Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qarabağ əlili-Mehriban Əliyevaya təşəkkür edib

Qarabağ əlili Mehriban Əliyevaya təşəkkür edib
"Mehriban xanıma həm öz adımdan, həm də Qarabağ müharibəsi əlilləri adından təşəkkürümü bildirirəm. Mənim evimi özümə qaytardığı üçün Mehriban xanıma dünyanın ən gözəl neməti olan cansağlığı arzu edirəm".
Yenixeber.org: Bunu Qarabağ müharibəsi əlili, Prezident təqaüdçüsü Qurban Qurbanov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ünvanladığı təşəkkür məktubunda deyib.

Məlumata görə, 2014-cü ildə həyat yoldaşı və oğlunun səhhəti ilə bağlı bankdan götürdüyü krediti ödəyə bilmədiyi üçün girovda olan mənzilinə həbs qoyulan Qazax rayon sakini, Qarabağ müharibəsi əlili Qurban Qurbanov Birinci vitse-prezident Mehriban Əliyevaya bu günlərdə məktubla müraciət edib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Qarabağ müharibəsi əlili Qurban Qurbanovun Vətən uğrunda xidmətləri, hazırda üzərinə həbs qoyulan mənzilin ölkə Prezidenti tərəfindən verildiyini nəzərə alaraq onun banka olan borcunun dövlət hesabına ödənilməsinə dair müvafiq tapşırıq verib.

Eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Qurban Qurbanovun oğlunun müalicəsi ilə bağlı məsələləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam