Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

ADAU rektorunun Ramiz Mehdiyev MÜBHƏM SEVGİSİ -İLGİNC İDDİALAR...

Yenixeber.org: Xatırladaq ki, hələ ötən il saytımızda “Ramiz Mehdiyev rektorun sədaqətini ödülləndirdi” başlıqlı məqalə dərc etmişdik. Bildiyimiz kimi Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Unversiteti kənd təsərrüfatı sahəsi üçün mütəxəsislər yetişdirir. Unversitetdə Aqronomluq, Aqrotexnologiya, Baytarlıq Təbabəti və Əcazçılıq fakultəsi, Elektroenergetika və İnformasiya Texnologiyaları, Mühəndislik, Aqrar İqtisadiyyat fakultələri mövcuddur. Mətbuatda gedən çoxsaylı yazılarda da qeyd olunub ki ADAU-da təhsil alan tələbələrdən hər imtahan üçün 50-100 manat rüşvət alınırmış. Eyni zamanda da, bir çox tələbələr var ki, onlar ildə bir dəfə unversitetə təşrif buyururlarmış ki, həmin tələbələr də universitet rəhbərliyinə illik müəyyən olunmuş məbləği verirlərmiş.Yada salaq ki, bir neçə il əvvəl Hesablama Palatasının Dövlət Aqrar Universitetində apardığı yoxlamalar nəticəsində “ölü canlar” maxinasiyası vasitəsilə 500 min manatlıq dövlət vəsaitinin mənimsənilməsi faktının aşkarlandığı faktı gündəmə gəlmişdi. Maxinasiya birbaşa rektor İbrahim Cəfərovun göstərişi ilə baş veribmiş. Universitetin 4 laboratoriyasında 70-dən çox şəxsin adı iş cədvəlində yazılsa da əmək haqlarının rektor İbrahim Cəfərova çatdırıldığı bildirilirdi. Aktualxeber.az bildirir ki, bütün bu qanunsuzluqları İbrahim Cəfərov Ramiz Mehdiyevə arxalanıb edirdi. Rektor sadiq adamdır və Ramiz Mehdiyev “vurulanda” belə onu müdafiə etdi. O, R.Mehdiyevin nəvəsinin qalmaqallı toy məsələsində hamıdan fərqli mövqe sərgiləyərək akademikə qarşı çirkli kompaniya aparıldığını dedi. Sonradan rektor facebook-da yazdığı müdafiə xarakterli statusunu bir ətək xərc töküb saytlardan sildirdi. Amma həmin statusun fotosu bizdə qalıb. Onu da saytımızda həmin vaxt yazdığımız yazıda təqdim etmişdik. Daha sonra xəbər yayıldı ki, AMEA prezidenti, akademik Ramiz Mehdiyev öz əmisi oğlu, dosent Əli Mehdiyevin Gəncədə fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) balansında fəaliyyət göstərən Aqromexanika Elmi Tədqiqat İnstitutuna direktor təyin etdirmək istəyib. Və bu istəyə müsbət cavab verilib. Düzdü, bu xəbər Universitet tərəfindən həmin vaxt təkzib edildi. Çünki ictimaiyyət xəbər tutmuşdu. Ancaq İbrahim Cəfərovun Əli Mehdiyevlə köhnə dost olduğu kimsəyə sirr deyildi. İndi isə məlumat almışıq ki, İbrahim Cəfərovun oğlu AMEA-da yeni işə düzəlib. Rektorun oğlu Cavid əvvəllər Ramiz Mehdiyevin yanında nəzarətçi işləyirdi. Akademik sadaqətin qarşılığını həmişə ödəyən adam kimi tanındığından bu təəcüblü deyildi. Bu yaxınlarda isə Cavidə AMEA-da daha məsul bir vəzifə verilibdir. Bu münasibətlə İbrahim Cəfərovu təbrik edənlər sosial şəbəkədə rəqabətə belə giriblərmiş. Rektorun oğlu vaxtilə Gəncə Müəllimlər İnstitutuna testdən kənar saxta üsulla qəbul olunub və 2001-ci ildə Kəpəz Polisi tərəfindən oğurluğa görə saxlanıbdır. Atasının pulu və əlaqələri vasitəsilə bütün qaranlıq əməlləri ört-basdır edilən ərköyün oğul vəzifə kürsüsündə irəliləməyə başlayıbdır. Deyilənə görə rektorun 5-ci kolonla da əlaqəsi var. Bu ayrıca bir söhbətin mövzusu olduğundan daha geniş məqaləni bu yaxınlarda sizlərə təqdim edəcəyik.
Qarşı tərəfi də dinləməyə hazırıq. //aktualxeber.az//


ADAU rektorunun Ramiz Mehdiyev MÜBHƏM SEVGİSİ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam