Redaktor seçimi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Günün xəbəri

Qərbin Ərdoğan təlaşı

     Heç bir azərbaycanlı Tayyib Ərdoğanla bağlı güldən ağır söz deməməlidir: ən azı ona görə ki...

Yenixeber.org: Osman Kavala məsələsinin arxasında Amerika dayanıb.

10 səfirin müraciətinin də arxasından Co Bayden boylanır. O, kimdir? Türkiyənin və Azərbaycanın düşmənidir. Məsələn, 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa dəstək" aktına qəbul edildi. Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişin əsas müəlliflərindən biri Co Bayden idi. Onun ermənilərin dostu olması kimsənin şübhəsi olmamalıdır.

ərdoğan bayden1.jpg (29 KB)

Osman Kavala kmidir? Sorosun fikir babası olduğu düşüncənin daşıyıcısıdır. O da Amerikanın göstərişi ilə 2016-cı il 15 iyul günündə Türkiyədə baş tutmuş dövlət çevirlişinə cəhddə yer alıb. Türkiyədə hərbi çevrilişə cəhdin arxasında hansı ölkələr dayanmışdı? ABŞ və Avropa Birliyi. Niyə çevriliş etmək istəyirdilər? Tayyib Ərdoğanın yeritdiyi siyasət onları qane etmir. ABŞ və Avropa Birliyinə müti Türkiyə lazımdır. Türkiyənin isə sözəbaxan vaxtı çoxdan arxada qalıb. Bu çevrilişin qarşısını kim aldı? Vladimir Putin. Ona görə də cənab Ərdoğan Qərbə inanmır. Səni məhv etmək istəyən tərəfə heç bir ağıllı siyasətçi etibar etməz. Bu, məntiq məsələsidir.

ABŞ dünyanın əksər ölkələrində bu və ya digər formada çevriliş edib. Bu kimi cinayətlərin sayı yüzlərlədir. Amerikanı siyasi dairələri bunu açıq şəkildə etiraf edirlər. Elə Türkiyədə də əvvəlki hərbi çevrilişlərin hamısını Amerika törədib. Sadəcə, əvvəlki çevrilişlərdən fərqli olaraq son çevriliş cəhdi iflasa uğradı. 265 nəfər türk şəhid oldu...

İndi baxıram, bəzi amerikapərsət soydaşlarımız özünə əl qatıb. Rəsmi Vaşinqtonun cənab Ərdoğana qarşı yeritdiyi cinayətkar siyasətə dəstək məqsədi ilə Türkiyə prezidentinin istefasını tələb edirlər. Mənim nəzərimdə bu tip adamlar Qərbdə türkə düşmən olan dairələrə nökərçilik etməklə məşğuldurlar. Belələri də erməni yanlısı olan Qərb siyasətçilərinə yarınmaqla xəyanət yolu tuturlar.

1214.jpg (95 KB)

Mənim düşüncəmə görə, heç bir azərbaycanlı Tayyib Ərdoğanla bağlı güldən ağır söz deməməlidir. Ən azı ona görə ki, məhz Ərdoğanın lideriyindəki Türkiyə Qarabağ savaşında Azərbaycana əvəzsiz dəstək verdi. Xatırladım ki, Süleyman Dəmirəl dönəmində prezident Elçibəy insanları erməni qətliamından xilas etmək üçün Türkiyədən 3-4 helekopter ala bilmədi. Qərbə Süleyman Dəmirəl kimi öz kölgəsindən qorxan Türkiyə liderləri lazımdır...

Erməni işğalında olan torpaqlarımızın azad olunmasında cənab Ərdoğanın ortaya qoyduğu qətiyyət olmasaydı biz erməniləri süpürüb öz torpaqlarımıdan kənara ata bilərdikmi?

Amerika da, Avropa Birliyi də qələt edir. Cinayət törədirlər. Başqa ölkələrin daxili işlərinə baş vururlar. Demokratiya adı altında Türkiyəni yenidən ram etməyə çalışırlar. Ancaq nahaq yerə. Türkiyəni əvvəlki sınırlarına qaytarmaq, kiçiltmək, sözəbaxımlı etmək erası çoxdan başa çatıb.

Mən hər bir soydaşımızı Tayyib Ərdoğana dəstək verməyə çağırıram. ”Sleepy Joe” (Yuxulu Co) kimi türk düşmənlərinin əlində oyuncaq olmayın. Amerikanın, bütövlükdə Qərbin yox, Türkiyə və Azərbaycanın maraqlarından çıxış edin. Biz amerikalı deyilik. Türkiyə və Azərbaycan olaraq bizim öz maraqlarımız var. Ümumiyyətlə, yadlara yalaqlıq etməkdən əl çəkin. Bu kimi eybəcərliklərə Qərbdə də nifrət edirlər...

Elbəyi Həsənli, Sürix


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam