Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyan uşaqları bilərəkdən ölümə göndərir

 

Ermənistan ordusu dərin böhran içindədir. Döyüş meydanında sarsıdıcı zərbələr alan işğalçı ağır itkilər verib, sağ qalan erməni hərbçilərin çoxu silahını ataraq qaçıb. Hazırda erməni ordusuna şəxsi heyət baxımdan problemlər qarşısıalınmaz hal alıb.
Yenixeber.org: Cəbhə xəttinə göndərməyə adam tapmayan Ermənistan rəhbərliyi xəstə, qoca və qadınlarla yanaşı, uşaqları da döyüşə cəlb etməyə başlayıb.

Ötən gün düşmən tərəfində azyaşlı və yeniyetmələrin məcburi şəkildə müharibədə iştirakına dair videogörüntü yayılıb. Bu fakt bir daha təsdiqləyir ki, İrəvan müharibədə uşaqlardan istifadə etməklə bütün beynəlxalq qanunların tələblərini pozur, bununla hərbi cinayət törədir.
Məsələnin hüquqi tərəfini şərh edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, Ermənistan hökuməti 1992-ci ildə “Uşaq hüquqları haqqında” Konvensiyanı, 2005-ci ildə isə “Uşaq hüquqları haqqında Konvensiyaya, Uşaqların silahlı münaqişələrdə iştirakı ilə əlaqədar” Fakultativ Protokolu ratifikasiya edib. Buna baxmayaraq, Ermənistan hökuməti mütəmadi olaraq, humanitar və beynəlxalq hüquq normalarını pozaraq insanlığa qarşı müharibə cinayətləri törədir:
“Sosial mediada qarşı tərəfin uşaqlardan hərbçi kimi istifadə edilməsinə dair bir neçə fakt yayılıb. “Uşaq hüquqları haqqında” Konvensiyanın 38-ci maddəsinə əsasən, iştirakçı dövlətlər silahlı münaqişələr zamanı uşaqlar barəsində tətbiq edilə biləcək və uşaqlara aid olan beynəlxalq humanitar hüquq normalarına hörmət bəsləməyi və onlara əməl olunmasını təmin etməyi öhdələrinə götürürlər. Həmin maddənin 2-ci bəndinə əsasən, 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlara birbaşa cəlb edilməməsi öhdəlik kimi qeyd edilib. Amma görünən odur ki, Ermənistan hökuməti məqsədli şəkildə qoşulduğu konvensiyalara qarşı zidd əməllər həyata keçirir.

“Uşaq hüquqları haqqında Konvensiyaya, Uşaqların silahlı münaqişələrdə iştirakı ilə əlaqədar” Fakultativ Protokolun 1-ci maddəsinə əsasən, dövlətlər onların silahlı qüvvələrinin 18 yaş həddinə çatmamış hərbi qulluqçularının birbaşa hərbi əməliyyatlarda iştirak etməməsini təmin etmək üçün bütün mümkün tədbirləri görməlidir. Eyni zamanda, həmin protokola əsasən, dövlətlər 18 yaş həddinə çatmamış şəxslərin onların silahlı qüvvələrinə çağırışa cəlb edilməməsini təmin etməlidirlər. Hazırda Ermənistan mətbuatında işıqlandırılan faktlar isə bunun əksini təsdiq edir. Ermənistan yetkinlik yaşına çatmayan şəxsləri məcburi şəkildə hərbi münaqişəyə cəlb edərək nəinki uşaqların təhsil, inkişaf və digər hüquqlarını pozur, ümumiyyətlə, onları ölümə göndərir”.



Elgün Səfərovun sözlərinə görə, işğal altında olan və hazırda ordumuz tərəfindən azad edilən ərazilər hüquqi çərçivədə Azərbaycan Respublikasının yurisdiksiyasına aiddir. Deməli, həmin ərazilərdə yaşayan insanlar da Azərbaycan Respublikasının yurisdiksiyasına daxildir:

“Beləliklə, Ermənistan hökumətinin nümayəndələri Dağlıq Qarabağ ərazisində yaşayan yetkinlik yaşına çatmayan şəxsləri ordu sıralarına məcburi salaraq Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna əsasən məsuliyyətə cəlb edilməlidirlər. Bu məsələdə beynəlxalq məhkəmədə iddianı qaldıraraq hüquqi yurisdiksiyaya uyğun ədalətli qərarın verilməsi məqsədilə ehtiyacı olan faktlar və dəlillər var. Qeyd edim ki, Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda 15 yaş həddinə çatmamış uşaqların hərbi xidmətə çağırılması və ya səfərbər edilməsi, yaxud onların beynəlxalq və eləcə də beynəlxalq olmayan münaqişələr çərçivəsindəki hərbi əməliyyatlarda aktiv şəkildə istifadə olunması ilə əlaqədar hərəkətlərin müharibə cinayəti qismində təsnif olunması müəyyən edilmişdir.

Ümumiyyətlə, uşaqların hərbi münaqişələrə cəlb edilməsi yolverilməzdir və bu faktlarla bağlı BMT-nin Uşaq Fondunun hüquqi rəy verməsi vacibdir. Ermənistan hökumətinin BMT-nin Uşaq Fonduna növbəti hesabatının təqdim edilməsi zamanı bu məsələ öz əksini tapmalıdır.

Qeyd edilən faktlar Beynəlxalq Cinayət Məhkəməsinin (Roma) Statutunu və dörd Cenevrə Konvensiyasının müəyyən etdiyi normaları kobud şəkildə pozur. Ermənistan hökumətinin rəhbəri və üzvləri tərəfindən insanlığa zidd olan müharibə cinayətlərini özündə əks etdirən qərarlara konvension normalara uyğun olaraq hüquqi qiymət verilməli və məsuliyyət müəyyənləşdirilməlidir”.

Xatırladaq ki, müharibə cinayətlərinə dair məsuliyyətin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ombudsmanın, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hesabatları, müraciətləri və digər sənədləri beynəlxalq təşkilatlara təqdim edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam