Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Fransa ABŞ və NATO-ya qarşı -Çinə tolerantlıq Rusiya ilə “flört”ə bənzəməz 

Yenixeber.org: Fransa ilə ABŞ arasında yeni soyuqluq yaranmaqdadır. Hər nə qədər Fransa ilə hərbi əməkdaşlığı pozan Avstraliya olsa da, yeni yaranmaqda olan anti-Çin hərəkatının başında Birləşmiş Ştatlar durur.  Eyni zamanda, məsələ təkcə sonuncu qırılma nöqtəsi olan Avstraliya-Fransa anlaşmazlığı da deyil. 

                                    Fransa təklənmir 

Makron nə qədər özünü  Avstraliyanın qərarından təəccüblənmiş kimi aparsa da, Avstraliya baş naziri bildirdi ki, onlara bu məsələ barəsində çoxdan xəbərdarlıq edilib. O zaman Fransa bu məsələni niyə daxili müzakirələrdən keçirib, müvafiq önləmlər almaq istəməyib? Çünki Parisdə dəqiq bilirlər ki, bu, təkcə texnoloji məsələ deyil, həm də Fransanın yürütdüyü və hələ də dəyişmək istəmədiyi siyasətə cavabdır. Bu mənada belə bir qərarla Fransa təklənmir. Çünki onun yanında Almaniya var. Uzun zaman SSRİ və ABŞ, daha sonra isə Rusiya və ABŞ arasında güclər balansına nəzarət etmək üçün Avropanın bu iki ölkəsi – əsasən də Fransa (çünki Almaniya uzun illər elə də ciddi geosiyasi təsirə malik olmayıb),  mövqe dəyişiklikləri edib. Bu iki nəhəngdən birinin o birini tam məhv etməsinə və alternativsiz dünya ağasına çevrilməsinə imkan verilməyib. İmperiya maraqları və imperialist xisləti olan Fransa siyasətinin  bu istiqaməti onunla əsaslandırılıb ki, “şir”lərdən biri o birini məğlub etsə, deməli, növbə bizə çatacaq, o zaman biz ya müti olacağıq, ya da məhv olacağıq.  Bu mənada hələ ötən əsrdən bəri Fransa NATO-ya tez-tez girib-çıxmaqla bir tarazlıq oyunu içində olub. 

                       Yeni oyunçu – Çin 

Dünya indi az qala iki hissəyə bölünür. 1,3 milyardlıq Çin, onun iqtisadi işğal zonları və o biri tərəf. “O biri tərəf”də kimlərin yer aldığını dəqiqləşdirmək artıq ciddi problemə çevrilib. Uyğur müsəlmanlara divan tutmasına baxmayaraq, özünü islam dövləti elan etmiş ölkələrin ikisi, faktiki, Çinin müttəfiqidir. Özü də baxın, hansı ikisi: İran və Pakistan. İran ona görə ki, ABŞ-la arası pisdir, Pakistan isə öz xarakterinə görə rəqibi sayılan Hindistanın düşmənidir. Özlüyündə Pakistan və İran da bir-biri ilə yola getməyən ölkələrdir. Latın Amerikasından tutmuş, Asiyaya və Avropaya kimi, limanlar alan, şirkətləri və dövlətləri özünə borclu edən Çin həqiqətən də böyük bir təhlükədir. Və indi Fransa belə bir məqamda özünü  neytral aparmaq istəyir. Qərb üçün Rusiya ilə hər hansı flörtü başğışalamaq olar. Çünki onun iqtisadi-siyasi və başlıcası, geosiyasi addımları irəliyə doğru getmir. Rusiyanın dünya siyasətində səsinin gurultusu itirdikləri ilə barışmamağın ifadəsidir. Çin isə əksinə, sakitcə və arxayıncasına  qabarmaqda olan okeanı xatırladır. Bu arada kimin onun qarşısına vurulmuş bəndi deşmək kimi zarafatını bağışlamaq olar?  Başqa bir məsələ də var ki, Çin artıq on il öncəsində olduğu kimi, təkcə iqtisadi addımlarla gəlmir. Biz bir azdan Pekinin hərbi bəyanatlarını da eşitsək, təəccüblənməməliyik.  

Bu baxımdan Fransanın hələ bir müddət də bu cür qeyri-müəyyən mövqedə qalmasının şahidi olacağıq. Əslində bir NATO və AB ölkəsi mühüm sivilizasiya koalisiyasından kənarda qalmağı uzun müddət həzm etsə, bu artıq yeni qlobal  hərbi və geosiyasi konfiqurasiyadan yazmağımız üçün əsas ola bilər. 

Seymur Həzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam