Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycan Dövlət Aqrar Universiteti “cərimə batalyonu kimi”: Rektora talançılıq ittihamı-PREZİDENTƏ MÜRACİƏT!

 

Yenixeber.org: Redaksiyamıza  Azərbaycan Dövlət Aqrar Universitetinin "Mühəndislik" fakültəsinin professor-müəllim heyəti adından "Yerüstü nəqliyyat vasitələri və texniki servis" kafedrasının professoru Əliyev Qurban İsa oğlunun Azərbaycan Respublikasının Prezidenti, cənab İiham Əliyevə ünvanladığı müraciətin surəti daxil olub. Müəllif müraciətində Azərbaycan Dövlət Aqrar Universitetində elmdən, təhsildən uzaq atmosferin formalaşmasından, rektor İbrahim Cəfərovun qanunazidd idarəçiliyindən və digər eybəcərliklərdən bəhs edir. Biz Yenixeber.org olaraq məlum qayda və prinsiplərə uyğun, səslənən ittihamlara universitet rəhbərliyinin mövqeyini öyrənməyə çalışdıq. Təəssüf ki, günlərlə çalışsaq da, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu: Universitetin saytında yer alan 3 elektron poçtun hər birinə sözügedən müraciəti əlavə etməklə göndərdiyimiz online məktublar cavabsız qaldı. Bütün telefon cəhdlərimiz də, eyni ilə…(?)

     Aktuallığını nəzərə alıb, müraciəti müəyyən ixtisarla dərc edirik:

“Cənab Prezident, Azərbaycan Dövlət Aqrar Universitetində Azərbaycan aqrar elmini dünya elminə öz elmi əsərləri ilə inteqrasiya etdirən, aqrar sahədə tədris olunan fənlər üzrə tədris-metodiki işləri, o cümlədən, dərslikləri, dərs vəsaitləri və monoqrafiyaları olan bir qrup alimin əməyi qiymətləndirilmək əvəzinə hər bir iclasda rektor tərəfindən təhqir edilir və aşağılanır. Ona görə ki, aqrar universitetdə talançılıq edən rektor İbrahim Cəfərova savadlı, elmli, tədrisi bilən kadrlar yox, əksinə alveri, rüşvəti və korrupsiyanı bacaran insanlar, xüsusilə də gənclər lazımdır. Bir qrup rektora söz deyə bilən insanlar bu gün rektorun qarşısında gözükölgəlidir. Belə ki, həmin insanların oğlunu, qızını, gəlinini, qardaşını və yaxud qohumunu işə götürən rektor qəsdən onları susdura bilmişdir. Ona görə də bu gün İbrahim Cəfərov istənilən professoru, dosenti belə aşağılaya bilir və təhdid edir. Rektor universitetdə istədiyi alveri edə bilir, heç kim səsini çıxarda bilmir. Bəzi insanlar da səsini çıxarsa belə, ona dəstək olan yoxdur.

Bunlarla yanaşı, rektor İbrahim Cəfərov Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən də işdən qovulan insanları cərimə batalyonu kimi Aqrar Universitetdə kafedra müdiri və prorektor vəzifələrinə yerləşdirib. Sərbəst alver quran rektora “gözün üstündə qaşın var” deyən yoxdur. Bir müddət dekan və kafedra müdiri vəzifələrindən qazanc götürən rektor ənənəni daim davam etdirir.

Bir müddət bundan öncə rektor ADAU-nun "Kənd təsərrüfatı texnikası" kafedrasına ticarət yarmarkasında ayaqqabı satan Aydın İsayevi kafedra müdiri seçmişdir. Hansı ki, Aydın İsayev bir neçə il əvvəl korrupsiya ilə əlaqədar "Magistratura" şöbəsinin midiri vəzifəsindən qovulmuşdur. Buna baxmayaraq İbrahim Cəfərov onu və onun yaxın dostu olan Ayaz Həsənovu da kafedra müdiri vəzifəsinə təyin etmək üçün imkan axtarır. Aydın İsayevi kafedra müdiri kimi yerləşdirdi, indi də qarşıda yaxın günlərdə qəssablıq edib, ət və kartof satan Ayaz Həsənovu da "Yerüstü nəqliyyat vasitələri və texniki servis" kafedrasına müdir qoymaq istəyir. Halbuki, həmin kafedrada bu vəzifəyə daha layiqli kadrlar var. Ayaz Həsənov da 5 il öncə "Aqromühəndislik" fakültəsinin tələbələrinin hər birindən kurs işinə 60 manat pul almışdı. Bu hadisənin üstü komissiya və dekan Cəmaləddin Məmmədov tərəfindən açılanda İbrahim Cəfərov Ayaz Həsənovu müdafiə edə bilmədi. Bu gün kafedra müdiri olan təmiz, haqqın tərəfində olan Vaqif Mirzəliyevin qəti mövqeyindən sonra Ayaz Həsənovun fəaliyyətinin yoxlanılması ilə əlaqədar komissiya yaradılmış və nəticə olaraq yekunda kafedra müdiri vəzifəsindən uzaqlaşdırılmışdı. Vaqif Mirzəliyev kafedrada təmiz və tələbkar işgüzar şərait yaratmışdır. Eyni kafedrada çalışan bu iki dostdan Aydın İsayev kafedra müdiri asan seçildiyi kimi Ayaz Həsənov da "Yerüstü nəqliyyat vasitələri və texniki servis" kafedrasına maddi maraqlar əsasında kafedra müdiri seçilmək üçün hazırlaşıb. Bunlar bilir ki, kafedra müdiri seçilmək üçün, nə qanun, nə elmi tədqiqat işləri, nə də tədris-metodiki işlər lazımdır, ancaq rektor İbrahim Cəfərova pul lazımdır.

Bir qədər öncə İbrahim Cəfərov 240 elmi əsərin müəllifini, bir çox dərslikləri, dərs vəsaitləri olan kafedranın professorunu kənara qoyub ayaqqabı satan, bu gün informasiya texnologiyalarından (kompyuterdən) başı çıxmayan Aydın İsayevi müdir qoyduğu kimi Ayaz Həsənovu da kafedra müdiri qoymaq istəyir. Ayaz Həsənov bu gün Aydın İsayevin məsləhətçisi olub deyir ki, sən o kafedrada ol, mən də bu kafedrada olum. Ayaz Həsənovun da informasiya texnologiyalarından təsəvvürü yoxdur, əlavə heç bir dil bilmir, elektron yazışmanı belə dərk edə bilmir, heç bir tədris metodiki işlə məşğul olmur. Əgər bu gün bu kafedra müdirləri, elekton kitabxanaya girə bilmirsə, elektron resurslardan istifadə etməyi bacarmırsa, adi belə məktubu göndərə bilmirlərsə universitetdə əmək bazarına çıxarılacaq hansı mütəxəssis hazırlığından danışmaq olar? Belə çıxır ki, ancaq ayaqqabı, ət və kartof satan yetişdirmək olar.

Ümumiyyətlə, hal-hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyində sivil elmli, tədrisi və elmi bilən qabiliyyətli mütəxəssislər vəzifələrdən kənarlaşdırılır. Burada idarəçilik zorakılıq və müəyyən maraqlar çərçivəsində, üzdə vətən, arxada şəxsi maraq siyasəti çərçivəsində aparılır. Rektorun professor-müəllim kollektivinə qarşı təhqiramiz kobud rəftarı dözülməzdir. Bunlarla yanaşı məlumunuz edirik ki, Dövlət Qulluğuna və Dövlət İmtahan Mərkəzində imtahan verib keçə bilməyən, ixtisasını bilməyən kadrlar gənc müəllimlər kimi universitetdə kafedralara maddi maraqlar əsasında işə götürülür. Əgər həmin müəllimlərin əksəriyyətinin savadını yoxlasalar onlar attestasiyadan belə keçə bilməzlər. Müasir dünya standartlarına cavab verən auditoriya və laboratoriyalarda bu formada təhsil ilə yüksək peşəkar mütəxəssis hazırlığı aparmaq mümkün deyildir. Savadlı, qabiliyyətli, xarici ölkə alimləri və universitetləri tərəfindən beynəlxalq təhsil sistemində və elmində sözünü deyən və tanınan alimlərin əməyi qiymətləndirilmir.

Cənab Prezident, bu məsələ ilə bağlı müvafiq tədbir görməyinizi Sizdən xahiş edirik”.

Yenixeber.org olaraq yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam