Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Bu, “xalqın cibinə girməkdən” başqa bir şey deyil” –Deputat qiymət artımı barədə

FerecQuliyev

“Son vaxtlar bir sıra rüsum və yığımların, ictimai nəqliyyatda gediş haqqının və indi də premium-klass benzinin qiymətinin artırılması əhalinin vəziyyətinə təsir edəcək”.

Yenixeber.org: Bu barədə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, parlamentin deputatı Fərəc Quliyev Ai-95, Aİ-98 markalı benzinlərin bahalaşmasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, büdcənin qiymət artımı hesabına doldurulması vəziyyətdən çıxış yolu deyil, alternativ yollar axtarılmalıdır.

O qeyd edib ki, metro və avtobus nəqliyyatında gediş haqqının artırılması, istehlak bazarında bahalaşma əhalinin maddi vəziyyətini pisləşdirir.

F.Quliyev neft hasilatı olan ölkədə benzinin bahalaşmasının anlaşılmaz olduğunu hesab edir.

Onun fikrincə, ixrac qiymətlərinin artması aydın məsələdir. Amma neftin qiyməti sabit olan bir vaxtda ölkə daxilində qiymətin artırılmasının heç bir məntiqi izahı yoxdr və bu, “xalqın cibinə girməkdən” başq bir şey deyil.

O, Aİ-92 benzininin bahalaşmasının qətiyyən yolverilməz olduğunu bildirib.

“Bu, səhv olardı. Belə bir addım atsalar, mütləq pensiyaları, əmək haqlarını artırmaq, təzminat nəzərdə tutmaq lazım gələcək ki, xalq bundan əziyyət çəkməsin”, – deyə Quliyev bildirib.

Xatırladaq ki, avqustun 1-dən ictimai nəqliyyatda gediş haqqın 50 faiz bahalaşıb. Avqustun 19-da yanacaqdoldurma məntəqələrində Aİ-95 və Aİ-98 benzininin qiyməti 20 və 6 faiz bahalaşıb. Bundan başqa, hökumət bir sıra rüsumları artırıb. (Turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam