Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Ali Baş Komandanın “Qubadlı strategiyası”-Zəngəzurun “Qızıl qapısı”

 

      

     Qubadlı rayonu NATO-ya məxsus İncirlik Hərbi Bazasına oxşar bir strateji ərazi kimi diqqətdədir

 Dünyanı sarsıdan ən amansız xəstəliklərdən olan “Şəkər xəstəliyi”nun dərmanı məhz, burdadır...

Yenixeber.org: Apardığımız tədqiqatlar göstərir ki, Vaşinqtonda nəşr olunan “Aqtu Times” – (“Ordu saatları”) həftəlik qəzeti yazır ki, Azərbaycanın Ali baş Komandanı, Prezident İlham Əliyevin “Müharibə qovluğundakı şəkillərinin birində göstərilir ki, azad olunmuş Qubadlı rayonunun torpaqları onun üçün ən qiymətli və ən əziz strateji ərazilərdəndir. Amerika kəşfiyyatında nüfuzlu yerlərdən birini tutan polkovnik Edqar Stivenson bildirir ki, həm Moskva, həm Paris, həm Tehran, həm də Ankara generalları qeyd ediblər ki, Qubadlı ərazisindən Dünyanı idarə etmək mümkündür. Elə buna görədir ki, Qubadlı rayonu NATO-ya məxsus İncirlik Hərbi Bazasına oxşar bir strateji ərazi kimi diqqətdədir. Lakin Ümummilli liderimiz Heydər Əliiyev bütün bunların əleyhinə olduğunu bildirmişdi. O, həm ABŞ Dövlət katibi olmuş H. Kissenncerə və həm də M. Olbrayta xatırlatmışdı ki, Qubadlı rayonu Zəngəzurun “Qızıl qapısıdır” və bu qızıl qapıda “...bomba ola bilməz...”

Maraqlı tarix üçün çox önəmli bir fakt var. Fakt da budur ki, I Pyotrun (Rusiya imperatoru) həmişə diqqətində olan bu ərazidən onun həyatında çox misilsiz rol oynayan isveçrəli Frans Lefort adlı bir diplomat keçib. O, xəstə idi. Ağır şəkər xəstəliyindən əziyyət çəkirdi... Ballıqaya kəndində ayaq saxlayır... Bir həftədən sonra, yəni sağalandan sonra Rusiyaya qayıdır və I Pyotra məsləhət görür ki, Azərbaycana səfərə çıxsın. Qubadlı ərazisindən keçsin və burada heç olmasa bir neçə gün məskunlaşsın...

Araşdırma materialında bu da göstərilir ki, Qubadlı rayonu, həm də Moskvanın Kremlin Elmi-Tədqiqat Mərkəzlərində aparılan tədqiqatlara görə insan həyatı üçün “Ciddi şəfa mənbəyi”dir. Keçmiş İttifaqın Baş Kəşfiyyat İdarəsinin Elmi-Tədqiqat Mərkəzinin professoru, Qubadlı rayonu üzrə tədqiqatlar aparan polkovnik İ.V. Bondarenko yazır ki, Qubadlının ərazisindən axıb keçən Həkəri çayının suları həmişə şəfa mənbəyi olub. Məsələn, Həkəri və Bərgüşad çaylarından su götürüb əl-üzünə vuran hər kəsin 22 gün ömrünün üstünə ömür gəlir. Professor İ.V.Bondarenko 1996-cı ilin may ayının 18-də Siyasi Büroya məxfi qaydada ünvanladığı “Məxfi Arayış”da qeyd edir ki, Qubadlı rayonunun Cənub hissəsində yerləşən BALLIQAYANI qorumaq... qorumaq... yenə də qorumaq lazımdır. Orada daşları tərpətmək, qazıntı işləri aparmaq olmaz. Oranın coğrafi sistemini, ekoloji mühitini pozmaq cinayətdir. Ballıqayanı qorumaq hər birimizin şərəf işidir. Ballıqaya dünyanı sarsıdan “Şəkər xəstəliyini sağaldan, insan orqanizmdən xilas edən ən ciddi klinikadır...”

Professor həm də qeyd edir ki, təkcə 1950-1960-cı illərdə Ballıqaya 26 nəfər tanınmış insanları, hərbi mütəxəssisləri “Şəkər xəstəliyi”ndən xilas edib. Şübhəsiz ki, Ballıqaya hələlik tədqiq olunmayıb.

Məlumatlara görə Ballıqaya ölkə başçısının diqqətində ayrıca bir strateji ərazidir.

O, döyüşüb, vuruşub, yorulmaq bilməyib. Ballıqaya erməni işğalından azad olanunan Qarabağın sözün həqiqi mənasında “Arı-Pətəyi”dir. Bildiyimizə görə dünyanın aparıcı dövlətlərindən Ballıqayaya gələrək, orada yaşamaq, müalicə almaq üçün müraciət edən tanınmış adamlar var.

Qubadlının insanları oranın suları kimi təmiz və saf, qayaları kimi dözümlü və sərtdir.

Qubadlılar xəyanəti sevmir. Müasir genetikanın tədqiqatçılarından olan, Akademik İ.F. Jimulev yazır ki, Qubadlı camaatının 85 faizi Ana südü ilə dünyaya göz açıb, dostu ilə, düşmənini tanıyıb. 1988-ci ilin noyabrında rayon ilk şəhidini verib. Zabit Bərxudar Əmrah oğlu Əsgərov şəhid olub. İlk Milli Qəhrəmanlar sırasında Əliyar Əliyevlə adı bir cərgədə çəkilib. Hesablamaya görə döyüşlərdə Qubadlı 238 nəfər şəhid verib.

               ***

Dünya şöhrətli təqdiqatçı, rus alimi, arxeoloq İvan Aleksandroviç Antonov Azərbaycan KP MK-nə, şəxsən ümummilli liderimiz Heydər Əliyevə ünvanladığı məktubda yazırdı ki, Qubadlı ərazisi həssas bir ərazidir. O, ərazinin qədim kəndlərini nə köçürmək olar, nə də ayrı bir kəndlə birləşdirmək. Kəndlərə toxunmayın. Qubadlının hər bir kəndinin dünya kəşfiyyat xəritəsində adı var. Zaman gələcək dünyanın hər yerindən sağalmaq üçün, şəkər kimi əlacsız xəstəlikdən yaxa qurtarmaq üçün Qubadlıya gələcəklər...

Doxsan üç kənddən ibarət olan rayonun ərazisi dağlıq, dağətəyi və aran zonalarından ibarətdir. Zəngin coğrafi şəraiti, mülayim iqlimi, münbit torpağı var.

 

Bərgüşad çayı (Bazarçay) - Araz çayının sol qolu olmaqla öz mənbəyini Kəlbəcərdən götürür, uzunluğu 158 km, su toplayıcı sahəsi 5600 km2-dir. Ona Qubadlı ərazisindən Ağa, Bəxtiyarlı və Davudlu kiçik çay qolları axır. Çayın hövzəsindən azca aralı dəfn olunmuş Ayətulla Xankişinin, Ayətulla Muradın ziyarətgaha çevrilmiş məzarları partladılıb. Məlumata görə bu üç ayətullah İrandan köçüb gələn din xadimlərindən olub. Çayın hövzəsinin 2020 km2-i, çay yatağının isə 93 kilometri Ermənistan ərazisinə düşür. En kəsiyindən azsulu illərdə respublika ərazisində 9,3 m3/san, çox sulu illərdə isə 20,9 m3/san su axır. Ermənilər sənaye və məişət-çirkab sularını bu çaya yönəltdiriblər.

Həkəri çayı - Araz çayının sol qolu olmaqla uzunluğu 113 km, su toplayıcı sahəsi 2570 km2-dir. Çayın en kəsiyindən az sulu illərdə 6,27 m3/san, orta sulu illərdə 15,3 m3/san, çox sulu illərdə isə 24,2 m3/san su axır. Çayın suyundan içmək və suvarma məqsədi ilə istifadə olunurdu. Bu gün ondan-zəhərli sudan istifadə edilməsi mümkün deyil.

Qubadlı rayonunda 600-dən çox mineral maddələrlə zəngin, soyuq, şəfalı suyu olan təbii bulaqlar var idi. Bunlardan: Armudlu, Həcər, Şirinpir, Sobu, Çayzəmi, Topağac, Üçağac, Qaraağac, Kəklik, Söyüdlü-Əli, Gölçüj, Qaraqışlaq, Fətə, Narlı, Turşsu, Bağırbəyli-çinar, Dəvədərə, İşıqlı-novlu, Zağlıq, İmamzadə, Qoçlar-çinarlı, Səvədərə, Ağsu, Bəylik, Almalıq, Qış bulaq, Hütməyit, Novlu, Mustanlı dağ, Çilli, Hacılı Əli, Quyubulaq, Şorbulaq və başqa dağ, meşə bulaqları: Novlu, Seytas, Göyərçikl, Göyarabas, Xallava, Aşağı Çibikli, Yuxarı Çibikli, Əyin, Çardaxlı, Mehrili, Xocamsaxlı, Zor, Poladlı, Dəmirçilər, Hərtiz, Göyyal, Fərcan, Saldaş, Qiyaslı, Tatar, Əliquluuşağı, Eyvazlı, Davudlu, Qədili, Qundanlı, Balahəsənli, Müskanlı, Məlikəhmədli, Qayalı, Xıdırlı, Mahmudlu, Hacılı, Hat, Deşdahat, Başarat, Armudluq, Muradxanlı, Xəndək, İşıqlı kəndlərinin təbii bulaqları daha məşhur idi. Bundan başqa 46 km uzunluğunda içməli su kəmərləri, Hal, Mahrızlı, Məmər və Xanlıq kəndlərini içməli su ilə təmin edirdi.

Qubadlının 80.250 hektar torpaq sahəsi işğala məruz qalıb. Rayonun “Yazı düzü” “Gəyən düzü” və “Məzrə düzü” kimi münbit torpaqları məşhur idi. Bu düzlər quraqlığa davamlı olduqları üçün orada əsasən taxıl, üzüm əkilirdi.

Qubadlının meşə sahəsi 13160 hektardır. Meşələrindəki qırmızı palıd, vələs, qoz, şam, ağcaqayın, göyrüş, söyüd, ardıc, yemişan, armud, zoğal, qarağat ağacları sürətlə kəsilərək daşınır.

Qubadlı rayonu ərazisində ehtiyatları 6247 min m3 olan və mişar daşı istehsalı üçün yararlı, istifadəyə verilmiş Hacılı trovertin yatağı; kərpic istehsalına yararlı Xanlıqkənd (ehtiyatları 990 min m3) gil yatağı; ehtiyatları, 1,1 min ton olan Eyvazlı bəzək-əlvan daşlar yatağı; istismar ehtiyatları 84 min m3/gün olan Qubadlı yeraltı su yatağı işğal altındadır.

Qubadlı qəsəbəsinin ərazisində diametri 80 sm, hündürlüyü 35 m, yaşı 160 il olan 2 ədə şərq çinarı, diametri 150 sm, hündürlüyü 20 m, yaşı 300 il olan 1 ədəd şərq çinarı, diametri 150 sm, hündürlüyü 20 m, yaşı 300 il olan 2 ədəd şərq çinarı, Gödəklər kəndində diametri 80 sm, hündürlüyü 8 m, yaşı 150 il olan 1 ədəd saqqız ağacı, Xanlıq kəndində diametri 800 sm, hündürlüyü 40 m, yaşı 1600 olan 3 ədəd şərq çinarı, Zilanlı kəndində Daşlı adlanan yerdə diametri 150 sm, hündürlüyü 35 m, yaşı 300 il olan 1 ədəd şərq çinarı dövlər qeydiyyatına alınmış təbiət abidəsi kimi qorunurdu. İşğaldan sonra bu yerlər dağıdıldı.

Muradxanlı kəndində “Qalalı” mağarası və Əliquluuşağı kəndində “Kilsə kaha” abidə kompleksi də ən qədim təbiət abidələrindən hesab olunurdu. Qubadlı şəhərində, Mahmudlu, Qayalı, Məlik Əhmədli, Ləpəxeyranlı, Avdalanlı, Xıdırlı, Balahəsənli, Armudlu və Qədili kəndləri ətrafındakı təbii qayalar haqqında fransızlar və almanlar sənədli filmlər çəkib.

Poladlı kəndinin qarşısındakı “Kəmədə qaya”, “Ala qaya” və onların ətrafındakı əhəng daşlarından düzülmüş sədd, “Pisirin” bulaq qaya kompleksi, “Avadanlarlı” dərəsindəki “Damcı” bulaq ən gözəl təbiət yadigarları biridir.

Başarat kəndi ərazisindəki “Topağac” mənzərəsi əfsanəvi yurd yeri idi. Məlumata görə rayonun təbii su ehtiyatlarının 31 faizi “zəhərli su hövzəsi” kimi qeyd olunub.

Ali Baş Komandanın "Qubadlı strategiyası" Rusiyanın dövlət sənədlərində xüsusi qeyd edilib, Ballıqayada aşkarlanan şəkər xəstliyinin dərmanı hətta prezident V. V. Putinin maraq dairəsinə düşüb.

Əliağa Cəfərov,

professor, Rusiya Beynəlxalq Ekologiya Akademiyasının akademiki


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam