Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“Əvvəl Qərb “qatara gecikmişdi”, indi Rusiya “qatarın dalınca qaçır”” - Qarabağ gündəmi

Anar Həsənov: “Qarabağın Azərbaycana inteqrasiyası üçün qapalı danışıqlar, sövdələşmələr aparılacaq, nəticə ürəkaçan olmadığı təqdirdə, Bakı hədəfə doğru addım-addım irəliləmək siyasətini davam etdirəcək”

Yenixeber.org: Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması istiqamətində Qərbin aktivliyi, Rusiyanın isə passivliyi müşahidə olunur. Azərbaycan və Ermənistan liderləri arasında son təmaslar, əldə olunan müəyyən razılaşmalar Qərbin vasitəçiliyi ilə aparılır. İkinci Qarabağ müharibəsindən sonra əsas dominant vasitəçi Moskva olsa da, hazırda təşəbbüsün Avropaya keçdiyi göz önündədir.

Düzdür, qeyri-rəsmi məlumatlara görə, yaxınlarda Rusiyanın vasitəçiliyi ilə Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş təşkil ediləcək. O da məlumdur ki, Rusiyanın vasitəçiliyi ilə hazırda sərhədlərin delimitasiyası, nəqliyyat-kommunikasiyaların blokdan çıxarılması istiqamətində Baş nazir müavinləri səviyyəsində görüşlər keçirilir. Amma məsələlərlə bağlı konkret nəticələrin əldə olunmasının şahidi deyilik.

      Bu zaman ortaya sual çıxır: Rusiya estafeti Qərbə ötürüb?

Mövzu ilə bağlı suallarımızı cavablandıran Rusiyanın Xalqlar Dostluğu Universitetinin Kütləvi kommunikasiyalar kafedrasının dosenti, filologiya elmləri namizədi, politoloq  Anar Həsənov maraqlı nüanslara toxunub:

 

- Xatırlayırsınızsa, 44 gün davam edən hərbi əməliyyat vaxtı və postmüharibə dövründə Avropa “qatara gecikmiş sərnişin”i xatırladırdı. 24 fevral 2022-ci ilə qədər Azərbaycanla Ermənistan arasında bağlanmış hər 3 sənədin vasitəçisi Avropa yox, Rusiya idi. Amma Ukraynadakı hadisələrin fəsadları Rusiyanı o günə saldı ki, indi Moskva “gedən qatarın dalınca qaçan sərnişin” durumundadır.

- Avropanın vasitəçiliyi ilə sülh sazişinin imzalanması gözlənilirmi?

- Avropanın təklif etdiyi sülh sazişinin imzalanmağa şansı ola bilərdi, əgər bu məsələdə Naxçıvana gedən yolun dəhliz statusu təmin edilsəydi. Azərbaycan istəyir ki, Bakı ilə Naxçıvanı birləşdirəcək yol erməni gömrüyünü, sərhədçisini, fitosanitar yoxlamalarını görməsin. Ermənistan isə bu təklifi qətiyyətlə rədd edir. Məncə, Bakı bu mövzuda güzəştə getməyəcək ki, bu da sülh sazişinin imzalanmasını şübhə altında qoyur. Bundan başqa, problem fonunda vacib məsələ Laçın dəhlizi mövzusudur. Avropalıların sülh sazişındə Laçın dəhlizi mövzusuna  toxunulmayacaq. Çünki o, faktiki Rusiyanın nəzarətindədir. Deməli, bu sənədin imzalanması maraqlarımızı tam təmin etmir. Bu hipotetik saziş baş verərsə, o, daha çox Ermənistanı şərti sərhəddə torpaq və insan itkisindən xilas etmiş olacaq. Hərçənd ki, Azərbaycan işğaldakı ərazilərin böyük qismini qaytarsa da, bir çox problemlər həllini tapmır. Yəni ki, erməni yaraqlıları Qarabağda, Laçın dəhlizi Rusiya nəzarətində olacaq ki, deməli, “əsəb müharibəsi” davam edəcək. Odur ki, sazişin bağlanmasına şübhə edirəm.

- Qarabağın gələcək taleyi ilə bağlı fikirləriniz necədir?

- Qarabağın taleyini Azərbaycan Rusiya ilə danışmalıdır. Rusiya hazırda Azərbaycan və Türkiyə ilə münasibəti korlayacaq gücdə deyil. Rusiya Qarabağa beynəlmiləl qüvvələrin də gəlişini istəmir, çünki bu, baş verərsə, Türkiyə Azərbaycana açıq dəstək verməklə Bakı və Ankaranın Qarabağda birgə antiterror əməliyyatına start veriləcək, Azərbaycan bütün vasitələrlə Qarabağın nəzarətsiz hissəsindəki həyatı cəhənnəmə çevirəcək. Düşünürəm ki, Qarabağın Azərbaycana inteqrasiyası üçün qapalı danışıqlar, sövdələşmələr aparılacaq. Nəticə ürəkaçan olmadığı təqdirdə, Bakı inteqrasiyaya maneə olan subyektlərə qarşı Qarabağda addım-addım irəliləmək siyasətini davam etdirəcək.

- Dediniz ki, Azərbaycan Qarabağın taleyini Rusiya ilə müzakirə etməlidir. Müzakirənin müsbət nəticəsi ola bilərmi?

- Rusiya ilə Azərbaycanın danışıqlarının uğuruna inanıram. Niyə? Əvvəla, Rusiya Naxçıvana gedəcək yola nəzarət etməklə regiondadır və bu yola Rusiyanın nəzarəti müddətsizdir. İkincisi, Rusiya qoşunları Ermənistandadır. Azərbaycanla danışıq əsasında Qarabağdan getmək Rusiyaya orda qalmaqdan daha çox sərf edir. Çünki Qarabağı tərk etməklə əslində ermənilərlə azərbaycanlılar arasındakı münaqişəsini Avropa yox, Rusiya nizamlamış olur.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam