Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Fransa və Ermənistanda da "zəlzələ" oldu:Fransız-erməni tandeminin əxlaqsız zehniyyəti silkələndi

Türkiyə və bu nəhəng dövlətin dostları çətin günlərdə sevinənləri, xəyanət yolu tutanları qətiyyən unutmayacaq, vaxtı çatanda xainlərə törətdikləri əməllər mütləq xatırladılacaq... Belə xain zehniyyət ilə fransız-erməni tandeminin gələcəyi böyük şübhələr doğurur, bu zavallı "bacılar" anlamırlar ki, bu, əslində, Türkiyədə baş vermiş təbii fəlakətdən daha dəhşətli reallıqdır...

Yenixeber.org: Türkiyədə yaşayan təbii fəlakətin əhatə dairəsi getdikcə daha aydın şəkildə ortaya çıxmağa başlayıb. Rəsmi Ankara iki ardıcıl zəlzələ nəticəsində 14 milyona yaxın insanın müxtəlif səbəblər üzrə ziyan çəkdiyini açıqlayıb. Prezident Rəcəb Tayyib Ərdoğan isə Türkiyənin dünya tarixində ən dəhşətli təbii fəlakətlə üzləşdiyini vurğulayıb. Türkiyə lideri zəlzələnin baş verdiyi 10 vilayətdə 3 ay müddətinə fövqəladə hal elan etdiyini bəyanlayıb.

Göründüyü kimi, Türkiyənin üzləşdiyi situasiya faciəvi xarakter daşıyır. Bu faciəni normal ifadələrlə təsvir etmək belə, mümkün deyil. İndi Türkiyənin ciddi dəstəyə və yardıma ehtiyacı var. Və bu mərhələ əsl dostların da, düşmənlərin də tam dəqiqliyi ilə ortaya çıxdığı dövrdür.

Dünyanın bir çox ölkələri Türkiyəyə dəstək təklif edir, yardım göndərməyə hazır olduğunu bəyanlayır. Əlbəttə, bütün bunlar önəmlidir, insanlığın hələ də nəfəs aldığına inanmaq üçün ümidvericidir. Halbuki rəsmi Ankara BMT başda olmaqla, bütün dünyaya yardım üçün müraciət edib. Deməli, indi dəstək təklif etmək deyil, məhz yardım göstərmək zamanıdır.

14602537.jpg (37 KB)

Ancaq nə qədər acınacaqlı olsa da, belə bir zamanda Türkiyənin yaşadığı bu dəhşətli faciəyə sevinənlərə də rast gəlinir. Hətta insanlıqdan nəsibini almamış bəziləri hətta Türkiyədə baş vermiş təbii fəlakəti lağ mövzusuna çevirməkdən belə, özlərini saxlaya bilmirlər. Və bunu sonradan utanmadan, sıxılmadan söz, mətbuat azadlığı kimi təqdim etməyə çalışırlar.

Məsələ ondadır ki, Fransada nəşr olunan "Charlie Hebdo" satirik jurnalı Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı karikatura dərc edib və "tanklara ehtiyac qalmadı" şərhini yazıb. Yəni, bu jurnal demək istəyir ki, zəlzələ olmasaydı, Fransa Türkiyəni tanklarla dağıtmalıymış. Bu, Türkiyə düşmənliyinin ən cılız şəkildə ifadəsindən başqa bir şey deyil.

"Charlie Hebdo"nun yanaşması o qədər mənfur məzmun daşıyır ki, hətta britaniyalı politoloq Neil Vatson jurnalı bu davranışına görə"Türkiyədə baş verən dəhşətli zəlzələ heç bir satirik karikatura ilə uyğun gəlmir" açıqlaması ilə qınayıb. Britaniyalı politoloq vurğulayıb ki, hər zaman söz və ifadə azadlığının tərəfdarı olsa da, fransız jurnalının dərs etdiyi karikaturadan heyrətə gəlib: "Fransanın satirik jurnalı olan "Charlie Hebdo" həmin karikatura ilə öz anti-türk və islamofob yanaşmasını bir daha nümayiş etdirdi".

Britaniyalı politoloq Fransada nəşr olunan “Charlie Hebdo” jurnalında Türkiyədə baş verən zəlzələ ilə bağlı belə iyrənc karikatura yayımlanmasını qətiyyətlə pisləyib: "Xüsusən də türk xalqı öz itkiləri üçün yas tutduğu bir zamanda Fransanın Türk dünyasına bu cür yanaşmasını, karikaturanın nəşrini tamamilə pisləyirəm".

aaaaaa.jpg (115 KB)

Əslində, britaniyalı politoloqu belə, heyrətə gətirən bu davranış qətiyyən gözlənilməz deyil. Çünki həmin jurnal uzun müddətdir ki, Türkiyə düşmənçiliyi gizlətmir, üstəlik, ardıcıl olaraq, İslam dünyasını təhqir edən karikaturalar da dərc edir. Fransanın Türkiyəyə qarşı beynəlxalq səviyyədə düşmənçilik siyasəti apardığını da nəzərə aldıqda, bu jurnalın əslində, dolayısı ilə rəsmi Parisin mövqeyini ifadə etdiyi qətiyyən şübhə doğurmur.

Ancaq Fransa bu düşmənçilikdə qətiyyən təkbaşına deyil. Fransanın digər "pozğun bacısı" olan Ermənistanda eyni yanaşma hökm sürür. Ermənistan vətəndaşlarına aid teleqram kanallarında və digər sosial şəbəkə vasitələrində Fransadakı sevincə şərik çıxıldığı açıq şəkildə nəzərə çarpır. Ermənilər Türkiyədə baş verən təbii fəlakətdən sevindiklərini qətiyyən gizlətmirlər, bundan məmnun olduqlarını açıq şəkildə ifadə edirlər. Və bununla da əsl düşmən olduqlarını birmənalı şəkildə biruzə verirlər.

Əslində, bu, fransız-erməni tandeminin faciəsidir. Başqasının ağır gününü öz bayramına çevirmək xisləti sağalmaz xəstəlikdir. Fransızlarda və ermənilərdə insanlıq keyfiyyətinin itirilməsinə, mənəvi-psixoloji deqradasiyanın mövcudluğuna inkaredilməz sübutdur. Əlbəttə ki, Türkiyə güclü dövlətdir və bu fəlakətin də öhdəsindən gələcək. Yenidən dim-dik ayağa qalxacaq, fransız-erməni tandemi də daxil olmaqla, bütün düşmənlərini məyus edəcək. Yəni, Türkiyənin potensialı və resursları öz xalqının rifahını təmin etmək üçün tamamilə yetərlidir.

Ancaq belə xain zehniyyət ilə fransız-erməni tandeminin gələcəyi böyük şübhələr doğurur. Türkiyə və bu nəhəng dövlətin dostları çətin günlərdə sevinənləri, xəyanət yolu tutanları qətiyyən unutmayacaq. Vaxtı çatanda mütləq xainlərə törətdikləri əməllər mütləq xatırladılacaq. Ona görə də, fransız-erməni tandemi boşuna sevinir. Bu zavallı "bacılar" onu da anlamırlar ki, belə xain zehniyyət əslində, Türkiyədə baş vermiş təbii fəlakətdən daha dəhşətli reallıqdır. Çünki bu davranışlar əslində, Fransada və Ermənistanda davamlı xarakter daşıyan, heç vaxt sona çatmayan "əxlaq zəlzələsi"ndən xəbər verir.

zelzele-turkiye-6-fevral.jpg (127 KB)

Təəssüf ki, Türkiyənin siyasət məkanında da məhz fransız-erməni tandeminin zehniyyətini təkrarlamağa həvəsli olanlar var. Belə ki, bəzi siyasətçilər həqiqətən də Türkiyədə baş verən təbii fəlakətdən öz siyasi məqsədləri üçün istifadə etməyə cəhd göstərirlər. Zəlzələdə çox sayda binanın çökməsinə görə Türkiyə hökumətini günahlandırmağa çalışanlar mövcuddur. Böyük ehtimalla bu təbii fəlakətdən yaxınlaşan seçkilərdə hökumətə qarşı ittihamlar məqsədilə istifadə etməyə çalışacaqlar.

Ancaq nəzərə almaq lazımdır ki, eyni bölgədə iki ardıcıl böyük zəlzələ baş verib. Son 500 ildə ilk dəfədir ki, belə genişmiqyaslı və dəhşətli hadisə yaşanıb. Xilasetmə prosesi qarşısında da ciddi problemlər var. Yollar həm dağılıb, həm də buz bağlayıb. Təbii fəlakət zonasına xilasedicilərin göndərilməsi çətinləşib.

Əlbəttə, dağıntıların belə çox olması ilə bağlı daha sonra araşdırmalar mütləq aparılaraq, ümumi vəziyyət dəqiqləşdiriləcək. Ancaq hazırda əsas hədəf və vəzifə təbii fəlakət ucbatından həyatı təhlükədə olan insanların xilas edilməsidir. Digər önəmli məqamlar isə yəqin ki, daha sonra aydınlaşacaq.

Ancaq bütün bunlara baxmayaraq, bəzi siyasətçilər deyəsən, Türkiyə hökumətini ittiham etmək üçün fürsəti əldən buraxmaq istəmirlər. İtaliya mütəxəssisləri bəyan ediblər ki, bu dəhşətli zəlzələ ucbatından Türkiyə üç metr hərəkət edib, yerini dəyişib. Bu, təbii fəlakətin nə qədər böyük olduğunu göstərir. Ancaq Türkiyədə bəzi müxalif siyasətçilər isə hələ də olduqları yerdədirlər, irəli hərəkət edib, insanlığa doğru yaxınlaşa bilməyiblər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam