Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Qarabağa muzdlular gətirən -Ermənistan beynəlxalq cinayətkardır

Qarabağa muzdlular gətirən Ermənistan beynəlxalq cinayətkardır

İşğalçı və təcavüzkar Ermənistan Azərbaycanın ərazisini işğal etməklə beynəlxalq hüququ bütün parametlərdə pozub.

Yenixeber.org: Xüsusilə beynəlxalq hüquq doktrinasının əsas universal prinsiplərinə aid olan güc tətbiq edilməməsi və güc təhdidi, dövlət sərhədlərinin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, insan hüquqlarına və əsas azadlıqlarına hörmət prinsiplərini ayaq altına atan Ermənistan beynəlxalq aləmdə haqsız tərəf kimi tanınır.

Muzdlulardan istifadə etmək beynəlxalq hüquqa ziddir

Həmçinin başqa bir dövlətin ərazisində hərbi cinayətlər törətmək və bunun üçün muzdlulardan istifadə etmək beynəlxalq hüquqa ziddir.

Belə ki, “Muzdluların cəlb edilməsi, maliyyələşdirilməsi, onlardan istifadə edilməsi və onlara təlim keçirilməsi ilə mübarizə haqqında” Beynəlxalq Konvensiyaya əsasən muzdluların cəlb edilməsi, maliyyələşdirilməsi, onlardan istifadə edilməsi və onlara təlim keçirilməsi cinayət hesab olunur. Muzdluların bu növ fəaliyyətinə dair qəti qadağa 1929 və 1949-cu illərdə qəbul edilmiş Cenevrə Konvensiyalarında yer alıb. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 4 dekabr 1989-cu il tarixli qətnaməsi ilə qəbul edilən “Muzdluların cəlb edilməsi, maliyyələşdirilməsi, onlardan istifadə edilməsi və onlara təlim keçirilməsi ilə mübarizə haqqında” Beynəlxalq Konvensiyada müəyyən edilib ki, muzdluların hərəkəti hökuməti devirməyə, konstitusiya quruluşunun və ya ərazi bütövlüyünün pozulmasına yönəlib.

Bundan başqa, BMT Baş Assambleyasının “Dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa aid beynəlxalq hüquq prinsipləri haqqında” 1970-ci il tarixli Bəyənnaməsində BMT üzv dövlətlərinə muzdluların hərəkətlərini dəstəkləməsini qəti şəkildə qadağan edir. Muzdlular beynəlxalq hüquq normalarına görə cinayətkar kimi tanınır və məhkəmə qarşısında beynəlxalq cinayətkar qismində cavab verməlidirlər.

Ermənistan muzdluları barədə cinayət işi başlanılıb, beynəlxalq axtarışlar elan edilib

Beynəlxalq hüququn hamılıqla qəbul edilən bu normalarını heçə sayan Ermənistan hərbi cinayətlərini həyata keçirmək üçün məhz muzdlulardan istifadə edir.

Bununla bağlı Azərbaycanın istintaq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

Ermənistan tərəfində müxtəlif ölkələrin vətəndaşları olan muzdluların döyüşməsi sübutlarla təsdiq olunub. Onların sırasında Gürcüstan, Fransa, ABŞ, Belarus və digər ölkələrdən olan ermənilər də var və barələrində Azərbaycan tərəfindən beynəlxalq axtarış elan edilib.

Muzdlu gətirən Ermənistan Azərbaycanı şərləyir

Bu qədər fakt və sübutların qarşısında aciz qalan qalan Ermənistan Azərbaycanı şərləmək yolu seçərək vəziyyətdən çıxmağa çalışır.

Həmçinin Azərbaycan tərəfində muzdluların döyüşməsi barədə uydurma iddialar irəli sürməklə Azərbaycana qarşı siyasi hücum məqsədi güdür. Halbuki heç bir dəlilə əsaslanmayan bu cür “feyk-nyus”ları dəfələrlə ifşa edilib və dediklərinin tam əksi fakt və sübutlarla ortaya qoyulub ki, muzdlular məhz Ermənistan tərəfində döyüşür.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, xarici döyüşçülərin və muzdluların Ermənistan silahlı qüvvələri sıralarında olması “Reuters”in reportajında təsdiqlənib:

“Biz dəfələrlə bildirmişik ki, Livandan və Suriyadan olan muzdlular, həmçinin PKK terrorçuları Ermənistandadırlar".

Faktlar və reallıqlar...

Xarici KİV-lərdə ayrı-ayrı ölkələrdə yaşayan və həmin ölkələrin vəttəndaşları olan ermənilərin Qarabağa vuruşmağa getdiyinə dair çoxsaylı materiallar var. Bundan başqa, PKK və Yaxın Şərqdən bəzi terrorçular qondarma “Dağlıq Qarabağ ordusu”na qoşulublar. Bu günə kimi 22 PKK/YPQ yaraqlısının məhv edildiyinə dair məlumat var.

Silahlı muzdlular ilə bağlı BMT-nin çoxsaylı qətnamələrində silahlı muzdlu fəaliyyəti ilə məşğul olanlara və onlardan istifadə edənlərə qarşı cəzasızlıq qınanılır və bütün dövlətlər beynəlxalq hüquq qarşısında öhdəlikləri çərçivəsində, silahlı muzdluları və onlardan istifadə edənləri məsuliyyətə cəlb etməyə çağırılır. Silahlı muzdlulardan insan hüquqlarını pozmaq vasitəsi kimi istifadə edilməsi ilə bağlı BMT-nin müvafiq işçi qrupu da vardır.

Bundan əlavə, Avropa Şurasının “Terrorizmin qarşısının alınması üzrə 2005-ci il Varşava Konvensiyası"nın 2015-ci ildə qəbul edilmiş Əlavə Protokolu da terrorizm məqsədilə xaricə gedən şəxslərə qarşı ölkələr tərəfindən cinayət məsuliyyətinin tətbiq edilməsini nəzərdə tutur.

Bu faktlar göstərir ki, beynəlxalq ictimaiyyət silahlı muzdlu probleminin kəskinliyini və ona qarşı mübarizənin labüdlüyünü dərk edir. Ermənistan isə bunun tam əksini edir və hətta silahlı muzdluların istifadəsini qanuniləşdirmək istəyir. Bununla da növbəti dəfə beynəlxalq hüququ pozur və BMT-nin qadağalarına qarşı gedir. (report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam