Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Rusiya Paşinyanın üçtərəfli görüşdən qaçdığını təsdiqlədi -Ermənistan isə yenə Moskvadan “diplomatik və hərbi dəstək” istəyir

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının görüşünün təşkili üçün lazım olan şərti açıqlayıb.

Yenixeber.org: Rusiya mətbuatı xəbər verir ki, rusiyalı jurnalistlərin suallarını cavablandıran D.Peskov gözləntilərin əksinə olaraq üçtərəfli görüşün baş tutmamasının günahının Ermənistan tərəfində olduğuna eyham vurub: “Üçtərəfli sammit hansısa mərhələdə lazım olacaq, ancaq bunun üçün bütün tərəflərin razılığı lazımdır”

Təbii ki, istər Azərbaycan Prezidentinin, istərsə də Rusiya dövlət başçısının növbəti üçtərəfli görüşlə bağlı mövqeyi bəllidir. Hər iki ölkə başçısı belə bir görüşə hazır olduqlarının siqnallarını veriblər. Hətta noyabrın əvvəllərində D.Peskov tezliklə üçtərəfli görüşün keçiriləcəyini bildirmişdi. Rusiya və Ermənistan mətbuatı bu görüşün 10 noyabr sazişinin ildönümündə təşkil olunacağını iddia edirdi

Lakin erməni mətbuatının da yazdığı kimi, məhz Paşinyan son anda görüşdən imtina edib və onun bu qərarı ölkə daxilindəki siyasi gərginliyin, eləcə də müxalifətin və Qərbdəki erməni disporunun təzyiqlərinin nəticəsi hesab olunur. Çünki həmin görüşdə imzalanmalı olan sənədlər var ki, Paşinyan hələlik onlara imza atmaqdan çəkinir. Odur ki, Peskovun “bunun üçün bütün tərəflərin razılığı lazımdır” deyərkən məhz Nikol Paşinyanı nəzərdə tutduğu heç kimdə, o cümlədən Rusiya mətbuatında da şübhə doğurmur.

 

Digər yandan, Ermənistan Rusiyadan rəsmi qaydada dəstək, yardım istəməkdə davam edir. Moskvada MDB dövlətləri güc strukturları rəhbərlərinin görüşündə iştirak edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanın “Kommersant” qəzetinə açıqlamasında ölkəsinin Rusiyadan cavab gözlədiyini bildirib: “Biz bu problemin diplomatik yolla həllinin tərəfdarıyıq. Lakin bu mümkün olmasa, problemi hərbi yolla həll etmək lazımdır”. 

Qriqoryan problemin qeyd etdiyi hər iki yolla həllində Rusiyanın müttəfiq kimi onlara dəstək verməli olduğunu qeyd edib.

Hazırda Moskvada olan Azərbaycan Təhlükəsizlik Şurasının katibi ilə mümkün görüş barədə də fikrini bildirən Qriqoryan, Ramil Usubovla hər hansı görüşünün planlaşdırılmadığını söyləyib.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam