Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Almaniya ordusunun qorxusu – Hitler türkiyəli generallarla niyə görüşmüşdü...- FOTOLAR

 

Almaniya ordusunun qorxusu – Hitler türkiyəli generallarla niyə görüşmüşdü... - FOTOLAR

II dünya müharibəsi zamanı Almaniyanın Türkiyəyə niyə hücum etməməsi hər zaman tarixçilərin marağında olub.

Yenixeber.org: Avropaya qan udduran Hitler Türkiyə haqqında nə düşünüb?

Bu sualın cavabını Adolf Hitler ilə görüşən türkiyəli generalın fotosu müəyyən qədər cavablayır.

1937, Munich. Mussolini and Hitler at tea time

1943-cü ildə Hitler Türkiyə prezidenti İsmet İnönüyə bir məktub yollayıb onu görüşə dəvət edir. İnönü bu görüşə getmək istəməsə də, siyasi böhranın yaranmaması üçün Hitlerin yanına bir heyət göndərir. Heyətin başında həmin dönəmin ordu generalı Cemil Cahit Toydemir olub. Onunla yanaşı, daha bir general-mayor və Berlindəki Türkiyə səfirliyinin hərbi attaşesi olan Zeki İlter heyətdə yer alıb.

Attaşe Zeki İlter “Bir ömür boyu əsgərlik” adlı kitabında Hitlerlə görüşləri haqqında öz təəsüratlarını yazıb.

hitler-gorusme

Kitabın 47-ci səhifəsində Zeki İlter görüş haqqında bu fikirlərini qeyd edib: “Ordu generalı Cemil Cahit Toydemirin sədrlik etdiyi heyətə qatıldım. Hitlerlə görüşə getdik. Bizi çay süfrəsinə dəvət etdi. Hitleri ilk dəfə idi yaxından görürdüm. Hitler həmin dönəmlərdə artıq xalq arasında çox görünmürdü. Yalnız cəbhələrə gedib nəzarət edirdi və radiolarda çıxış edirdi. Otaqda bizdən başqa təhlükəsizlik üçün Hitleri qoruyan 3 əsgər var idi. O, bizə Türkiyə-Almaniya dostluğundan danışdı. Daha sonra o bizə hava hücumları müdafisəni gücləndirməmizi tövsiyə etdi. Həmin görüşdə Hitlerin ruhən çökmüş və keyfinin yerində olmadığını hiss etmişdim”.

cemil-cahit-toydemir-adolf-hitler

Zeki İlter görüşdən əvvəl alman əsgərlərinin müşayiəti ilə Atlantik divarı və Şərq cəbhəsini ziyarət etdiklərini də yazıb.

O dönəmdə almanların etdiyi soyqırım bütün dünyada səs-küy yaratmışdı. Türkiyədə yaşayan yəhudilər də bu durumdan narahat idi. 1943-cü ildə baş tutan bu görüş mediadan gizli saxlanılmışdı.

Hitlerlə görüşdən geri qayıdan türkiyəli general Cemil Cahit Toydemir İsmet İnönüyə bir raport təqdim etmişdi. O, İnönüyə Hitlerin türk ordusundan çəkindiyini və savaşda onların yanında yer almasını istədiyini bildirmişdi.

ismet-inonu-toplanti

Hitler ilə görüşən türklər haqqında digər bir məlumat isə II dünya müharibəsindən bir il əvvəl, 1939-cu ilə aiddir. İddialara görə, 1939-cu ildə iki türk general Ali Fuad Cebesoy və Falih Rıfkı Atay Hitlerin 50-ci doğum günü münasibətilə təşkil edilmiş qonaqlığa gedib. Ayrıca olaraq Osmanlı imperatorluğunda ordu komandan olan Nuri paşanın da Hitlerlə üz-üzə görüşməsi haqqında məlumatlar var. /musavat/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam