Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İran Azərbaycan sərhədinə qoşun yerləşdirir - Xudafərin və Culfa sərhəd məntəqələri gücləndirilir

 

 

 İranın İslam İnqilabı Keşikçiləri Korpusunun mexaniki briqadası Azərbaycan və Ermənistanla sərhəərazilərə yerləşdirilir.

Yenixeber.org: Bu barədə “Sepahnews” saytı xəbər yayıb. Məlumatda "İmam Zaman" mexaniki briqadasının əsasən Xudafərin və Culfa məntəqələrinə yerləşdirildiyi bildirilir.

İLNA xəbər agentliyi isə bir İslam İnqilabı Keşikçiləri Korpusunun üzvünə istinadən yazıb ki, briqadanın bölgədə yerləşdirilməsi ölkənin ərazi bütövlüyünü və Xudafərin vilayətinin sakinlərini qorumaq məqsədilə həyata keçirilib. Yarımrəsmi “Təsnim” xəbər agentliyinin yaydığı xəbərə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının komandanı Məhəmməd Pakpur Xudafərin sərhəd bölgəsinə nəzarət üçün səfər edib.

Səfər əsnasında jurnalistlərə danışan Pakpur bölgəyə yeni bölmələrin yerləşdirilməsini gərəkdiyini hiss etdiklərini deyib: "Bizim burada mövcudluğumuzun iki mesajı var: birincisi, əziz ölkəmizin insanlarının bölgədəki vəziyyəti güclüşəkildə izlədiyimizi və buna görə lazımi tədbirləri gördüyümüzü hiss etmələri, ikincisi isə bölgəölkələrinə onların sərhədlərin toxunulmazlığına hörmətlə yanaşdığımızı, bölgəölkələrinə sərhədlərin geosiyasətində dəyişikliklər qəbul etməyəcəyimizi çatdırmaqdır ki, bu da İran İslam Respublikasıüçün qırmızı xətdir."

İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının komandanı həmçinin Aşura 31 diviziyasının quru qoşunlarının sərhəd bölgəsində gedişatı izlədiyini vəşəraitə uyğun olaraq lazımi tədbirləri gördüyünü də açıqlayıb.

Azərbaycanın son 27 ildə erməni hərbi qüvvələrin nəzarətinə keçmişərazilərdə apardığı hərbi əməliyyatlar İran rəsmiləri tərəfindən narahatlıqla qarşılanır. Onlar döyüşlər əsnasında İran ərazisinə mərmilər düşdüyünü bildiriblər.

Son günlər sosial mediada Araz çayının cənub tayında yaşayan azərbaycanlılarının çayın Azərbaycan Respublikasına məxsus sahillərinə daxil olan Azərbaycan əsgərlərini alqışladıqlarını göstərən videolar yayılıb. İranda milyonlarla azərbaycanlı yaşayır. İslam Respublikasında siyasi və mədəni hüquqlar uğrunda mübarizə aparan çox sayda azərbaycanlı siyasi fəal həbs olunub, müxtəlif növ basqılara məruz qalıb. (Amerikanin sesi)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam