Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

KTMT-dən gələn təhlükə:Rusiya ya bu təşkilatdan, ya da Azərbaycan ərazilərindən çıxmalıdır!

 
Rusiyanın NATO-su kimi tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sədrliyi 1 aydan sonra Ermənistana keçəcək. Düşmən dövlət qarşıdakı bir il ərzində təşkilata rəhbərlik edəcək. Belə çıxır ki, Qarabağda yerləşən rus “sülhməramlı”larına rəhbərlik də məntiqlə faktiki olaraq İrəvanın əlinə keçəcək.
Yenixeber.org: Azərbaycan rəsmiləri isə nədənsə bu təhlükəni görməzlikdən gəlir, Rusiyaya “sən tərəfsən, buyur, şələ-şüləni yığışdır, mənim torpaqlarımı tərk et” deməyə tələsmir. Halbuki, istər məntiqlə, istərsə də beynəlxalq qanunvericiliyə görə, rəsmən hansısa tərəfin yanında duran hər hansı hərbi birlik sülhməramlı qismində çıxış edə bilməz. Sülhməramlı kontingent yalnız və yalnız tərəfsiz qüvvələrdən təşəkkül tapmalıdırRusiya isə nəinki tərəfsiz deyil, hətta KTMT çərçivəsində Ermənistanın müttəfiqidir. Ən pisi isə odur ki, NATO-dan fərqli olaraq, KTMT-də sədrlik hansısa şəxslərə yox, hər ildən bir üzv ölkələrinə keçir və qarşıdakı 1 il ərzində bu alyansa Azərbaycanın ərazi bütövlüyünü tanımayan, torpaqlarına iddia edən dövlət rəhbərlik edəcək. Biz isə həmin alyansın ən böyük hərbi qüdrətini gətirib ölkəmizin suverenliyini, torpaq bütünlüyünün təminatını ona tapşırmışıq. 


 
Deyə bilərsiniz ki, KTMT-yə kimin rəsmən rəhbərlik etməsindən asılı olmayaraq, ittifaq əsl həqiqətdə Rusiyanın təsir dairəsindədir və Moskva Ermənistan kimi ölkəni heç dövlət yerinə də qoymur, o ki qala onun əmrlərini yerinə yetirə. Mülahizələrinizdə haqlı ola bilərsiniz. Amma beynəlxalq qanunvericilik mülahizələrlə deyil, dövlətlərarası müqavilələrə görə işləyir və düşmən dövlətin müttəfiqinin hərbi qüvvələri bir başqa ölkənin ərazisində guya, stabilliyi qorumasının heç bir məntiqi izahı yoxdur.
 
Üstəlik, Rusiya təkcə formal olaraq da düşmən dövlətin müttəfiqi, tərəfkeşi deyil, həm də faktiki bu mövqedədir. Azərbaycanın 20% ərazisinin işğalı məhz rus ordusunun açıq dəstəyi hesabına əldə olunmamışdımı? Qarabağın ətraf rayonların 30 ildən artıq işğalda qalmasının əsas səbəbkarı Moskva deyildimi? Hətta Rusiya yetkililərinin özləri dəfələrlə “Qarabağın açarı Moskvanın əlindədir” deməklə bu faktı gizlətməyə belə, lüzum görməyiblər. 44 günlük savaşda Azərbaycan ordusunun Qarabağı işğaldan azad etmək planını bu gün ərazi bütövlüyümüzün, suverenliyimizin taleyini həvalə etdiyimiz həmin rus “sülhməramlı”larının pozduğu gün kimi aydındır. Belə bir şəraitdə ərazilərimizdə rus əsgərlərinin at oynatması məntiqlə onların müttəfiqi olan Ermənistanın da Azərbaycan torpaqlarını işğalının davamı mənasına gəlir. Biz hələ onu demirik ki, torpaqlarımızın rus işğalı altında qalması daha təhlükəlidir.
 


Digər tərəfdən sentyabr ayında KTMT-nin sədrliyini öz öhdəsinə götürən Ermənistanın Rusiyaya təzyiq gücünün artacağı da istisna oluna bilməz. İrəvanda artıq bu prosesə start verildiyi gözdən yayınmır. Məlumata görə, ölkənin 3 siyasi təşkilatı – “Mühafizəkarlar”, “Avropa” və “Suveren Ermənistan” partiyaları çərşənbə axşamı bir araya gələrək birgə bəyanat imzalayıblar. Bəyanatda vurğulanır ki, “44 günlük müharibə və onun ardınca yaşanan gərginlik KTMT - nin qondarma səbəblərlə öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırdığını göstərir”.
 
Ayrıca, KTMT Nizamnaməsinin Ermənistanın Azərbaycan torpaqlarını yenidən işğal etməsi qarşısında əngələ çevrildiyi açıq şəkildə bəyan olunan sənəddə bildirilir:
 
"Ölkəmiz üçün tamamilə lazımsız olan bu qurum digər təhlükəsizlik strukturları, NATO-nun üzvü olan dövlətlər, xüsusilə ABŞ və Fransa tərəfindən hiss ediləcək dəstəyin əldə olunmasına ciddi maneədir və bu cür dəstək ordumuzun 21 -ci əsrin çətinlikləri ilə üzləşməsini təmin edə bilər”.


 
Sözügedən partiyalar rəsmi İrəvandan tələb edirlər ki, Ermənistan KMTM-ə sədrlik edəcəyi dövrdə bu qurumun 44 günlük savaşda niyə fəaliyyətsiz dayandığına aydınlıq gətirməyə çalışsın. “Biz Ermənistan Respublikası hökumətini israrla Ermənistan Respublikasının KTMT-yə sədrlik edəcəyi dövrdə fəaliyyətsizlik səbəblərinin dəqiq sənədləşdirilmiş şəkildə izah olunmasını və Azərbaycanın işğal hərəkətlərinə qarşı təşkilatın öz öhdəliklərini yerinə yetirməməsini tələb etməyə çağırırıq.
 
KTMT-yə sədrliyi dövründə KTMT-yə üzv dövlətlərin Azərbaycana və Türkiyəyə silah, peyk məhsulları və hərbi təyinatlı məhsulların satışını tam dayandırmağa borclu olduqları barədə yazılı sazişin dərhal imzalanmasını tələb etmək lazımdır”, - bəyanatda deyilir.
 
Göründüyü kimi, erməni partiyaları ölkələrinin KTMT-yə sədrlik imkanlarından maksimum faydalanıb problemi öz xeyirlərinə çözməyə çalışmağı tələb edirlər. Əllərindəki Moskvaya qarşı təzyiq rıçaqlarını da gizlətmirlər. Bu rıçaq ilk növbədə Ermənistanın KTMT-dən çıxmaq hüququdur və bəyanatda bu imkan açıq-aşkar qeyd olunur:
 
“Birinci və ikinci maddələrə əməl edilmədikdə, prosedurda nəzərdə tutulduğu kimi, dərhal KTMT-dən sürətli çıxış prosesinə başlamaq lazımdır. Ermənistan Respublikasının KTMT-yə üzvlük faktorunu istisna edən yeni təhlükəsizlik doktrinasının işlənməsi prosesinə dərhal başlanılmalıdır".


 
Yeni təhlükəsizlik və müdafiə strategiyası isə Fransa və ABŞ-ın himayəsinə sığınmaq, onların ordularını bölgəyə çağırmaqdır. Sözsüz ki, NATO qüvvələri Ermənistanın xahişilə oturub durmurlar. Amma hər halda İrəvanın bu çağırışı Şimali Atlantik Alyans üçün yaxşı bəhanəyə çevrilə bilər. Eyni şəkildə Rusiya da İrəvanın KTMT-yə sədrliyindən faydalanıb Azərbaycana hər cür təzyiq göstərmək imkanına sahibdir. Belə vəziyyətdə rəsmi Bakı Rusiya qarşısında bir sıra tələblər qoymalı, təhlükəni minimuma endirməlidir. Tələblərdən biri Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınmayana qədər Rusiya “sülhməramlı”larının Qarabağdakı fəaliyyətinə xitam vermək ola bilər. Əks təqdirdə, düşmən ölkənin hərbi müttəfiqinin əsgərlərinin Azərbaycan torpaqlarına nəzarət etməsi rəsmən işğal faktıdır və buna göz yummaqla rəsmi Bakı da həmin faktla razılşamış kimi görünə bilər. Özü də Rusiya Silahlı Qüvvələrinə komandanlığın düşmən dövlətin nəzarətinə keçdiyi bir zamanda.
 
Rusiya qarşısında qoyula biləcək bir başqa tələbimiz isə belə ola bilər: ya KTMT-dən, ya da Azərbaycan ərazilərindən çıx!(ovqat)
Heydər Oğuz

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam