Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

NATO-nun Moldova ssenarisi: Rumıniya bu ölkəni qarşılıqlı könüllülük əsasında ilhaq edəcək

 
Buxarest Moldovanı Rusiyanın mümkün təcavüzündən qorunmaq üçün ona Böyük Britaniya-İsveç modelinə uyğun hərbi yardım göstərə bilər. 
Yenixeber.org: Bunu ölkənin tanınmış nəşrlərindən “Libera” iddia edir.
 Nəşrin bugünkü məlumatında xatırladılır ki, London NATO blokuna qoşulmaq niyyətindən asılı olmayaraq, İsveçin Rusiya tərəfindən hücuma məruz qalacağı təqdirdə Stokholma silah göndərməyə hazır olduğunu təsdiqləyib. Müəlliflərin fikrincə, Londonun İsveç və Finlandiya ilə dünən bağladığı təhlükəsizlik sazişi Buxarest üçün də nümunə ola bilər.
Nəşr hesab edir ki, Buxarestdə müzakirə olunan mümkün ssenariyə əsasən, Rusiya Tiraspola (Dnestryanı) hücum etsə, “Bessarabiya”nın Rumıniya ilə birləşməsi məsələsi iki qardaş dövlətin müvafiq orqanlarında gündəmə gətiriləcək. “Məsul siyasətçilərə lazım olan tək şey xalqlarının belə qəfil dəyişikliklərə hazır olmasını təmin etməkdir”, - deyə “Libera” vurğulayır. Nəşrin iddiasından belə anlaşılır ki, hər iki dövlətin rəsmiləri artıq bu barədə ümumi razılığa gəliblər.

 
Qəzet Moldovanın keçmiş baş naziri Yuri Leankanın CNN telekanalında səsləndirdiyi sözlərə istinad edərək yazır k, Rusiya bu ölkəni işğal edəcəyi təqdirdə, Kişinyovun müqavimət göstərməyə heç bir şansı yoxdur və bu halda yeganə çıxış yolu Rumıniya ilə Moldova Respublikasının vahid ittifaqda birləşməsidir.
“Bundan sonra Buxarest düşünərək bu suala cavab axtarmalıdır ki, o, 1940-cı ildə Sovet İttifaqından ultimatum alan kimi Bessarabiyanı tərk etdiyi kimi davranıb-davranmayacaq. Bu, Kişinyov və Buxarestin gündəmində bir nömrəli məsələ olmalıdır. Əgər ruslar Tiraspola çata bilsələr, bu, Moldova Respublikasının da sonu deməkdir. Təbii ki, əgər Buxarest və Kişinyov sizə dediyim birgə məlum ssenariləri həyata keçirməsələr. Məncə, yeganə ssenari birlikdir. Rumıniya Kişinyovla birlikdə bu addımı atanda biz dərhal NATO və Avropa İttifaqının təhlükəsizlik çətiri altına girmiş olarıq”, - deyə Yuri Leanka fikrini yekunlaşdırıb.


Qeyd edək ki, hazırda Moldovada “ittifaqçılar” adlanan qrup hakimiyyətdədir və onlar Moldovanın Rumıniyaya birləşdirilməsi dövlət siyasətinin əsas tərkib hissəsi hesab edirlər.
“Libera”nın iddiaları doğrudursa, bu ssenari, sözsüz ki, NATO və Aİ-nin razılığı olmadan həyata keçirilə bilməz. Mümkündür ki, NATO Rusiyaya qarşı növbəti cəbhələri Alyansın post-sovet məkanları ilə milli, tarixi əlaqələri olan üzvlərinin iştirakı ilə açmaq niyyətindədir. Bu halda NATO-nun Rusiyaya qarşı formal olaraq top-yekun hücumu baş verməz, iki qütb arasında hesablaşma konvensional silahların istifadəsi ilə yekunlaşar. Konvensional döyüş sahəsində isə Rusiyanın NATO ölkələrinin qarşısına çıxmaq şansı yoxdur və bunun ən bariz sübutu Ukrayna savaşıdır. Hətta yetərincə silahlandırılmamasına, yalnız qısa mənzilli dron və artilleriya silahları ilə təchiz edilməsinə baxmayaraq, Ukrayna döyüşçüləri 2 ay ərzində Rusiya işğalçılarını Kiyev və Xarkov kimi böyük şəhərlərin ərazilərindən qovmağı bacardı, indisə ölkənin şərq və cənub bölgələrində qanlı döyüşlər gedir.


 
Maraqlıdır ki, 2020-ci ildə Azərbaycanın Dağlıq Qarabağ uğrunda apardığı mübarizə də ölkəmizin strateji müttəfiqi və NATO-nun aparıcı üzvlərindən olan Türkiyənin birbaşa siyasi və mənəvi dəstəyi ilə baş tutmuşdu. Görünür, Rusiyanı post-sovet ölkələrinin əliylə bitirmək ssenarisinin ilk pərdəsi Azərbaycanda açılıb.(ovqat)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam