"Azərbaycan Dəmir Yolları"nda milyonluq fırıldaq -PROBLEM
Yenixeber.org: "Azərbaycan Dəmir Yolları" QSC xaricdən yüksək məbləğə və dövlət büdcəsi hesabına alınan sürət elektrik qatarlarının bilet satışında sərnişinlərə kəf gəlib vətəndaşların cibinə girməyin yeni üsulunu fikirləşib tapıblar. Buna biz Azərbaycansayağı "startap" deyirik. Çünki Azərbaycanda "startap" layihəsinin uğurlu tətbiqi deyiləndə xalqın cibinə necə girib daha çox pul qazanmaq baça düşülür. Başqa ölkələrdə bu keçərli deyil. Çünki həmin ölkələrdə "startap"-ın fəlsəfəsində xalqın rifahı, sağlamlığı və rahatlığı dayanır, Azərbaycanda isə xalqın cibi. Nə isə, mətləbdən çox uzaqlaşmayaq.
Redaksiyamıza daxil olan müraciətlərin araşdırılması nəticəsində məlum olmuşdur ki, sərnişinlər əgər çıxış məntəqəsində kartı bilməyərəkdən turniketə bir dəfədən çox yaxınlaşdırırsa, hər dəfəsində gediş haqqından əlavə vəsait kartdan qanunsuz tutulur. Məsələn, gediş haqqının 1 manat olduğunu nəzərə alaq. Sərnişinin kartında 3 AZN vəsait mövcuddur. Sərnişin çıxış məntəqəsində kartı bilməyərəkdən və ya həmin turniketin işləməməsi səbəbindən digər turniketə tutarsa, ondan gediş haqqından savayı 1 manat tutulacaqdır. Fərz edək ki, sərnişin kartı 3 dəfə turniketə vurdu. Belə olduqda onun balansından 3 AZN silinəcəkdir.
Lakin bu da son deyil. Əgər kartda sərnişinin balansı bitərsə, yəni sərnişin dördüncü dəfə kartı turniketə yaxınlaşdırarsa onda onun balansı mənfiyə düşəcəkdir və bu proses sonsuza qədər davam edir. Kassaya yaxınlaşıb problemi izah etdikdə isə "Sərnişinim günahıdır, diqqətli olmalıdır deyə" şablon cavablar verilir. Qaynar xəttə zəng etdikdə isə kartın nömrəsi, sərnişinin ad soyadı, FİN kodu tələb olunur. Halbuki kartın üzərindəki reklamların çoxluğundan bu nömrə görünmür. Əksər sərnişinlər isə bu prosesin sadəcə fərqinə varmırlar. Çünki bu fırıldağın necə işləməsindən xəbərsizdirlər.
"Azərbaycan Dəmir Yolları" QSC kart rejiminə keçəndə şəffaflığın artacağını düşünən sərnişinlər yanıldıqlarının şahidi olurlar. Kartlar istifadəyə verildikdə onu sərnişinlərə dəyərindən 3 dəfə baha satan, sərnişin kartını geri qaytarmaq istədikdə isə min bir bəhanə ilə kartı geri alıb sərnişinin pulunu ödəməkdən imtina edən "Azərbaycan Dəmir Yolları" QSC əslində kartların üzərində sərnişinlərdən icazəsiz reklam yerləşdirməklə həm qanunvericiliyin tələblərini pozmuş, həm də kartların hazırlanmasına çəkilən xərclərdən qat-qat çox qazanmışdır. Yəni "Azərbaycan Dəmir Yolları" QSC öz kartlarını sərnişinlərə pulsuz versə idi belə heç nə itirmirdi, çünki reklamdan gələn gəlir nəinki xərcləri qapamış, hətta müsbət profit yaratmışdır. Görünür bu gəlir də bu işi təşkil edənlərin ailə büdcəsinə getmişdir.
"Azərbaycan Dəmir Yolları" QSC yaxınlarda sərnişinlərə VISA kartları ilə gediş haqlarını ödəyə biləcəklərini anons etdi. Əslində isə bu rəhbərliyin cibinə sel kimi axan yeni pul kranının vintili deməkdir. Çünki yuxarıda sadaladığımız üsulla sərnişindən pul qoparmaq məhduddur. Hər bir sərnişinin gediş haqqı kartında 10-20 AZN ehtiyat vəsait ola bilər. Amma bank kartlarında işlər dəyişir. Elə sərnişin var əmək haqqını və ya öz büdcəsinin böyük bir hissəsini bank kartlarında saxlayır. Belə olduqda həmin kartlardan yuxarıda qeyd olunan üsulla istənilən məbləğdə vəsait silmək mümkündür.
"Azərbaycan Dəmir Yolları" QSC-nin həm kart-turniket sistemi, həm ödəniş-kassa sistemi olduqca bərbad gündədir. Sərnişin aparatın işləməməsi ucbatından məcbur olub kassirə yaxınlaşıb 10 manat uzadıb onun 3 manatını karta vurulmasını xahiş etikdə mütləq çəmkirib "xırdamız yoxdur, hamısını vururam!" cavabını alacaqdır. Çünki kassirlərə tapşırılıb ki bacardıqca sərnişinlərin kartlarına çox vəsait vurulsun ki, onların cibinə girmək asan olsun və gözə görünməsin.
Nəzərə alsaq ki, hər gün Azərbaycanın müxtəlif yerlərinə eletkrik qatarları işləyir və günlük sərnişindaşıma dövriyyəsi 300.000 təşkil edir, onda kartlardan silinən gündəlik vəsaitin miqdarını təsəvvür etmək mətin olmaz. Bu sadəcə hər gün minimum 100.000 manat deməkdir.
İndi gördünüzmü Bayram Nurlu heç yerdə işləmədiyi halda nə üçün dəbdəbəli həyat sürə bilir, amma şəhid ailəsi yox? İndi aydın oldumu ki, nə üçün Bayram Nurlu hər həftə Türkiyədə dincələ bilir, amma müharibədə sağlamlığını itirmiş igid Azərbaycan oğlu sağlamlığını bərpa edə bilmir və çirkli rayon xəstəxanalarının dəmir çarpayılarında can verir? İndi bildinizmi Bayram Nurlu nə üçün şəhərin mərkəzində lüks mənzildə rahat yaşaya bilir, amma günəmuzd fəhləlik edən qazi evlənmək üçün ev tapa bilmir?
Çünki Azərbaycan xalqı özündən başqa həm bayram nurluları, həm də bayram nurluları saxlayanları saxlamağa məhkumdurlar.
Başqa çıxış yolunuz yoxdur, məşhur bir deyimin tərsini ifadə etsək, "ağlayın cənablar, ağlayın". Ölmək də olmaz. Çünki ölmək də inhisara alınıb. Siz işləməli və harınlamış məmurların qarınları ilə yanaşı, onların eyş-işrətlərini də qarşılamağa məhkumsunuz. Yeni dünyaya gələn övladlarınıza isə belə deyin "Sıramıza xoş gəldin, balaca məhkum". //idealmedia.az//