Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“Münaqişənin həlli ilə bağlı yaxşı xəbərim yoxdur” - Məmmədyarov

“Münaqişənin həlli ilə bağlı yaxşı xəbərim yoxdur” -Məmmədyarov

Son iqtisadi, sosial və ekoloji göstəricilər nümayiş etdirir ki, tərəqqi və inkişaf modelləri dəyişdirilməli və uyğunlaşdırılmalıdır.

Yenixeber.org: Silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasət, ətraf mühitin deqradasiyası, insan haqlarının pozulması, maliyyə böhranları, habelə terror, separatizm, transmilli mütəşəkkil cinayətkarlıq və ekstremizm kimi digər təhdidlər dünyada milyonlarla insana təsir etməkdə davam edir.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bunu nazir Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Nazirlər Konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, dünyanın həmişəkindən daha çox beynəlxalq hüquqa hörmət edilməsinə və buna riayət olunmasını təmin edəcək effektiv qlobal institutlara ehtiyacı vardır. Bu baxımdan Hərəkatımızın rolu son dərəcə vacibdir:

"Bu gün Qoşulmama Hərəkatının qarşısında duran əsas vəzifə, qəbul edildiyi vaxtda olduğu kimi aktuallığını davam etdirən təməl prinsiplərini təşviq etmək və dəstəkləməklə Hərəkatın rolunu geosiyasi mənzərədəki yeni reallıqlara uyğunlaşdırmaqdır.

Dünyanın bugün üzləşdiyi sülh və təhlükəsizliyə qarşı təhdidlər beynəlxalq hüquqi sistemin gücləndirilməsinə və münaqişələrin qarşısını almaq və həll etmək üçün bütün səviyyələrdə ikiqat səylər göstərməyə çağırır. Bu xüsusda, dövlətlərarası münasibətlərdə rəhbər tutulan beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə və onların beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərinə ciddi riayət olunması vacibdir.

Təəssüf ki, Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı bu dəfə də sizinlə bölüşmək üçün yaxşı xəbərim yoxdur. Ermənistan, göründüyü kimi BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair məcburi xarakter daşıyan tələblərin əks olunduğu qətnamələrinə məhəl qoymamaqda davam edir.

Beynəlxalq ictimaiyyətin əvvəlki xəbərdarlıq və qınaqlarına baxmayaraq, o cümlədən münaqişənin siyasi həlli istiqamətində davam edən səylər fonunda, Azərbaycanın işğal olunmuş ərazilərinin müstəmləkəyə çevrilməsi və ilhaqını möhkəmlətmək məqsədi ilə qəsdən qeyri-qanuni fəaliyyət həyata keçirilməkdədir. Bunlara, digərləri ilə yanaşı, məskunlaşdırma, tarixi və mədəni irsin məhv edilməsi və mənimsənilməsi, işğal olunmuş ərazilərdə aktivlərin, təbii sərvətlərin və digər maddi nemətlərin istismarı və talan edilməsi və qanunsuz ticarəti daxildir". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam