Turan Birliyinə qarşı GENETİK TƏHLÜKƏ! -ÖZƏL
Xarici kəşfiyyat orqanlarında türk millətinin genetikasına qarşı elmi-tədqiqat laboratoriyaları yaradıldı.
Yenixeber.org: Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dünya azərbaycanlılarına etdiyi müraciəti yeni ilin birinci on günü çərçivəsində daha da ciddiləşib. Məlumata görə “Xarici Kəşfiyyat Mərkəzləri”ndə Türk dünyasının genetikası ilə, genetik axtarışlarla məşğul olan, elmi-tədqiqat laboratoriyalarında araşdırmalar aparan alimlərin və bu sahədə real nəticə əldə edən “akademik heyəti”nin məxfi kartotekaları tərtib olunur. Xarici mətbuat səhifələrinə kəşfiyyat sirlərinin sızmasına görə yeni Turan Dövlətinin yaranmasının qarşısının alınması üçün Azərbaycana və Türkiyəyə qarşı “Xüsusi Tədbirlər Planı”, ciddi nəzarət altında işləyə biləcək “Strateji Araşdırmalar Mərkəzləri”, “Agentura setləri”, “gen və qan laboratoriyaları”, “Mutasiya otaqları...” hazırlanır. Yeni ildən, məsələn bir sıra müsəlman ölkələrindəki diplomatik korpuslarında işləmək üçün mütəxəssislər göndərilib.
Məlumata görə artıq “İstanbul – Bakı Genetik Araşdırmalar Mərkəzi”nin təsis olunması və yaradılması ərəfəsində bu məsələ hər iki dövlətin başçıları qarşısında ən ciddi məsələ kimi dayanıb. Çünki genetika məsələsi hər bir dövlətin, onun mənəvi-psixoloji durumunun, müstəqilliyinin əsas atributlarından sayılır.
Avropa dövlətlərinin hərbi kəşfiyyat xidmətlərində hazırlanan “Genetik hesablamalar”a görə yaranma ehtimalı böyük olan “Turan Dövləti”nin möhtəşəm və immunitet baxımdan əvəzsiz gücə malik (ingilis kəşfiyyat generalı A.Xamon) türk gen kodlarının sıradan çıxarılması istiqamətində “Kanada – ABŞ”, “Böyük Britaniya – Yaponiya”, “Almaniya – Argentina” xüsusi xidmət orqanlarında yaxınlaşmalar gedir. O da qeyd olunur ki, Pentaqon (ABŞ) strateqləri yaxın on ildə genetik cəhətdən sıradan çıxa bilmək ehtimalı böyük olan millətlərin siyahısını tərtib ediblər. Amerikalı kəşfiyyat generalı İ.Ferrisin açıqlamalarına görə türk milləti dünyaya 240 sərkərdə verib. Artıq hiss olunur ki, yaranacaq yeni dövlətin mövcud olmasının bəzi dövlətlər özləri üçün rəqib sayır. Qeyd edək ki, “Moskva – Yerevan – Tehran” üçlüyü bu istiqamətdə kifayət qədər iş görüblər.
Politoloq, Milli Təhlükəsizlik üzrə ekspert Rövşən Novruzoğlu: xüsusi olaraq Yenixeber.org üçün