Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Mehdiyevin qırmızı yalanları darmadağın edildi: bacanaqlarla monopoliya, türk firmasına kələk, daha nələr, nələr...-DE-FAKTO

 


Yenixeber.org: Dövlət Gömrük Komitəsinin sədri, general-polkovnik Səfər Mehdiyev bəzən özünü Saakaşvili kimi reformist libasında görür. Bu blefi ictimaiyyətə üfürməklə gözdən pərdə asacağını zənn edən gömrük şefi, bəlkə də özü də bilmədən hansı mifi dağıtdığının fərqində deyil. 
S.Mehdiyev gömrük səltənətinin başına gətiriləndə ilk yekəxana açıqlaması belə olmuşdu ki, bir qəpik rüşvət olsa istefa verərəm. Ondan sonra saysız-hesabsız rüşvət, korrupsiya faktları qeydə alındı, sahibkarlar yüzlərlə şikayət, bürokratik əngəl sübutları meydana çıxardılar, amma general vədinə xila çıxıb istefa vermədi. 
Bu günlərdə yenidən media qarşısına çıxan gömrük rəisi yenə də populist, boğazdan yuxarı çıxışı ilə diqqət çəkib. Əvvəla, o, çoxlarının gözündən yayınan bir incə detala toxunur; S.Mehdiyev deyir ki, bu cür genişmiqyaslı hücumlardan sonra məndə də müəyyən şübhələr yaranır, özümə sual verirəm: doğrudanmı, bu sifarişdir. Ehtimal ki, bəli.
Bu onun cavabıdır və belə düşünür ki, barəsində, o cümlədən gömrük sistemi haqda mətbuatda gedən tənqidi materiallar sifarişdir. Əgər belədirsə, görəsən DGK rəisinin düşmənləri kimdir, hansı güclər əlindəki media rıçaqlarından istifadə etməklə ona hücumlar təşkil edir və niyə edir? Hər halda cənab Mehdiyev sifariş verənin kimliyini də bilməmiş olmaz, əgər varsa...
Amma bizi maraqlandıran tərəfi yenidən gömrük sistemi haqda söylədiyi fikirlərdir. Mehdiyev sahibkarlara çağırış edir ki, rüşvətxor gömrükçülərin adlarını çəkin! Sonra bildirir - Biz inhisarçılara “Yox” deyirik!
Əlbəttə, bundan əvvəl rüşvətlə tutulan gömrük əməkdaşlarını Mehdiyev yəqin ki, unutmuş olar. İndisə haqlıdır, rüşvət elə leqallaşdırılıb ki, əldən almağa zərurət qalmayıb. 
Amma inhisarçılıqla bağlı tamamilə qırmızı yalan qarşısındayıq. Gömrükdə brokerlər, monopolistlər, Mehdiyevin özünə yaxın şəxslərin şirkətləri elə bir inhisar yaradıb ki, sahibkarlar nəfəs ala bilmirlər. 
Biz çox uzağagedən nəticələr çıxarmadan elə gömrük şefinin monopolist qohumlarının adlarını açıqlaya bilərik, ondan sonra inhisarçılığa necə “yox” dedikləri aydın olacaq.
Bir: Səfər Mehdiyevin bacanaqları...rəsmən inhisarçıdırlar və onların hər biri ayrıca sahəyə nəzarət edirlər. Onun Gündüz adlı bacanağı “Babək” və “Orxan” şirkətlərinin sahibidir. 
O, Hindistandan ölkəmizə idxal olunan camış ətlərinin monopolistidir. Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz. Bu ət inhisarını isə ona bacanağı Səfər Mehdiyev hədiyyə edib. 
Eyni zamanda Binəqədinin sabiq icra başçısı Xaləddin İsgəndərovla quda olan Gündüz Xırdalandakı ət-toyuq idxalı müəssisəsinə rəhbərlik edir, oğlu isə Sumqayıtdakı tekstil fabrikinin başında durur.
Başqa bir bacanaq:  Azər isə Azərbaycana gətirilən avtomobil mühərriki yağlarını monopoliyasına alıb. O, həmçinin, böyük transport şirkətinin sahibidir. Bu şirkət isə Azərbaycana elə adamların yüklərini gətirir ki, həmin adamlar gömrükdə kimə nə qədər rüşvət verəcəklərini əvvəlcədən bilirlər.
Bu şirkət gömrükdə haqqını tələb edən heç kimin malını ölkəyə gətirmir. Bir neçə dəfə tanımadığı müştərilərin yüklərini daşıyan şirkət rəhbərliyi gömrükdə onların haqq tələb etməsinin və rüşvət verməkdən imtinasının ardından bu cür müştərilərlə işləməkdən vaz keçiblər.
Ümumiyyətlə, Mehdiyev Gömrük Komitəsinin birinci müavini olduğu müddətdə yaxın-uzaq qohumlarını işlə təmin edib. Yəni demək olar ki, DGK başdan-başa onun qohumlarından ibarətdir. 
Məlumata görə, işə qəbula S.Mehdiyevin qayınatası Qulu Tarquliyev rəhbərlik edir. Bu gün Qulu Tarquliyevin övladları Əli Tarquliyev, Zeynal Tarquliyev, İlham Tarquliyev Gömrük Komitəsində müxtəlif vəzifələr tutmaqla qısa müddət ərzində bahalı maşınlar, dəbdəbəli villalar sahibidirlər. Bəs bunun harası inhisarçılıq deyil, hörmətli Mehdiyev?!
Necə mətbuat önünə çıxaraq ictimaiyyətə, iş adamlarına absurd yalanlar danışa bilirsiniz? İnhisarçılığa “yox” demək üçün elə bacanaqların gömrükdə monopolistliyinə son qoymaq lazımdır. 
Əgər rəhbər şəxs çevrəsindəkilərlə gömrükdə monopoliya yaradıbsa, ondan rütbəcə aşağı olan gömrük məmurlara daha nə demək olar?
Biz faktlarla yazmağı və danışmağı sevirik. Gəlin, Mehdiyevin verdiyi müsahibədən sonra gömrükdə əsl reallığın nə olduğuna nəzə yetirək: məşhur ad “Karqo Şamil”.  Heydərov Şamil Hilal oğlundan söhbət gedir. 
İllərdir ki, gömrükdə baş inhisarçılardan biridir. Xaricdən, xüsusilə də Çindən Azərbaycana mal gətirmək istəyən sahibkarların ona mütləq işi düşür.
Çindən və digər ölkələrdən Şamil Heydərovun adına 10-20 TIR yük gəlir. Başqa yüklərdən fərqli olaraq, onun sifariş verdiyi mallar Azərbaycanın gömrük keçid məntəqələrindən yubanmadan keçə bilir. 
Həmin yüklər əsasən “Xəzri-2018" MMC (Direktoru Cəfərov Mirsamir Mircəfər oğlu, təsisçisi Vəliyev Vəzir Xudab oğlu), "Mirstar" MMC (Təsisçisi və direktoru Əliyev Mirzə Musa oğlu), "Odlar Yurdu-2018" MMC (Direktor Heydərov Kənan Rəhim oğlu, təsisçisi Heydərov Şamil Hilal oğlu), "Teyyub-2007" MMC (Təsisçisi və direktoru Əkbərov Xəyyam Teyyub oğlu), "Texnologi" MMC (Direktoru Həsənov Hüseyn Cəmşid oğlu, təsisçisi Heydərov Kamal Şamil oğlu) kimi şirkətlər tərəfindən Şamil Heydərovun sifarişilə gətirilir. Özü də bu MMC-lərin adları nədənsə 3-4 aydan bir dəyişdirilir. 
Yuxarıda adları qeyd olunan şirkətlər arasında Şamil Heydərovun və oğlu Kamal Heydərovun təsisçisi olduğu MMC-lər də var. Bunlar "Odlar Yurdu-2018" MMC və "Texnologi" MMC-dir. İndi hörmətli Mehdiyev, ortaya çıxan bu qədər faktların adı monopoliya və inhisarçılıq deyil, bəs nədir?!
Həmçinin Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, Mehdiyevin baldızı oğlu Rəfail Niftəliyevlə bağlı yayılan ittihamlar, onun monopoliya fəaliyyəti haqda yazılanlar da media səhifələrində hələ də qalır. 
Nəhayət, iqtisadçı, sabiq deputat, hazırda iş adamı olan Nazim Bəydəmirlinin Mehdiyevin verdiyi müsahibəyə cavab olaraq ortaya qoyduğu faktlar göz deşir.
Sitat: “Gömrük Komitəsinin sədri yenə bəyan edib ki, bizə inhisarçılar təsir edə bilmir. Bir Türkiyə şirkəti Qarabağda olan işləri üçün məndən qiymət təklifi istəmişdi. 
Görüşdük, təklif verdik. Qubadlı təhvili 623 usd, özləri də demişdilər ki, "Baku steel" 1300 manat+ƏDV satır, ancaq mal da verə bilmirlər, növbədir və s...
Mən də məsləhət gördüm ki, gedin gömrükdən malınızı aldığınız qiymətə buraxacaqlarsa, daha keyfiyyətli və ucuz qiymətə bizdən alarsınız. 
Bizim verdiyimiz malın üstünə 15% gömrük rüsumu da tətbiq etdikdən sonra, yenə "Baku steel"-in malından sərfəli gəlir. Ancaq Gömrük Komitəsi 623 usd əvəzinə "bəyannamə qiymətini" 800 usd olacağını deyib və beləliklə həm "süni qiymət artımı" yaradır, həm də yerli istehsalçının "monopoliyasına" dəstək verir. 
Xaricinin də heç nəyi getmir, sadəcə Qarabağın bərpası planı adı altında tikdikləri layihələr Azərbaycan büdcəsinə 2-3 qat baha başa gələcək və biz xalq olaraq gömrükçülərin şəffaf işləmələri haqqında “nağıllar” eşidəcəyik. 
Zəhmət olmasa jurnalistlər getsinlər Gömrük Komitəsinin “labarotoriya”-sının qarşısına və yazıq, yetim sahibkarları çəksinlər ki, onlar oraya niyə göndərilirlər və məqsəd nədir?”
Vəssalam, cənab Mehdiyev, artıq sözə nə hacət?!(anaxeber.info)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam