Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Moldova Rumıniya ilə birləşir?

 

 

Flag-Pins-Moldova-Romaniagh (1)

 

     Buxarestin minlərlə əhalisi “Moldova və Rumıniyanın birləşdirilməsinə görə marş”da iştirak edib. 

    "Xeberinfo.com": Məlumata görə , marşın təşkilatçısı “Deystvie-2012” Assosasiyası olub. Marşın təşkilatçılarından biri olan Qeorq Simionun deyib ki, Moldova üçün yeganə şans Rumıniya ilə birləşməkdir: “Bu gün biz Rusiyanın Ukraynaya qarşı görünməmiş aqressiyasının şahidləriyik. Bessarabiya üçün (Rumıniyada iki ölkənin birləşdirilməsi tərəfdarları Moldovanı belə adlandırılar) Ukrayna ssenarisindən qaçmağın yeganə yolu Rumıniya ilə birləşmək ola bilər”.

    Nümayişin iştirakçıları Buxarest küçələrində “Rusiya, Bessarabiya sənin deyil!” plakatları ilə yürüş ediblər. Nümayişçilər Moldova və Rumıniya siyasətçilərinə, eləcə də Rumıniya prezidentliyinə namizədlərə ünvanlanan bəyannamə qəbul ediblər. Bəyannamədə nümayişçilər iki ölkənin birləşdirilməsi prosesini tezləşdirməyi tələb ediblər.

  Xatırladaq ki, Rumıniya prezidenti Trayan Besesku bildirib ki, iki ölkənin birləşdirilməsi NATO və Aİ-yə daxil olduqdan sonra üçüncü milli layihə olmalıdır. O qeyd edib ki, 2014-cü ildə prezidentlik müddəti başa çatdıqdan sonra bu layihənin inkişafı ilə məşğul olmağa hazırlaşır. Bu bəyanat həm Kişinyov, həm də Buxarestdə sərt tənqid olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam