Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Rusiya gizli səfərbərliyə başladı: Bu, Kremlə nə qazandıra bilər?

Rusiya Federasiyasında hərbi xidmətə çağırışla bağlı qanunvericiliyə dəyişiklik edilməsinə baxılır.
Yenixeber.org: Məlumata görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bu iddia ilə çıxış edib. 
Onun iddiasına görə, Rusiya hərbi dairələri ümumi səfərbərliyin optimal təşkili üçün 2 əsas amili gözdən keçirir: əvvəla, ildə təkcə 2 dəfə deyil, ehtiyac yaranan istənilən vaxtda hərbi xidmətə çağırılmanın mümkünlüyü; ikincisi, hərbi xidmətdən yayınmaya görə məsuliyyətin artırılması.
Bəs, bu islahatlarla qarşıya qoyulan hədəfə çatmaq mümkündürmü? Əgər ümumi səfərbərlik iddiası doğrudursa, Rusiya bununla nəyə nail olmaq istəyir? 
İlk əvvəl ondan başlayaq ki, son zamanlar Rusiyanın Ukrayna bataqlığına saplandığı bütün çılpaqlığı ilə üzə çıxdıqdan sonra “vəziyyətdən necə çıxmalı” sualının həqiqətən də şimal qonşumuzun Silahlı Qüvvələrindəki generalları xeyli düşündürməyə başlayıb və buna dair versiyalar xarici kəşfiyyat orqanları tərəfindən də tez-tez gündəmə gətirilir. Rusiyanın hərbi ekspertləri, sabiq zabitləri də hökumət qarşısında bu cür tələblər qaldırırlar. Odur ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisinin irəli sürdüyü iddialar yeni deyil. Məlumata görə, rus ordusunun əksər “şahin” generalları doğrudan da çıxış yolunu ümumi səfərbərlik elan edib əli silah tutanların hamısını ön cəbhəyə göndərməkdə görürlər.


Amma məsələ ondadır ki, ilk baxışdan yeganə çarə kimi görünən bu məsələnin də öz çətinlikləri var. Əvvəla, Ukrayna cəbhəsində rus generalitetinin indiyədək öyrəşdiyi savaş getmirMüasir silahlarla təchiz olunmuş Ukrayna əsgərlərinə həm də ABŞ, Böyük Britaniya və s. kimi dövlətlər kəşfiyyat məlumatları verir. Nəticədə cəbhə xəttində yerləşən rus mövqeləri peyk görüntüləri ilə təsbit olunub, Ukrayna tərəfinə konkret koordinatlar ötürülüb. Ukraynaya verilmiş yüksəkdəqiqlikli mərmilərlə isə həmin hədəflər sıradan çıxarılır. Belə vəziyyətdə Rusiya cinahında əsgərlərin çoxluğu nəticəni dəyişmir, hərb tarixində məşhur olan bir aforizmi yada salır: “Ot nə qədər sıx olsa, onu biçmək daha asanlaşır”.
İkincisi, Rusiyanın Ukrayna savaşında uğur əldə etməsi üçün ümumi səfərbərliyə aldığı ehtiyat qüvvələrinin müasir texnikalarla işləmək qabiliyyəti, özlərini dəqiq zərbələrdən qorumaq vərdişləri olmalıdır. Bu isə uzun müddətli təlim-məşq toplantılarını, NATO standartlarına yaxın müasir silah istehsalını, səfərbərliyə cəlb olunan əsgərlərin yemək, yatmaq və s. kimi həyati önəm daşıyan imkanlarla təchizatını gərəkli hala gətirir. Birdən-birə Ümumi səfərbərliyə alınacaq hərbçilərin isə nə o vərdişləri və qabiliyyətləri, nə də iqtisadi sanksiyalara məruz qalan Rusiyanın bu tələblərə cavab verəcək potensial imkanları var. 
Digər önəmli problem rus əsgərlərinin mənəvi-psixoloji hazırlığıdır. Məlumdur ki, bu müharibədə Rusiya işğalçı tərəf kimi iştirak edir. Müharibələrdə haqsız tərəfdə yer alan döyüşçülərin isə savaş əzmi istənilən səviyyədə olmur.


 
 Üstəlik, müharibə uzandıqda Rusiya bütün dünyanın daha kəskin nifrəti, basqıları ilə qarşılaşır. Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar isə vətəndaşların iqtisadi durumunu ağırlaşdırır. Xüsusilə Rusiyanın gənc nəsil Qərb ölkələri ilə münasibətlərin korlanmasına itirilmiş fürsət kimi baxır, bir çoxları ölkəni tərk edib daha azad yaşamaq imkanları olan Avropaya sığınmağa çalışırlar. Müharibənin getdikcə şiddətlənməsi, təbii ki, sanksiyaların dərəcəsini də artıracaq, bu da Rusiya insanlarını daha dərin xəyal qırıqlığına uğradacaq. Belə bir vəziyyətdə Rusiya ordusunun sıralarında ölümə göndərilən çağırışçılar daha çox ruh düşkünlüyünə qərq olacaqlar.  
Ukrayna cəbhəsində isə tam əks vəziyyət müşahidə edilir. Öz dövlətlərinin müstəqilliyi, daha yaxşı yaşayış imkanları vəd edən Avropaya inteqrasiyası, başlarına yağan bombalardan qurtulmaq, ailələrinin namus və irzini qorumaq üçün vuruşan Ukrayna xalqının daha əzmli döyüşməkdən başqa çarəsi yoxdur. 
Digər tərəfdən, Ukraynadan alınan məlumatların analizi göstərir ki, hazırkı müharibə şəraitində ön cəbhədə vuruşmaq binaların zirzəmilərində gizlənməklə müqayisədə daha etibarlı həyatda qalmaq fürsətinə çevrilib.  İstər Kiyevin, istərsə də Moskvanın rəsmi açıqlamalarından anlaşılır ki, indiyədək aktiv döyüşlərdə öldürülən Ukrayna hərbçilərinin sayı yüzlərlə və ya minlərlə ölçülürsə, təkcə Mariupolda öldürülən mülki vətəndaşların sayı 25-30 mini keçir. Buça, İrpen və sair yaşayış məntəqələrində, şəhərlərdə öldürülənlər də az deyil. Bu da insanları həyatda qalmaq üçün istər-istəməz silaha sarılmağa vadar edir.


Sözsüz ki, Ukrayna xalqının daha aktiv savaşa sürüklənməsində Rusiya hərbçilərinin səhv taktiki və strateji planlaşdırmaları mühüm rol oynayır. Cəbhə xəttində ağır yenilgilərlə qarşılaşan rus hərbçiləri bunun qisasını sivil hədəfləri vurmaqda, əllərinə keçən mülki vətəndaşlara zülm etməkdə görür və bununla da Zelenski hakimiyyətini sonunda ağ bayraq qaldırmaq məcburiyyətində qoymaq istəyirlər. Halbuki Rusiya ilə Ukraynada vuruşan təkcə Zelenski hakimiyyəti yox, həm də NATO qüvvələridir. Xüsusilə ABŞ və Böyük Britaniya üçün Ukraynada öldürülən mülki vətəndaşların dəyəri Rusiyaya qarşı ümumxalq və dünyəvi nifrəti daha da artırmaq gücü ilə ölçülür. Nə yazıq ki, Rusiyanın yanlış hərbi taktikaları bu sahədə də Vaşinqtonun və Londonun əlini gücləndirir.
Əslində Kreml də sonunda bu siyasətin yanlışlığını, nəticədə Kiyev, Xorkov kimi şəhərlərin həndəvərindən içəri girə bilməyəcəklərini, əks halda daha böyük qırğınlara gedəcəkləri halda rus ordusunun da ağır itkilər verəcəyini anladı. Ukrayna savaşına girərkən müəyyənləşdirdiyi hədəflərini xeyli daraldaraq, bütün qüvvələrini ölkənin cənub və qərb bölgələrinə yönəltdi. Buna baxmayaraq, bu cəbhədə də indiyədək önəmli uğurlar qazana bilmədi. İndi isə görünən budur ki, öz səhvini bir başqa səhvlə ört-basdır etməyə çalışır. Növbəti səhv isə ümumi səfərbərliyə gedərək yenidən faktiki olaraq ilk yanlışa qayıtmaq, daha böyük güclə Ukraynanın dənizə çıxış nöqtələrini tutmaqdır. Nəzərə alsaq ki, NATO qüvvələri Ukraynaya daha uzaq mənzilli silahlarını hələ verməyib və Rusiyanın güclənməsinin dərəcəsinə görə bu silahlar Kiyevə göndəriləcək, Moskvanın bu taktikasının da işə yarayacağı inandırıcı görünmür.


 
Moskvanın indiki anda ata biləcəyi ən düzgün addım, NATO qüvvələri Ukraynanı daha ağır silahlarının sınandığı poliqona çevirmədən, öz qınana çəkilməkdir. Düzdür, indiki anda Putinin bu hərbi taktikanın səhvliyini etiraf etməsi məğlubiyyətlə razılaşması kimi qəbul oluna bilər və yəqin ki, Kremli ən çox narahat edən də budurAncaq daha artıq qan tökməklə də vəziyyəti dəyişmək mümkün deyilsə və sonunda bu addım atılacaqsa, son sözü ilk başdan demək ilk növbədə Kremlin faydasına olar. Ən azı ona görə ki, Rusiya Ukraynada təkcə bugünkü savaşını itirmir. Həm də ən yaxın potensial müttəfiqini, canı canından, qanı qanından, dili dilindən, dini dinindən olan qardaşını, deməli həm də gələcəyini itirir.(ovqat)
Heydər Oğuz

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam