Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Böyük Britaniya XİN: "Honkonqdakı vəziyyətin yeganə həlli yolu siyasi dialoqdur"

“Honkonqdakı vəziyyətin yeganə həlli yolu siyasi dialoqdur”.

Yenixeber.org: Böyük Britaniya hökumətinin saytının verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab oktyabrın 5-dən etibarən Honkonqda qüvvəyə minəcək fövqəladə qanunvericiliklə tənzimləmələrin tətbiqinə münasibət bildirərkən deyib.

“Hökumətlər öz xalqlarının təhlükəsizliyini və əminiyyətini təmin edərkən vəziyyəti ağırlaşdırmaqdan çəkinməli və gərginliyi azaltmalıdırlar”,- deyə Böyük Britaniyanın Xarici İşlər naziri bildirib.

Qeyd edək ki, Honkonq höküməti etirazları dayandırmaq üçün maska əleyhinə qanunun qəbulu ilə bağlı Fövqəladə Qaydalar tətbiq edib.

Qanun etirazçıların aksiya zamanı üzlərini tam və ya qismən örtməsini qadağan edir. Qanuni yürüşlərdə və mitinqlərdə, qanunsuz və ya icazəsiz yığıncaqlarda, iğtişaşlar zamanı maska taxan hər kəs bir il azadlıqdan məhrum edilə və 25.000 Honkonq dolları cərimələnə bilər.

Bundan əlavə, qanuna əsasən polisin maskanın çıxarılması ilə bağlı əmrinə tabe olmayan şəxslər altı ay həbs cəzasına məhkum ediləcək və 10000 Honkonq dolları cərimələnəcək. “Üz örtüyü” ifadəsinə yalnız maskalar deyil, boya maddələri də daxildir. (apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam