Prezident İlham Əliyev Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Yenixeber.org: Sərəncamda qeyd edilir ki, Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 139 ailənin yaşadığı 121 fərdi yaşayış evinin bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.
Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Ağdam rayonunda bərpası nəzərdə tutulan fərdi yaşayış evlərinin yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı
|
Sıra №-si |
Yaşayış məntəqələri |
Fərdi yaşayış evlərinin sayı |
Ailələrin sayı |
|
1. |
Çəmənli kəndi |
23 |
23 |
|
2. |
Qaradağlı kəndi (Qaradağlı kənd İƏD) |
11 |
14 |
|
3. |
Mahrızlı kəndi |
9 |
9 |
|
4. |
Sarıcalı kəndi |
9 |
9 |
|
5. |
Hacıməmmədli kəndi |
7 |
7 |
|
6. |
Məmmədbağırlı kəndi |
7 |
10 |
|
7. |
Orta Qərvənd kəndi |
7 |
7 |
|
8. |
Təzəkənd kəndi |
7 |
7 |
|
9. |
Evoğlu kəndi |
6 |
8 |
|
10. |
İsalar kəndi |
6 |
8 |
|
11. |
Ayaq Qərvənd kəndi |
5 |
5 |
|
12. |
Əfətli kəndi |
5 |
10 |
|
13. |
Çıraxlı kəndi |
4 |
4 |
|
14. |
Rzalar kəndi |
4 |
4 |
|
15. |
Əhmədağalı kəndi |
3 |
5 |
|
16. |
Mirəşelli kəndi |
3 |
4 |
|
17. |
Zəngişalı kəndi |
3 |
3 |
|
18. |
Kolqışlaq kəndi |
1 |
1 |
|
19. |
Şükürağalı kəndi |
1 |
1 |
|
Cəmi |
121 |
139 |
|










AZ
RU
