Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

SSRİ xalqlarını qul etməyə gələnlər – onlar 1955-ci ilə qədər ölkə ərazisində qul kimi işləyiblər

Yenixeber.org: İnsan kütlələrində hər hansı bir məsələyə inam yaratmaq üçün ən güclü vasitələrdən biri təbliğatdır. Xüsusilə müharibə aparan, yaxud da müharibəyə başlamaq istəyən ölkədə təbliğat böyük rol oynayır. Məhz nasist Almaniyası da II dünya müharibəsinə başlayanda təbliğat maşınından bütün gücü ilə istifadə edib.

Maraqlıdır, III Reyxin təbliğat aparatının gücü nədən ibarət olub? Sıravi almanlar Adolf Hitlerin müharibə çağırışına hansı səbəblərdən böyük həvəslə qoşulublar? Hər halda bütün almanlar faşist xislətli olmayıb axı...

Çoxları düşünə bilər ki, bunun səbəbi Almaniyada mövcud dövrdə hərbi xidmətdən, müharibə çağırışından yayınanlara ciddi cəza tədbirlərinin tətbiq edilməsi ilə bağlı olub. Əsla belə deyil, çünki müharibə başlananda Almaniyada hərbi xidmətdən möhlət hüququ olanların əksər hissəsi də könüllü olaraq müharibəyə yollanıb.

Almaniya vətəndaşlarında müharibə “sevgi”sini yaradan əsas səbəb dövlətin apardığı təbliğat olub. Təbliğatda döyüşçülərə xoşbəxt gələcək və maddi zənginlik vəd edilib. Belə ki, yaşam tərzlərindən narazı olan, fabrik və zavodlarda çalışan almanlar düşünüblər ki, müharibədən sonra qayğısız və təminatlı həyat sürəcəklər.

Hitler öz əsgərlərinə nə vəd edib?

1-31.jpg (119 KB)

Sovet-alman müharibəsinin iştirakçısı polkovnik Aleksandr Doroşenko öz xatirələrində Hitlerin vədlərindən yazıb:

“Əsir düşən alman döyüşçülərinin əksər hissəsi müharibədə iştiraklarından peşman olduqlarını etiraf edirdilər. Soruşanda ki, bəs nəyə görə müharibəyə qatılıblar, Hitlerin səsinə səs veriblər, cavabları çox maraqlı olurdu. Belə ki, Hitler öz əsgərlərinə vəd edib ki, SSRİ işğal edildikdən sonra onların hər birinə böyük məbləğdə pul mükafatı, 50 hektar torpaq və sovet vətəndaşlarından ibarət qullar bəxş edəcək...”
II dünya müharibəsinin ilk aylarında Almaniyanın sutkalar ərzində ölkələri işğal etməsi alman döyüşçülərinə xüsusi stimul verib. Norveçin işğalından sonra tonlarla balıq məhsullarının, Fransa zəbt olunduqdan sonra vaqonlarla kolbasa, paştet və digər konsevləşdirilmiş ərzaq mallarının Almaniyaya göndərilməsi və digər bu kimi hallar ölkə vətəndaşları üçün böyük bayrama çevrilib və fürerə qarşı inamlarını artırıb.

5bc7348818356107258b457b.jpg (157 KB)

Almanların SSRİ-yə hücumundan sonra III Reyxin təbliğat aparatı daha güclü işləməyə başlayıb. Xüsusi qəzetlər buraxılıb, həmin qəzetlərdə SSRİ-də olan alman əsgərlərinin aşağıdakı məzmunda məktubları dərc edilib:

“Burada torpaq olduqca münbitdir, əkib-becərmək rahatdır, məhsuldarlıq yüksəkdir. Alma bağları, tütün plantasiyaları, heyvandarlıq təsərrüfatları bizim ixtiyarımızdadır, biz onların sahibiyik. Toyuq və donuz fermalarından istədiyimiz kimi istifadə edirik...”

“Ukraynanın əsrarəngiz təbiəti var. Bərəkətli torpaqlarında hər şey yetişir. Kurort şəhərləri isə olduqca gözəldir. Biz bu torpaqların sahibi olacağıq, ruslar burada qul qismində qalacaq və bizim həyatımız tam dəyişəcək. Dünyanın gələcəyi almanların əlindədir...”

53284689_401 (1).jpg (102 KB)

“Biz sürətlə irəliləyirik. Hər hansı bir qüvvənin qarşımızı kəsmək ehtimalı yoxdur. Mülki əhali könüllü təslim olur və biz hər gün yeni ərazilərə sahib oluruq, Böyük Almaniya ideyalarını gerçəkləşdirirk. Qələbədən sonra zəngin torpaqları olan “keçmiş” SSRİ-ni daha da inkişaf etdirəcəyik...”

Sözsüz ki, bu cür təbliğat almanların işğal ehtirasını daha da artırıb. Özgəsinin torpaqlarına sahib olub zənginləşmək sevdası almanların ağlını başından alaraq daha böyük cinayətlərə sövq edib.

Əslində sıravi almanlar Hitler ideyalarına görə yox, yaxşı yaşamaları, zəngin həyat tərzi üçün döyüşüblər. Hətta nasist ordusunun tanınmış generalı Ziqfrid Vestfal da sonralar yazdığı memuarlarında bunu etiraf edib:

“Siz elə düşünürsünüz ki, alman əsgərləri öz liderlərinə, Adolf Hitlerə görə döyüşüblər? Sizə elə gəlir ki, onların müharibədə milli maraqları olub? Xeyr, bu belə deyil. Onları döyüşlərə atan fürerin vədləri idi, torpaq, pul, zənginlik, xoşbəxt həyat vədləri...”

a6b15aa68811971de8835cf6e9ffc839.jpeg (101 KB)

III Reyxin təbliğatı öz “effekt”ini verib, Adolf Hitlerin vədləri az da olsa reallaşıb. Faşistlər SSRİ torpaqlarından öz paylarını “alıblar”, məhv edilərək sovet torpaqlarında qazılmış xəndəklərdə basdırılıblar. Bir qismi isə 1955-ci ilə qədər SSRİ-də işçi qüvvəsi kimi istifadə edilib. Onlar özlərinə qul saymaq istədikləri sovet vətəndaşları üçün yaşayış binaları, zavodlar, fabriklər və digət obyektlər tikiblər. Faşist təbliğatının sonu başqa cür ola bilməzdi...

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam