, daha sonra Moldoviya hökumətinin kolxozlar üzrə baş nəzarətçisi vəzifələrində işləyib.

articles.60050.photo.3690.i.jpg (108 KB)

1950-ci ildə Brejnev Moldoviya rəhbərliyinə gələndə Bodyul təsərrüfat işindən partiya orqanlarına keçirilib, Kişinyovun birinci katibi seçilib. Bu təyinatdan sonra Bodyul 1956-cı ilə qədər Moldoviyanın daha bir neçə şəhərində birinci katib işləyib, 1956-1958-ci illərdə isə Mərkəzi Komitə yanında Ali Partiya Məktəbinin dinləyicisi olub. Partiya məktəbini bitirdikdən sonra Bodyul yenidən Moldoviyaya qayıtmaq istəyib və bununla bağlı Mərkəzi Komitənin qərarını gözləyib. Həmin ərəfədə Brejnev Mərkəzi Komitənin müdafiə sənayesi məsələləri üzrə katibi vəzifəsində işləyib. O, köhnə dostunu yanına çağıraraq ona Mərkəzi Komitədə işləməyi tövsiyə edib. Brejnev Bodyula anladıb ki, mərkəzi aparatda işləmək onun gələcək karyerası üçün vacibdir. Beləliklə, Bodyul fəaliyyətini Moskvada, Mərkəzi Komitənin partiya-təşkilat şöbəsində təlimatçı kimi davam etdirib.

bodyul0.jpg (77 KB)

Bodyul üçün mərkəzi aparatda işləmək ağır gəlib. Həmişə təsərrüfatlarda, əhali ilə sıx əlaqədə olan Bodyul uzun-uzadı müşavirələri, yığıncıqları, saysız-hesabsız sənədlərin hazırlanmasını vaxt itkisi kimi qəbul edib. Vəzifə ranqına görə Xruşovdan qat-qat aşağı pillədə olsa da, Bodyul sovet liderinin siyasi fəaliyyətini qənaətbəxş hesab etməyib. Bir aqronom kimi isə o, Xruşovun kənd təsərrüfatı sahəsindəki islahatlarını olduqca yanlış addım kimi qiymətləndərib. Bununla bağlı Bodyulla Brejnevin arasında dostyana söhbət də olub. Bodyul Mərkəzi Komtə katibindən narazılığını gizlətməyib:
- Leonid İliç, ölkənin kənd təsərrüfatı uçurumun bir addımlığındadır. Nəhəng bir dövlətin başçısının qərb mətbuatında qarğıdalı ilə şəkilləri SSRİ-nin imicinə böyük zərbədir.

Brejnev Bodyulla razı olduğunu bildirib, amma ona bir az səbrli olmağı tövsiyə edib. Yəqin ki, həmin vaxtlar Brejnev saray çevrilişi haqqında planlarını gerçəkləşdirməyə hazırlaşıb.

Brejnevlə məsləhətləşmələrdən sonra Bodyul Moldoviyaya qayıtmağa nail olub. 1959-cu ildə o, fəaliyyətini Moldoviyanın ikinci katibi kimi davam etdirib. 

1961-ci ildə Brejenv Bodyulu Moldaviya rəhbərliyinə gətirmək üçün maraqlı bir siyasi gediş edib. O, Xruşova Mərkəzi Komitə yanında Partiya Nəzarəti Komitəsinin işinin zəiflədiyini söyləyib. Bu komitədə kadr dəyişikliyinə ehtiyac olduğunu bildirib. Xruşov Brejnevdən təklif istəyəndə o, Moldoviyanın birinci katibi Zinovi Serdyukun namizədliyini irəli sürüb. Onun partiya işində zəngin təcrübəsini əsas gətirərək Partiya Nəzarəti Komitəsi sədrinə müavin gətirilməsini məqsədəuyğun sayıb. Bu təklif Xruşov tərəfindən qəbul edilib. Serdyuk Moskvaya təyinat aldıqdan sonra Bodyula yol açılıb. Bu dəfə də Brejnev Xruşov qarşısında təkliflə çıxış edib, Bodyulun birinci katib olmasının razılığını alıb.

Beləliklə, İvan Bodyul 1961-ci ildə Moldoviya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilib.

Xruşov Bodyulun birinci katib fəaliyyətindən bir o qədər də razı olmayıb. Hətta bir neçə dəfə onun vəzifədən kənarlaşdırılacağı haqqında fikirlərini də bildirib. 1964-cü ildə Mərkəzi Komitədə Moldoviya məsələsinin müzakirəsi planlaşdırılıb. Hadisələr isə əksinə cərəyan edib. Xruşovun özü oyundankənar vəziyyətə düşüb.

content_img.jpeg (97 KB)

 

Bodyul Moldoviyaya 20 ilə yaxın bir müddətdə, 1980-ci ilə qədər rəhbərlik edib. Onun hakimiyyəti dövrü Moldoviyanın çiçəklənməsi dövrü kimi yadda qalıb. Bir tərəfdən Bodyulun işgüzarlığı, bacarığı, digər tərəfdən, Kremldən dəstəyi, Brejnevlə dostluğu Moldoviyanın bütün sahələr üzrə inkişafına nəzərəçarpacaq dərəcədə töhfələr verib.

Brejnevin Bodyulla bağlı daha böyük planları olub. Baş katib 1980-ci ildə onu Kremlə dəvət edərək yeni vəzifəyə, SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsinə təyin edib. Bəzi mənbələrə görə, baş katib Bodyulu baş nazir kürsüsündə görmək istəyib. Ancaq zaman buna imkan verməyib. Brejnevin vəfatından sonra Bodyulun fəaliyyətində durğunluq yaranıb. O, Yuri Andropov və Konstantin Çernenko ilə işləyə bilsə də, Mixail Qorbaçov hakimiyyətə gəldikdən bir ay sonra Bodyulu Brejnevin yaxın adamı kimi vəzifəsindən uzaqlaşdırıb. 1985-ci ildə Bodyul bütün vəzifələrindən kənarlaşdırılıb.

Bezymyannyy.jpg (104 KB)

Bodyul vəzifədən çıxdıqdan sonra Moskva ətrafındakı bağ evində yaşayıb. 95 il ömür sürən sabiq birinci katib ömrünün son günlərinə qədər özünü gümrah hiss edib. İctimaiyyətə açıq olan Bodyul mütəmadi olaraq jurnalistlərə müsahibələr verib, xatirələrini yazıb. O, bütün yazılarında Brejnevi xoş xatirələrlə xatırlayıb.

İvan Bodyul 2013-cü ildə, 95 yaşında vəfat edib. O, Moskvada, Troekurovsk qəbirstanlığında dəfn olunub.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam