Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Lukaşenkoya qarşı növbəti sanksiyalar- Sabah bir neçə ölkə məhdudiyyətlər elan edəcək

 

Birləşmiş Ştatlar, Britaniya və Kanada Belarusda saxtalaşdırıldığı iddia edilən prezindet seçkisinin və buna etiraz edənlərə polis tərəfindən divan tutulmasının ardınca bu ölkənin bir sıra vətəndaşları üzərinə sanksiyalar hazırlayır.

Yenixeber.org: Bu barədə məlumatı "Reuters" agentliyinə sentyabrın 24-də məsələdən agah olan 6 mənbə verib. Adlarının çəkilməsini istəməyən 6 mənbədən dördü bildirib ki, ABŞ, Britaniya və Kanada sözü gedən sanksiyaları artıq sentyabrın 25-də elan edə bilər.

Onlar bildiriblər ki, sanksiyalardan məqsəd seçki saxtakarlığını və etirazçılara qarşı qəddar rəftarın nəticələrinin olduğunu nümayiş etdirməkdir.

Avqustun 9-da keçirilmiş seçkinin nəticələrinə görə ölkəyə 26 ildir ki, avtoritar rəhbərlik edən Aleksandr Lukaşenko növbəti dəfə qalib elan olunub. Həmin vaxtdan bəri onun hüquq-mühafizə orqanları Belarusun bütün aparıcı müxalifət liderlərini və minlərlə etirazçını həbs edib.

Lukaşenka sentyabrın 24-də qəfil və xəlvəti inaqurasiya keçirib. Ölkə müxalifəti inaqurasyanın legitim olmadığını bildirib və Belarus şəhərlərinin keçələrində polislə etirazçılar arasında toqquşmalar baş verib.

Yerli mediaların dərc etdikləri videolarda nümayişlərin qəddarlıqla dağıdılması, dəbilqəli və dəyənəkli iğtişaş polisinin onlarca nümayişçini saxlaması görünür.

Vaşinqtondakı "Carnegi" Fondunun təhlilçisi Andrey Veys bu barədə deyib: “İndiyədək ABŞ və Avropa rəsmilərinin məqsədi rejim tərəfindən törədilən zorakılığın nəzarətdən çıxmasına yol verməmək idi. Dünən iğtişaş polisinin Minsk küçələrindəki hərəkətini görən hər bir kəsə aydındır ki, Qərb siyasəti iflasa uğrayıb”.

Sentyabrın 1-də ABŞ Dövlət Departamentinin vəzifəli nümayəndəsi demişdi ki, Birləşmiş Ştatlar seçki nəticələrinin saxtalaşdırılmasında və etirazçılara qarşı zorakılıqlarda əli olan 7 Belarus vətəndaşına sanksiyalar hazırlayır.

"Reuters" agentliyinin altı mənbəyindən biri deyib ki, indi artıq söhbət 8 belarusdan gedir və siyahı uzana bilər.

Dövlət Departamenti və Kanadanın Xarici İşlər Nazirliyi "Reuters"-in sorğusuna cavab verməyiblər.

Britaniya xarici işlər naziri Dominik Raab parlamentə deyib ki, London Belarusda ciddi insan haqları pozuntuları törədənlərə qarşı sanksiyalar hazırlayır və bu barədə ABŞ və Kanada ilə təcili qaydada məsləhətləşmələr aparır.

Ayrıca olaraq Kanadanın xarici işlər naziri Fransua-Filip Şampeyn deyib ki, Lukaşenka Belarusun legitim lideri deyil və onun xəlvət keçirdiyi “üzdəniraq inaqurasiya” da fırıldaq seçkinin nəticəsidir.

Avropa İttifaqı bildirib ki, Lukaşenkonun andiçməsi Belarus xalqının iradəsinə birbaşa ziddir. Vaşinqton Belarusa qarşı sanksiyalarını Avropa İttifaqı ilə koordinasiyada elan etmək istəyir, lakin ittifaq üzvləri Aralıq dənizində baş verən mübahisəyə görə konsensusa gələ bilmirlər.(azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam