Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Təkcə Araik yox, ermənilərin hamısı xəstədir...-partiya sədri yazır

 

Təkcə qondarma, seperatçı rejimin cinayətkar “rəhbəri”Araik, yox, ermənilərin hamısı xəstədir, real düşünmək qabiliyyətlərini itiriblər!

Yenixeber.org: 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişə uyğun olaraq Azərbaycan ərzisinə soxulmuş

Rusiya “sülhməramlılarının” himayəsi altında hələ də Xankəndidə, Xocalıda, Əsgəranda, Ağdərədə, Xocavənddə və s. faktiki fəaliyyət göstərən qondarma, separatçı rejim, eləcə də, bu ərazilərdə sülənən ermənilər, 44 günlük acı məğlubiyyətdən hələ də nəticə çıxarmaq istəmirlər. Qondarma rejimin Ruslara (eləcə də Mak(a)ron başda olmaqla bəzi Qərb dairələrinə) arxalanan cinayətkar “rəhbəri” Araik Arutyunyan o qədər həddini aşıb ki, arxayınçılıqla (?) rejimin qondarma “özünümüdafiə ordusu”nun komandanlığını mayın 18-də toplayaraq müşvirə keçirmiş, 44 günlük savaşda “vətənin müdafiəsi”ndə (?) fəal iştiraklarına görə onlara təşəkkür edib bildirmişdir ki, tezliklə əsəsən müqaviləli hərbçilərdən ibarət “peşəkar ordu yaradılacaq”, 2023-cü ilədək (?) işləyən və pensiyaya çıxmış zabitlərin mənzil problemi həll ediləcəkdir. Qondarma rejimin nəinki, “peşəkar ordu yaratmaq”, heç bu ərazilərdə sülənən ermənilərin gündəlik elementar tələbatını ödəmək iqtidarında olmadığı, Rusiyadan göndərilən “hümanitar yardımdan” asılı olduğu hamıdan çox elə cinayətkar Araikə məlumdur. Bunu çox gözəl anlayan bu cinayətkar belə davranışla bir daha nümayiş etdirir ki, onu “hürdürən” arxasında duran köpəklərdir. Bu insanlıqdan uzaq olan cinayətkar hələ də anlamır ki, hələlik (!) ermənilərin arxasında duran köpəkləri nə o, nə bütövlükdə ermənilər, nə də qondarma rejimin taleyi maraqlandırmır, bu cinayətkar toplum onların əlində öz məkirli məksədlərinə çatmaq üçün barmağa taxılan kukladır! Belə görünür ki, təkcə Araik yox, ermənilərin hamısı xəstədir, real düşünmək qabiliyyətlərini itiriblər, dəlilər kimi davranırlar! Belə olmasaydı Xocavənd rayonunun hələ də Rusiya “sülhməramlılarının” dəstəyi ilə separatçı, qondarma rejiminin nəzarətində qalan Qırmızı Bazar qəsəbəsindəki ermənilər Azərbaycan maşın karvanının qarşısını kəsməyə cəsarət etməzdilər, deməzdilər ki: "Nəyə görə biz Kəlbəcərdən keçib Ermənistana gedə bilmirik, ancaq azərbaycanlılar Qırmızı Bazardan keçib Şuşaya gedirlər”. Bu bədbəxtlər hələ də qəbul etmək istəmirlər ki, əzəli və əbədi Azərbaycan torpaqlarında sülənirlər. 44 günlük müharibə göstərdi ki, onlar heç kimin vecinə deyil, və nə qədər buralardan tez rədd olub getsələr onların özləri üçün daha yaxşıdır!

Aydındır ki, qondarma rejimin rəhbərlərini, eləcə də, bu ərazilərdə sülənən erməniləri “ruhlandıran” 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin 4-cü bəndində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə Rusiyanın mane olması, sabotaj etməsidir. Rusiya gözəl anlayr ki, qeyd edilən 4-cü bənddə nəzərdə tutulan tədbirlərin həyata keçiriləcəyi təqdirdə onun Azərbaycan torpaqlarının işğalını davam etdirməsi mümkün olmayacaqdır. Ona gərə də, bütün imkanları ilə seperatçı rejimin “ayaqda durmasına”, beləlikə də, uzun müddət Azərbaycan ərazisini işğal altında saxlamağa cəhd göstərir.Ancaq unudur ki, Azərbaycan XX əsrin sonlarındakı Azərbaycan deyil, Həzrət Əli (ə) demişkən:” sərçə balası deyil ki, tüklənməmiş qanad açmağa cəhd etsin, fəqət dəvə balasıdır ki, güc toplamamış səsini çıxarmaz!” Həm Rusiyanı, həm də ona arxalanan seperatçıları bu reallığı anlamağa və nəticə çıarmağa dəvət edirəm...

Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam