Göyçayda səhiyyə xidməti adına RƏZALƏT-Baş həkim Elçin Bilalov kimə güvənir?-İDDİA/FOTOLAR
Yenixeber.org: Redaksiyamıza bir qrup Göyçay rayon sakini tərəfindən şikayət məktubu daxil olub. Məktubda bu rayonda səhiyyənin acınacaqlı durumundan və baş həkimlə icra başçısının əlbirliyindən bəhs olunur. Məktubda yer alan iddialarla bağlı adları hallanan tərəflərin mövqeyini öyrənmək mümükün olmadı. Aktuallığını nəzərə alıb, müəyyən düzəlişlərlə müraciəti dərc edirik:
"Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini Ləman Hacıyeva, Uşaq Xəstəxanasının baş həkimi Elman Şirinov və Poliklinkanın baş həkimi Arzu Burcəliyevə işdən çıxarılmalarına dair məcburən ərizə yazdırılıb.Həmçinin 7 nəfər həkimə töhmət verilib. Bunun səbəbi kimi Göyçay rayon Mərkəzi Xəstəxanasında baş alıb gedən korrupsiya qanunsuzluq faktı olmuşdur. Həmçinin bir neçə gün əvvəl xəstəxanada saxta Covid 19 pasportunun satılmasının aşkarlanması mərkəzi orqanları tədbir görməyə məcbur etmişdir. Ancaq Göyçay rayon sakinlərini təəccübləndirən bir məqam o olmuşdur ki, bütün bu korrupsiyanın başında dayanan baş həkim Elçin Bilalova "gözün üstə qaşın var" deyən olmadı.
Sonradan məlum oldu ki, Göyçayın icra başçısı Mehdi Səlimzadə işə müdaxilə edib və Elçin Bilalovun vəzifədə qalmasına nail ola bilmişdir. Çünki məhz Elçin Bilalovun yaratdığı korrupsiya şəbəkəsinin əldə etdiyi kapitalın çox hissəsi icra başçısı Mehdi Səlimzadəyə verilir.
Tək saxta Covid 19 pasportunun satışından hər gün 10.000 manat Mehdi Səlimzadəyə pul verilirmirş.Vətəndaş birinci vaxsinasiya üçün 100 manat 28 gündən sonra ikinci vaksin üçün də 100 manat ödəyirmiş.
Hətta bu cinayət əməlinin üstü açılan zaman icra başçısı Mehdi Səlimzadə baş həkim Elçin Bilalovu cinayət məsuliyyətindən qurtara bilmidşir. Nəticədə bir neçə tibb bacsı cinayət məsuliyyətinə cəlb edildi. İşdə birbaşa əli olub, ən çox gəlir götürən yüksək vəzifəli şəxslər məsuliyyətdən kənarda-vəzifədə qaldılar ancaq qəpik quruşa cinayətə sövq edilmiş tibb bacıları xərcləndi.
Qeyd ediək ki, əvvəllər Göyçay rayon xəstəxanası regionda yüksək səviyyədə xidmət göstərən tibb ocağı olsa da Elçin Bilalovun yaratdığı korrupsiya şəbəkəsi xəstəxananın fəaliyyətini tamam iflic etmişdir. Bunun isə bir nömrəli səbəbkarı icra başçısı Mehdi Səlimzadə olmuşdur. Onun baş həkimdən hər ay haqq vermə tələbinə görə rayonda tibb sistemi tamam korruspiyaya qurşanmışdır. Nəticədə əhali əziyyət çəkir, narazılqılar yaranıb. Bir nəfər korrupsionerin tamahına görə Göyçay və digər yaxın rayonların sakinləri əziyyət çəkirlər.
Xəstəxanada icbari sığorta olsa da xidmət pulludur. Çünki icra başçısı Mehdi Səlimzadə baş həkim Elçin Bilalovdan haqq tələb etdiyi üçün o da həkimlərə aylıq qiymət təyin edib. Buna görə xəstəxana korrupsiya yuvasına dönüb.
İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev bunları bilsə də Mehdi Səlimzadənin sözündən çıxmayaraq 3 nəfəri işdən çıxartdı, ancaq baş korrupsioner Elçin Bilalov vəzifəsində qaldı.
Göyçay rayon Mərkəzi Xəstəxanasına gəlib müayinədən keçib, müalicə almaq hamısı pulludur. Pul verməyib qanun tələb edənlər isə kobud rəftara məruz qalaraq səhv müayinə və müalicə ilə üzləşir.
Koronavirusla mübarizəyə görə dövlət tərəfindən ayrılmış tibb işçilərinin maaşlarına müddətli əlavələri Elçin Bilalov talan etmişdir ki, nəticədə də işçilər arasında ciddi narazılıqlar yaranıb.
Qeyd edək ki, baş həkim Elçin Bilalov korrupsiya yolu ilə əldə etdiyi kapital hesabına Göyçay, İsmayıllı, Qəbələ rayonlarında və Bakı şəhərində bir neçə mənzillərə sahib olmuşdur. Həmçinin Elçin Bilalovun Türkiyənin İstanbul şəhərində mənzil alması da bildirilir. O, eyş-işrətlə məşğul olur ki, hər gün spirtli işki qəbul edib sərxoş vəziyyətdə işə gəlir.
Biz Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan xahiş edirik ki, Göyçay rayon xəstəxanasını korrupsiya yuvası etmiş baş həkim Elçin Bilalovun fəaliyyətini yoxlayıb onun barəsində ciddi tədbirlər görülməsini təmin etsinlər".
Redaksiyadan: Qarşı tərəflərin cavab haqqını tanıyırıq.