Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Tramp administrasiyasının rəsmisi: -"MÖHSÜN FƏXRİZADƏNİN QƏTLİ ARXASINDA İSRAİL DURUR"

 

Kayli Atvud

“CNN”, 02.12.2020

 

Yenixeber.org: ABŞ asministrasiyasının yüksək səviyyəli bir rəsmisi İranın ən böyük nüvə aliminin öldürülməsinin arxasında İsrailin dayandığını söyləyib, lakin Tramp rəhbərliyinin hücumun həyata keçirilməsindən əvvəl onu bilməsi və ya dəstək verib-verməməsi barədə təfərrüatı açıqlamaqdan imtina edib.

Səlahiyyətli keçmişdə israillilərin hədəflər və gizli əməliyyatlar barədə ABŞ-la əvvəlcədən məlumat paylaşdığını bildirsə də, ancaq son halda bunu edib-etmədiklərini deməyib.

Rəsmi əlavə edib ki, ötən Cümə günü öldürülən iranlı nüvə alimi Möhsün Fəxrizadə uzun müddət israillilərin hədəfi olub.

İran hücumda İsraili günahlandırıb və əməliyyatın İsrailin xarici kəşfiyyat təşkilatı “Mossad”ın əlamətlərini daşıdığını bildirib.

Tehran İsrailin iştirakına dair heç bir dəlil təqdim etməsə də, İsrail Fəxrizadənin ölümünə görə nə məsuliyyəti təkzib edir, nə də məsuliyyətini təsdiqləyir.

“New York Times” ilk olaraq ABŞ rəsmilərinin İsrailin həftəsonu hücumu arxasında olduğunu iddia edib.

Dövlət katibi Mayk Pompeo Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Səudiyyə Ərəbistanını əhatə edən regional səfər çərçivəsində hücumun həyata keçirilməsindən 2 həftə qabaq İsraildə olub. Müzakirə mövzusu İran olub.

Prezident Donald Tramp Pompeoya administrasiyanın önümüzdəki 2 ay ərzində “maksimum təzyiq” kampaniyasını davam etdirməsi barədə kart-blanş verib: ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.

Rəsminin sözlərinə görə, hücumdan sonra bölgədəki amerikalılar üçün təhdid səviyyəsi artmayıb, xüsusən, İran sui-qəsddə İsraili günahlandırdığı üçün. Ancaq ABŞ iranlıların elit hərbi qüvvəsinin və ölkənin ikinci ən güclü lideri general Qasim Süleymaninin öldürülməsi üçün hələ də intiqam almadığına inanır və bu, ABŞ kəşfiyyat cəmiyyətinin diqqətində olan məsələdir.

ABŞ hökuməti yanvarın 3-də Süleymaniyə qəsdin ildönümü ərəfəsində İranın mümkün qisasını gözləyir, lakin rəsmi İranın seçimlərinin məhdudlaşdırıldığını bildirib, çünki yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasimi bu tarixdən təxminən 2 həftə sonra olacaq.

Rəsminin sözlərinə görə, İranın ABŞ-a qarşı kinetik hərəkətə keçməsi, xüsusən, amerikalıları öldürməsi Bayden vəzifəyə gəldiyi zaman İrana tətbiq olunan sanksiyaları ləğv etməsini çətinləşdirəcək.

Səlahiyyətli bildirib ki, İran heç bir şey etməzsə, qisas təhdidləri evdə və bölgədəki oyunçular arasında mənasız görünəcək.

Keçən il xarici siyasət mövzusunda danışarkən, Bayden, Tehranın paktı yerinə yetirməyə başlayacağı təqdirdə, 2015-ci il İranla nüvə razılaşmasına yenidən qoşulacağını söyləyib.

Məsləhətçilərinin dediyinə görə, bu addım müttəfiqlərlə sıx işləmək və yeni danışıqlara dərhal başlamaq tələbatı doğuracaq.

Tramp administrasiyası bu paktdan çıxdıqdan və “maksimum təzyiq” kampaniyasına başladıqdan sonra İran artıq razılaşmanın məhdudiyyətləri ilə barışmadığını açıqlayıb.

Çərşənbə axşamı günü İran parlamenti nüvə proqramına tətbiq olunan sanksiyalardan çıxmağı və uranın zənginləşdirilməsini artırmağı hədəfləyən bir qanun layihəsini, əksəriyyətin rəyi ilə, qəbul edib.

Layihə İranın Atom Enerjisi Təşkilatından hər il ən azı 120 kiloqram 20 faiz zənginləşdirilmiş uran istehsal etməyi və qanun qəbul edildikdən sonra 2 ay ərzində İran daxilində onun saxlamasını tələb edən Strateji Əməliyyat Planını əks etdirir.

İclasda iştirak edən ümumən 260 millət vəkilindən 251-i qanun layihəsinin konturlarına “hə” deyib.

Təsdiqləndikdən sonra İran nüvə müqaviləsi ilə atom proqramına qoyulan digər məhdudiyyətlərə də məhəl qoymayacaq. Halbuki əvvvəllər onun nüvə təsislərində beynəlxalq təftişlər tələb olunurdu.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam