Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Qarabağ Müharibəsi veteranına dəymiş zərər qarşılanmır-Prezidentə müraciət-FOTOLAR+VİDEO

 

 Yenixeber.org: Redaksiyamıza Ağdam rayon Əfətli İnzibati Ərazi Dairəsi Üzrə Hacıturalı kənd sakini, Qarabağ Müharibəsi veteranı Heydarov Elçin Arif oğlunun Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə ünvanladığı müraciətin surəti daxil olub. 

"Hörmətli Prezident!

Hal-hazırda yaşadığımız ev çiy kərpicdən tikilmiş evdir. II Qarabağ Müharibəsi zamanı bizim yaşadığımız Ağdam rayonunun Hacıturalı kəndi təmas xəttində yerləşdiyi üçün evimizə ciddi ziyanlıq dəyib. II Qarabağ Müharibəsi zamanı düşmən tərəfindən atılan mərmilərin 2-si mənim həyətimə, evimin 5 metirliyinə düşdü. Həmin mərminin qəlpələri və vannası mənim çiy kərpicdən olan evimi bərbad hala saldı. Evin dam örtüyünə, pəncərə və tavanına, ciddi ziyanlıqlar vurdu. Evin divarları uçmaq üzrədir. Ev demək olar ki, yox halındadır və ev tam halda yararsız vəziyyətdədir. Həmin vaxt evimi yararsız kimi qeydiyyata da alıblar. Evimə dəymiş ziyanlığa görə məni cəmisi 1000 manat vəsait verilib. Hal-hazırda Əfətli kəndində müharibə zamanı ziyan dəymiş evlərin yenidən tikilməsinə və təmirinə başlanılıb. Mənim evim də yenidən tikilməli olduğu halda mənə deyirlər ki, sənin evini təmir edəcəyik. Bu haqsızlıqdır! Mənə və ailə üzvülərimə qarşı haqsızlıq olunur. Bizim çiy kərpiçdən tikilmiş və hal-hazırda insan yaşayışı üçün təhlükəli olan qəzalı evimiz təmir üçün yararsızdır. Bizə də maraqlıdır ki, çiy kərpicdən olan və bünövrədən aralanmış, dam örtüyü çökmüş bir evi necə təmir ediləcək kimi qeydiyyata alıblar?

Hörmətli Prezident!

Mən çox xahiş edirəm aidiyyatı dövlət qurumlarına göstəriş verin, gəlib mənim çiy kərpiçdən olan və 27 sentyabr tarixində başlayan 44 günlük 2-ci vətən müharibsi zamanı 5 metirliyinə düşmüş mərminin təsirindən uçmaq üzrə olan evimi yoxlasınlar və yenidən tikilməsini təmin etsinlər.

Mənim evimə yenidən baxış keçrilib və yenidən tikilməsi üçün lazımı işlərin görülməsinə göstəriş verməyinizi xahiş edirəm!"

 

 

 

 

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam